Həyatın dəyəri...
Sən də bir röyasan ey insan anla...
Bir tək qazanarsan tutsan anlardan.
Zaman bir dənizdir, anları damla,
Dəniz, dəniz olub bu damlalardan.
Ömrün bir andır, vurub tutduğun,
Tək əməl olacaq ömürdən qalan
Zamanı nə sən tut, nə də mən tutum,
Çünki o tutulmaz, qaçar hər zaman.
Hər anın qədri bilinə gərək...
Zamanlar yox olur ağılsızlıqdan.
Həyatda qədri bilinməyərək,
Neçə zaman ölüb zamansızlıqdan.
Dünya bir alovdur, insan pərvanə,
Alovun oduna bizlər yanırıq.
Nə zaman qocalır, nə də zamanə,
Onların içində biz qocalırıq.
Oturub bir düşün, ölmü sal yada,
Bir iş gəlməyəcək o an əlimdən.
Bütün var-dövlətin qalıb dünyada,
Onlar da qurtarmaz səni ölümdən.
Zamanla fərqinə vararsan bunun,
Birdə görərsən bükülüb belin.
Sonuna yetdikdə ömür yolunun,
Sənə vəda edər öz sevdiklərin.
ŞƏRHLƏR