20 YANVAR «Azərbaycanın Müstəqillik Qəhramanları!

20 YANVAR «Azərbaycanın Müstəqillik Qəhramanları!

1980-ci illərin axırları Sovet ittifaqının dağılma prosesi surətlənməyə başladı. Bu prosesdən məharətlə istifadə edən erməni terrorçuları Azərbaycan torpaqlarına hücuma keçdilər. Buna müqavimət göstərmək üçün vətən oğulları mübarizəyə başlamış, beləliklə Azərbaycanda uzun illər boyu Sovet reúiminə qarşı gizli halda davam edən  mübarizə açıq mərhələyə keçmişdir. Bundan sonra öz torpaqlarımızı qorumaq üçün başlayan mübarizə, bu terrorçuları himayə edən Sovet ittifaqına qarşı yönəldi.

Bu kimi hadisələr hələ XX əsrin əvvəllərində baş vermişdi.  Xüsusilə 1905-1907 illərdə Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər bu illərdə məqsədyönlü milli qırğın aktlarını, Bakı, Quba, Zəngəzur, Ordubad, Haxçıvan, Eçmiadzin, Cavanşir və Qazax ərazisində azərbaycanlıların yurd-yuvalarından çıxarılmasını həyata keçiriblər. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur.

Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdü. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, Irəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qırğınlar həyata keçirilib. Irəvan azərbaycanlılarının çoxsaylı müraciətlərin birində  göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.  Bu illərin fəlakətli hadisələrindən biri də tarixən türk yurdu olan Zəngəzurun Ermənistana birləşdirilməsidir.

1988-ci ildən başlayan erməni terroru və vəhşiliyi nəticəsində, Qarabağ bölgəsi, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan daxil olmaqla Azərbaycının 20%-i işğal edilmiş, 28 mindən çox insan qətlə yetirilmiş, 100 mindən çox adam isə yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın düşmüşdür.

Bunları xatırlatmaqda əsas məqsədimiz budur: Bütün bu hadisələrə diqqət etdikdə işğalı, qətlləri yerinə yetirən ermənilərin arxasındakı gücün Ruslar olduğunu görürük.  Azərbaycını sevən, onun uğrunda canını verməkdən çəkinməyən insanları 20 yanvarda qətlə yetirərkən "şanlı qızıl ordu" da ermənilərin xüsusi silahlı terrorçularından istifadə etməsi bunu bir daha  sübut edir.

Zənnimizcə 20 yanvarı Azərbaycan tarixinin şanlı səhifələrindən bir kimi dəyərləndirmək  bu hadisənin həm indiki nəsil həm də gələcək nəsillərimiz üçün əhəmiyyətini qeyd etməmək mümkün deyildir. Çünki bu gün müstəqillik, azadlıq, hürrəyətimiz üçün şəhid olan insanlar bu şəhidliyin qarşılğını Azərbaycanın müstəqillik qazanması ilə aldılar. Beləliklə ən azından 20 yanvarda tökülən qanlar yerdə qalmamışdır. Buna görə də bu gün hər nə qədər hüzn günü isə bir o qədər də şanlı və şərəfli bir gündür.

Necə ki Azərbaycan 20 yanvarının bədəlini almış, eləcə də erməni terroçuları tərəfindən işğal edilən torpaqlarımızda şəhid olanlarımızın qanlarını yerdə qoymamalı, hər qarış vətən torpağı üçün əlimizdən gələni etməliyik. Bunu etdiyimiz təqdirdə uzun illərdir bu Vətən üçün verdiyimiz şəhidlərin qanını almış olacağıq. Bizim azadlığımız Sovet ittifaqının müstəmləkə bayrağı altında "birləşən" digər respublikalardan fərqli olaraq hədiyyə olmadı. Qanımız bahasına yaranan bu dövlətimizi qorumalı, şəhid qanı ilə suvarılan ərazilərimizi yenidən bərpa etməli və onu and yerinə çevirməliyik.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz