MASKASIZ YAŞAMAQ
İnsan kəliməsi "üns" və "ünsiyyət" kəliməsindən meydana gəlmişdir. Bu o deməkdir ki, kəlimə mənasına görə belə insan tək başına yaşayıb həyatını sürdürə biləcək gücə sahib bir varlıq deyildir.
Yəni ictimai bir varlıqdır. Başqa insanlarla həmhal olmaq və əlaqə saxlamaq məcburiyyətindədir. Bu ünsiyyət həm ictimai həyat üçün, həm də ruhi (fərdi) həyatın nizamı üçün şərtdır.
İnsan nəfsi varlıq olaraq yaradıldığı üçün çox vaxt mənafeyinə faydalı olacaq əlaqələri birinci planda tutmaqda, ümumiyyətlə maddi faydası olan ünsiyyətlərə böyük dəyər verməkdədir. Bir insan ictimai əlaqələrini istədiyi yöndə davam etdirmək üçün müxtəlif xəyali masqalara müraciət edir. Daha çox kiminsə nəzərində güvən qazanmaq, başqaları tərəfindən tədric olunmaq, ona görə qiymətli olmaq vəya istədiyi mərtəbəyə, məqama çatmaq üçün bu masqalardan istifadə olunur. Normal şəraitdə kimsə yalancı və saxtakar olmaq istəməz. Ancaq digərləri ilə ünsiyyətində, içindən keçənləri olduğu kimi açıq söyləsə, o şəxsin rədd edilmə təhlükəsi yaranar.
Hər kəs, hər yerdə və hər zaman bu riski gözə almır və almamalıdır da. Necə gəldi hər kəsə öz iç dünyasını açmaq məqbul deyldir. Buna görə də sosial masqaların taxılmasını, insanların ünsiyyətini rahatlaşdırma və lazımsız problemleri aradan qaldırmaq kimi önəmli vəzifəm yerinə yetirir lakin yaxın əlaqə qurduğumuz, yaşamımızı paylaşdığımız kimsələrlə ünsiyyətlərdə bu sosial masqalardan istifadə etmək, bizi onlardan uzaqlaşdırar, saxta və güvənsiz bir mühit yaradar. İnsanın daimi olaraq masqadan istifadə etməsi onun səxsiyyətinə də kölgə düşürər. Yəni iki üzlü olaraq ortaya çıxar. Bu həm cəmiyyətin həm də İslam dininin xoş qarşılamadığı bir hərəkətdir.
Bəzən başqaları tərəfindən qəbul edilmə istəyi, yada onlardan qorxu, həqiqi hisləri və düşüncələri göstəməyi də əngəlləyər. Beləcə işdə, həyat yoldaşı seçmində, ana-atanı razı salmada, insan özüylə heç əlaqəsi olmayan davranışlar göstərəbilər. Hər şəxsin müxtəlif mövzularda özünə aid bir düşüncəsi və anlayışı vardır ve bu bir başqa kimsənin fikrindən fərqli olması çox təbii bir hadisədir. Hər sahədə öz fikrimizi, görüşümüzü ortaya qoyub özümüzə olan inamı artırmaq lazımdır. Masqalara daha çox müraciət edən şəxslər öz mənliyini dəyərsiz görən, özünə güvəni olmayan şəxslərdir.
İslam dininin əsas qaynaqları olan Qur'ani Kərim və Peyğəmbərimizin (s) həyat prinsibləri olan sünnəyə müraciət etsək, görərik ki, insan həm fərdi, həm də ictimai həyatında hər zaman səmimi olmaya dəvət olunur. Fərdi əlaqələrimizdə masqalardan istifadə etsək də, dini həyatımızda masqların heçbir dəyəri yoxdur. Çünki Allah hər şəyi ən yaxşı şəkildə biləndir. Gizlədiyimizi də, aşkar ettiyimizi də biləndir. Allah tövbələri, ibadətləri, duaları, niyyətləri qabul edəndir, amma səmimi olmaq şərti ilə. Din səmimiyyətdir. Dini görə masqalı yaşamaq münafiqlik əlamətlərindəndir. Əgər münafiqlik müsəlmanların yanında müsəlman olaraq görünmək, kafirlərin yanında da inançsız olaraq görünməksə bu, taxılan maskadan başka nədir ki?.
Gəlin fikirləşək, biz nə vaxt və nə cür masqalardan istifadə edirik. Dinin və cəmiyyətin xoş qarşılamadığı bu davranışdan uzaqlaşmağın tək çarəsi öz şəxsiyyətimizə dəyər verməklə və özümüzə güvənməklə olar. Mənliymizi heç kəsin ayagı altına verməyək.
Olduğumuz kimi görünmək arzusu ilə...
ŞƏRHLƏR