MAVİ EKRANLAR VƏ UŞAQLARIMIZ
Heç bir qayda qanun tanımadan, uşaqlarımızın inkişaf özəlliklərini bilmədən və ən əhəmiyyətlisi maddi və mənəvi dəyərlərimizi gözardı edərək göstərilən proqramlar, yeni bir medya nəsli yetişdirməkdədir.
Muasir dövrdə sürətlə inkişaf etməkdə olan texnologiyanın irəliləyişi və təqib edilməsi gündən günə çətinləşən kütləvi informasiya vasitələrinin hər gün biraz daha yeniləndiyini və zənginləşdiyini müşahidə edirik. Zamanımızın böyük bir hissəsi harada isə kütləvi informasiya vasitələri ilə keçir və hətta demək olar ki, onunla birlikdə yatıb qalxırıq.
Televizor başda olmaqla qəzet, úurnal, kitab, video və kompüter kimi texniki avadanlıqlar artıq yayğın bir şəkildə işlədilməkdədir. Və ələxsüs bu vasitələrdən, televizor və filmlərin, cəmiyyəti-mizə hərtərəfli təsir etdiyini xususilə vurğulaya bilərik.
Yoxsa gələcək nəsilləri KİV (Kütləvi İnformasiya Vasitələri)-mi tərbəyə edib formalaşdırır?
Nə dərəcədə yetişkin bir insan olsaq da və öz hislərimizi nə qədər cilovlaya bilsək də medya vasitələrinin bombardımanından yara almadan yaxa qurtarmağımız çox çətindir. Bəs uşaqlarımız necə? Əgər biz öz hislərimizi cilovlayaraq bu bom-bardımandan yaxa qurtara bilmiriksə, hər gördüyü-nü almağa çalışan və ətraflardan gələn hər şeyə boyun əyərək öz təslimiyyətini göstərən, parlaq zehinli balalarımıza bu kiv(Kütləvi İnformasiya Vasitələri) necə təsir edir? Böyüklərə əmanət edi-lmiş günahsız balalarımızın beyinlərini, qəlblərini və xəyallarını medya görəsən necə şəkilləndirir?
Bir çox televizor kanalının iyirmi dörd saat dayanmadan efirdə olduğunu və heç bir ehtiyatı olmayan uşaqlarımızın da bu verilişlərə baxdığını düşünəndə adamı dəhşətli hislər bürüyür. Heç bir qayda qanun tanımadan, uşaqlarımızın inkişaf özəlliklərini bilmədən və ən əhəmiyyətlisi maddi və mə-nəvi dəyərlərimizi gözardı edərək göstərilən proqramlar, yeni bir medya nəsli yetişdirməkdədir. Başqa bir ifadə ilə desək, "mavi ekranın sehri uşaqlarımızı əsir etmişdir".
Mavi ekranda seyr edilən filmlər uşaqlarımıza necə təsir bağışlayır?
İngiltərədə tanınmış bir qrup uşaq psixoloq-ları, medyanın və eyni zamanda televizorda cina-yət, döyüş və soyğun kimi şiddət səhnələri ilə dolu olan filmlərin nümayiş etdirilməsinin uşaqlara psi-xoloúi olaraq necə təsir bağışladığı haqda bir raport hazırlamışdır. "şiddət səhnələrindən bəhs edən video filmləri və uşaqların qorunması" (Video Violence and the Protection of Children) adını daşıyan raportun uşaq davranışlarının təsiri ilə əlaqəli ən mühüm maddələri bunlardır:
- Uşaq cinayət, yaralama, təcavüz və soyğun kimi dəhşətli səhnələri seyr etdikcə bunun həyatda bir əyləncə növü olduğuna inanmağa başlayır.
- Uşaq, seyr etdiyi bu səhnələrdən o günə qədər yaşamadığı və təcrübə etmədiyi pozulmuş duyğu və düşüncələr mənimsəməyə başlayır. Ələxsus erotik və qorxunc film növlərinin bir arada olduğu səhnələr bu yöndən daha zərərlidir.
- Filmlərdəki haqsız insanların təcavüzünə, zalımların zülmünə məruz qalmış və vəhşi məxluqlaın yeminə çevrilmiş qurbanlar isə uşaqlar tərəfindən yazıq və çarəsizlər olaraq düşünülməyə başlanılır.
Yuxarıdakı raportda bildirilən xususlar şiddət səhnələrini əhatə edən bütün filmlərə aiddir. Burada xüsusi olaraq vurğulanması lazım olan bir nöqtə var; uşaqlar yetişkənliyə addım atarkən özlərinə ideal seçməyə başlayarlar. Bu ideallar bəzən ailə içərisindən biri (ata, ana və ya başqa bir ailə böyüyü), bəzən hər hansı bir küçə adamı, bəzən də uşaqların seyr etdiyi film qəhramanla-rından biri ola bilər. Uşaq özünü seçdiyi bu ideala bənzətməyə və onu təqlid etməyə başlayır. Yəni hal və hərəkətləri ilə seçdiyi idealın kiçik bir kop-yasını ortaya qoymağa başlayır.
Bütün bunlara qarşı nə etməliyik?
Uşaqlarımızın televizor və video filmlərin mənfi təsirlərindən qorunmasında ən başlıca vəzifə ata, ana və ailədəki digər böyüklərin üzərinə düşməkdədir. Ata analar uşaqların seyr etdiyi filmlərə nəzarət etməlidirlər. Şiddət səhnələri olan filmləri imkan dairəsində onlara seyr etdirməməlidirlər. Uşaq tərbiyəsində mühüm rol oynayan bu tədbirləri həyata keçirərkən uşaqların beynində hər hansı bir qadağa hissi oyadılmamalıdırlar. Uşaqlara hansı filmləri seyr edib etməmələrini gözəl bir şəkild anladılmalıdırlar. Əks təqdirdə bu cür davranış uşaqların üsyankar yetişmələrinə və eyni zamanda uşaqlarda qadağanlara qarşı daha çox marağın oyanmasına səbəb olar.
ŞƏRHLƏR