Hekayə, Əhvalad Və Xatirələrin Gücü
Rəbbimiz fitrətimizə qissə, ibrətli hekayə və xatirələrdən təsirlənmək kimi bir xüsusiyyət qoymuşdur. Bu xüsusiyyət, ilk insanda da eyni idi, bu günkü insanda da...
Əhvalat ilə tədris, dinləyənin başa düşməsində ən qısa yoldur. Onun üçün mücərrəd şeyləri qavramayacaq yaşdakı uşaqlara həmişə hekayə danışmaq tərzi seçilir. Çünki südəmər bir uşağı təndir çorəyi ilə doyuzdurmaq doğru olmaz.
İnsan bu cür xatirələrdə, özünü o hekayənin və ya əhvalatın içində görür. Tez bir rol götürər. Özünü əhvalatdakı hadisələrdən uzaq tuta bilməz. Yəni qulağını bağlaya bilməz. Eşitdikləri, bir qulağından girib o birindən çıxan bir şey deyildir. Eşidir, dinləyir və dərs götürür. Hətta yaşadığı mənəvi sıxıntıları varsa onları da həll edər. Bu həqiqəti yaxşı bilən Avropalı psixiatirlər(1) əhvalat-terapiya metodunu xəstələrinə tətbiq edərək nəticə əldə edirlər.
Bəzən yeni bir kəşf eşidərik, qərbdə bir alim bunu kəşf etmiş, bu metotdan istifadə etmiş, deyə. Arxasından da, bu onsuz da Quranda, Hədislərdə vardı, deyilərək müdafiə hissinə bürünən cümlələr. Əgər bu cümlələrdən saymasanız, deyə bilərəm ki, hekayə, əhvalat, zərbi-məsəllərlə danışılmasını bizdən almışlar.
Məsələn həzrəti Mövlana başa düşülməsi çətin olan bir çox məsələni bu mutodu -ustalıqla demək həddimiz deyil- bizi heyran edəcək bir şəkildə izah etmiş, asanlaşdırmış və zehni məsələlərin həll etməsinə kömək etmişdir.Burada Molla Nəsrəddinin adını yaddan çıxartmaq olmaz. Keçmiş ümmətlərin əhvalatlarını və qissələrin ən yaxşısını (həzrəti Yusif ə.s. əhvalatı) əhatə edən Quranı-Kərimin 1/3 hissəsi bu metodla anlatılır. Məscid minbərlərindən səslənən vaizlərimiz bu metodu mütləq istifadə edirlər.
İndi sizi yaşanmış və ürəkləri kövrəldən, fərq etmək mövzusunu qabardan, pedaqoqun özünü və tələbəsini daha dəqiq olaraq tanımasını göstərən pedoqoqika əhvalatı ilə baş-başa buraxaq.(2)
Qəlb Testi
Məktəbin ilk günündə 5-ci sinfin qabağında dayanarkən, müəllim uşaqlara bir yalan! söylədi.
Müəllimlərin çoxu kimi, şagirdlərinə baxdı və hamısını eyni dərəcədə sevdiyini dedi. Ancaq bu imkansız idi, çünki ön sırada oturduğu yerdə bir tərəfə yaslanmış adı Kamil olan kiçik bir oğlan var idi.
Mətanət müəllimə bir il əvvəl Kamilə nəzər yetirmişdi və digər uşaqlarla yaxşı oynamadığını, paltarlarının kirli olduğunu və həmişə pinti gəzdiyini görmüşdü. Əlavə olaraq, Kamil nadinclik də edərdi. Bu elə bir vəziyyətə gəldi ki, Mətanət müəllimə onun tapşırıqlarını qırmızı bir qələmlə işarə etmək və kağızın üstünə böyük "2" yazmaqdan zövq almağa başladı.
Mətanət müəllimə məktəbdə, hər uşağın keçmiş qeydiyyatını incələməsi lazım idi. O, Kamilin qeydiyyatını ən sona saxladı. Ancaq onun qeydlərini yoxlayanda, bir sürprizlə qarşılaşdı. Kamilin sinif rəhbəri belə yazmışdı.
"Kamil gülməyə hazır şən bir uşaqdır. Tapşırıqlarının hamısını dəqiq hazırlayır və çox tərbiyəlidir. Onun burada olması olması çox sevindiricidir."
"İkinci sinif müəllimi isə belə yazmışdı: "Kamil mükəmməl bir şagird, sinif şagirdləri tərəfindən çox çevilir, ama anasının ölümcül bir xəstəliyi olduğu üçün sıxıntı və evdəki yaşıyışı mübarizə içində keçir."
Üçüncü sinif müəllimi də belə yazmışdı.
"Kamilin anasının ölümü onün üçün çox çətin oldu. O əlindən gələnin ən yaxşısını etməyə çalışır, amma atası onunla maraqlanmır və bəzi addımlar atılmasa evdəki yaşayışı yaxında ona pis təsir edəcək."
Kamilin dördüncü sinif müəllimi isə belə yazmışdı,
"Kamil sakit və məktəbdə dərslərlə çox maraqlanmır. Elə də çox dostu yoxdur və bəzən də dərsdə yuxulayır."
Mətanət müəllimə problemi başa düşdü və çox narahat oldu.
Şagirdləri ona gözəl kağızlarla bəzədilmiş Yeni il hədiyyələri gətirəndə belə Kamilin hədiyyəsi xaric, özünü çox pis hiss etdi. Kamilin hədiyyəsi bir marketdən aldığı qalın, qəhvərəngi kağız və lentle səliqəsizcə bağlanmışdı. Mətanət muəllimə onu digər hədiyyələrin ortasında açmağa çəkindi. Qutudan, daşlarından bəziləri olmayan almaz bir bilərzik və 1/4 dolu olan bir dux şüşəsi çıxardanda uşaqlardan bəziləri gülməyə başladı. Amma bilərziyin çox gözəl olduğunu yüksək səslə deyəndə uşaqlar gülməyi kəsdi, bilərziyi qoluna taxdı və duxdan biləklərinə sürtdü.
Kamil o gün dərsdən sonra müəlliməsinə bunları söyləmək üçün qaldı, "Mətanət müəllimə, bu gün eyni anam kimi qoxuyurdunuz.". Uşaqlar getdikdən sonra, Mətanət müəllimə ən az bir saat ağladı.
O gündən sonra, oxuma, yazma öyrətməyi buraxdı. Bunun yerinə, o gündən sonra uşaqları yetişdirməyə başladı. Mətanət müəllimə Kamilə xüsusilə qağyı göstərirdi.
Onunla çalışarkən, zehni canlanmağa başlayırdı. Onu daha çox istiqamətləndirdikcə, daha tez cavab verirdi. İlin axırına qədər. Kamil sinifdəki ən zəki uşaqlardan biri oldu və bütün uşaqları eyni dərəcədə sevdiyi yalanına! rəğmən, Kamil onun ən çox istədiyi şagirdlərdən biri oldu.
Bir il sonra, Mətanət müəllimə evinin qapısının altında Kamilin göndərdiyi bir məktub aldı. Məktubda, onun həyatında ən yaxşı müəllimi olduğunu yazırdı.
Altı il sonra Kamildən bir məktub daha aldı. Liseyi bitirdiyini, sinifdə üçüncü olduğunu və onun həyatında ən yaxşı müəllimi olduğunu bir də yazırdı.
Bundan dörd il sonra, bəzi vaxtlar çətin olmasına rəğmən sinifdə qaldığını, səbrlə və dözümlə çalışmağa davam etdiyini və yaxında kollecdən ən yüksək dərəcə ilə məzun olacağını yazan bir məktub daha aldı. Yenə həyatındakı ən yaxşı müəllimin Mətanət müəllimə oluğunu yazmışdı.
Sonra dörd il daha keçdi və başqa bir məktub daha gəldi. Bu dəfə ali məktəb diplomunu aldıqdan sonra, təhsilə bir az daha davam edəcəyinə qərar verdiyini yazırdı.
Məktubda yenə də onun ən yaxşı müəllim olduğunu yazırdı.
Amma adı daha uzundu. Məktub belə imzalanmışdı.
Tibb elmləri Doktoru Kamil Həsənoğlu.
Əhvalat burada bitmir. Görürsüz, yenə başqa bir məktub. Kamil bir qızla tanış olduğunu, onunla ailə həyatı quracağını yazırdı. Atasının bir neçə həftə bundan əvvəl vəfat etdiyini qeyd edirdi. Mətanət müəllimənin şadlıq sarayında bəyin anasına ayrılan yerdə, oturub otura bilməyəcəyinin soruşurdu.
Şübhəsiz, Mətənət müəllimə bunu qəbul etdi. Və təxmin edin nə baş verdi?
Mətanət müəllimə daşlarının bəzisi itən o bilərzikləri taxdı. Həm də Kamilin anasının istifadə etdiyi duxdan sürtdü.
Bir-birlərini qucaqladılar və Doktor Kamil, Mətanət müəllimənin qulağına belə pıçıldadı.
"Mətanət müəllimə! Mənə inandığınız üçün Sizə təşəkkür edirəm. Mənə əhəmiyyətli olduğumu hiss etdirdiyiniz və fərqli ola biləcəyimi göstərdiyiniz üçün çox minnətdaram."
Mətanət müəllimə gözlərindəki yaşlarla belə cavab verdi:
"Kamil, səhv fikirlərə qərq olmuşdum. Sənin fərqli ola biləcəyini mənə öyrədən sənsən. Səni tanıyana qədər necə öyrədəcəyimi bilmirdim."
Bu gün, birinin ürəyini isindirin.. bunu çatdırın. Bu gün birinin həyatında fərqli bir şey etməyə çalışın, sadəcə "onu"edin...
(1)Almaniya psixoterapiya Akademiyasının Müdiri və Beynəlxalq pozitiv psixoterapiya mərkəzini bascısı Nosrat Peseschkian hekayət yoluyla mualicəsindən bəhs edərək "əldə etdiyimiz 600 dən cox şərq nagilları ilə mualicə edirik."
(2) Bu əhvalat xarici bir ölkədə olmuşdur. Adlar Azərbaycan adları ilə dəyişdirilmişdir.
ŞƏRHLƏR