"SON NƏFƏS"
"SON NƏFƏS", tər-təmiz, parlaq bir güzgü kimidir. Hər bir insan bu güzgüdə gözəllikləri və çirkinlikləri ilə birlikdə arxada qoyduğu bütün ömrünü və bunun əvəzində aqibəti dəqiq halda görər.
"SON NƏFƏS"-in aqibətimizdən peşman olaraq baxacağımız bir güzgü olmaması üçün: Quranı-Kərim və sünnənin feyizli ab-havasında, saleh əməllərlə bəzədilən və doğru yol istiqamətində ibadət həyatı yaşamaq ən qiymətli olanıdır.
Çünki, bir hədisi-şərifdə belə byurulur:"Hər bəndə necə yaşamışsa eləcə də ölər və necə ölmüşsə eləcə də həşr olunar."
Dünyada ikən axirət həyatının həqiqətlərindən xəbərsiz yaşayıb nəfsinin arzularına məğlub olan və ötəri sevgilərin cazibəsinə qapılmaq, əbədi gələcək qarşısında dəhşətli bir aldanışdır... belə cahil bir həyat; uşaqlıqda oyun, yeniyetmə çağında şəhvət, cavanlıqda qəflət, qocalıqda itirdiklərinə həsrət və min cür peşmançılıqdan ibarətdir. Nəcib Fazilin dediyi kimi:
Kəhər atlı süvari səyirt atını səyirt
Sonunda qəbrə gedər bu yolun dolayları.
Bundan ötrü yaxşı bir bəndə olaraq bu fani dünya ilə vidalaşmaq üçün sayı məlum olan nəfəsləri "SON NƏFƏS" üçün hazırlamaq lazımdır. Çünki ölüm insanın xüsusi qiyamətidir.
Bu kəlmələrlə izah edilmiş "SON NƏFƏS"-in vahiməsi Osman Nuri TOPBAŞ Bəy əfəndinin "SON NƏFƏS" adlı kitabının arxasında.
"Ərqam" yayınlarından çap edilən bu kitab Osman Nuri Topbaş Bəy əfəndinin son əsəridir. Nəfs hesabına daxildən gələn bir səmimiyyət və ixlasla dəfələrlə baxmağımızı tövsiyə edən bu əsər, hər cür sünilikdən uzaq və tamamilə könüldən axan bir sevgi çeşməsi kimi oxucularına fərqli bir fərəh bəxş edir.
"Hər nəfs ölümü mütləq dadacaqdır" ayəsinin bizə göstərdiyi yönü şirin bir dillə ifadə edən yazıçı, "Son Nəfəs"-dən qorxmağın əcələ heç bir faydasının olmayacağını, axirət yoluna hazırlanmağın vacibliyini diqqətə çatdırır. Yaradılan insan, "son" deyilən mütləq həqiqətlə gec və ya tez qarşılaşacaqdır. Tək əbədi qalan Allahdır. Hər şey ona dönəcəkdi.
O halda insanın belə diqqətsizliyi və qafilliyi nədəndir. Gözləri bağlı və hara getdiyini bilməyən bir yolcu kimi nisanı gözləyən təhlükənin qafilliyindən olduğunu xatırladır və "yolçuluq haraya" sualını soruşur.
Hesab günü olacağı və hər insanın etdiklərindən yada yerinə yetirməsi lazım olanı etmədiklərindən haqq-hesaba çəkiləcəklərini bilə-bilə bu inkar və üsyan etməyin, özbaşnalığın səbəbi nədir? "SON NƏFƏS"-ində itirənlərin "Quran və təfəkkür ab-havasından" uzaq olduqlarını ifadə edir. Osman Nuri Topbaş bəy əfəndi, xətalar yeri olan bu fani dünyada Allahın həqiqi xas bəndələri özlərini "tövbə və göz yaşı" ilə təmizləyərlər. O xalis bəndələri şair belə tərənnüm edir.
O ərlər ki könül fəzasındadır
Torpaqda sürünmə əzasındadır
Ulduzdarı təsbeh-təsbeh çəkər
Namazda arxa səf hizasındadır
Bir an yabancıya baxsa gözləri
Bir ömür göz yaşı cəzasındadır.
Yazıçının, "Son Nəfəs" əsəri üç fəsildən ibarətdir. Xüsusilə oxucuların diqqətini o məlum həqiqətə istiqamətləndirir. Kainatda Allahı zikretməyin və o zikrin də sübh vaxtlarında olmasının əhəmiyyətli olduğunu və "Son Nəfəs"də insan üçün can dərmanı olacağını bildirərək bu mövzuları ələ alır. İnsanın həyatında duanın və gözyaşının mənəvi dünyasına təsirlərindən və bu yolda haqqın rizasına uygun bir həyat yaşayıb, insanları da haqqa dəvətin ayrı bir xidmət olduğundan bəhs edir. Müsəlmanın həyatının hər nöqtəsində İslam əxlaqının izləri olmalıdır. "Son Nəfəs" əsərində Osman Nuri Topbaş Bəy əfəndi ticarət əxlaqından sosial münasibətlərə qədər, dostluq və vəfa kimi itməyə üz tutmuş insani dəyərləri özünəməxsus bir üslubla incələmişdir
Bir-birindən gözəl və bir-birindən əhəmiyyətli çalışmaların olduğu "Son Nəfəs" kitabının yaxın vaxtlarda, 2005-ci ilin yanvar ayında Azərbaycan türkcəsində yayımlanacağının xəbərini sizlərə çatdırmaq, bizə qismət olduğu üçün özümüzü çox xoşbəxt hiss edirik.
ŞƏRHLƏR