İLK QAR

İLK QAR

4 noyabr səhəri pərdəni araladığım zaman hər tərəfin ağappaq olduğunu gördüm. Qar bu il erkən yağdı. Göydən gələn həy şeyin başımız-gözümüz üstə yeri var.

Qar görəndə insanların bir çoxu gülümsəyir. Kasıb olsun, varlı olsun, fərq etmir. Hətta qızınma imkanı olmayan adam belə qarla qarşılaşdığı ilk anda bir anlıq təbəssüm edir. Qar insana təbəssüm etdirmək üçün yağır sanki.

Yağan qardan ən çox ləzzət alanlar isə uşaqlardır. Uşağa “qalx, qar yağıb” dediyim zaman dərhal yatağından sıçrayıb pəncərəyə qaçdı. Bir dəfə tələbə yoldaşlarımı “qar yağır” deyərək oyatdığım zaman biri “hə, yaxşı” deyib heç gözünü açmamış, biri üşümüş kimi edərək yorğanını üstünə çəkmiş, digəri isə bu sözü eşitdiyi halda heç reaksiya verməmişdi. Qar niyə uşaqları həyəcanlandırır? Böyüklər bəlkə də, işə necə gedim, uşağı məktəbə necə aparım, qış təkərləri taxdırmalı idim kimi qayğılarla bu sevinci yaşaya bilmirlər...

Yusuf surəsinin 105-ci ayəsində belə buyurulur: “Göylərdə və yerdə neçə-neçə dəlillər var ki, (insanlar) onların yanından üz çevirib geçərlər”. Ayənin ərəbcəsində dəlil mənasında “ayə” kəlməsi işlədilmişdir. Qar yerə düşənə qədər göydə, düşdüyü zaman da yerdə olan ayələrdəndir. “Qar yağır” deməklə “ayə yağır”,”dəlil yağır” demək eyni mənaya gəlir. Müşriklər göydə və yerdə olan ayələrdən (dəlillərdən, sübutlardan) üz döndərirlər. Biz insanlar Allahın qar ayələrinə nə edirik? Etdiyimiz ən mənalı iş qardan adam düzəltməkdir. Onu da uşaqlar edir. Biz böyüklər qara duz səpirik, qum atırıq, kimyəvi maddələr qatıb əritməyə çalışırıq, üstünə tüpürür, əzib keçirik. Qar kürüyən maşınlar hələ qar yerə düşmədən hazır vəziyyətdə gözləyir. Yaxşı ki, qar bizdən küsmür!..

Bir də deyirlər ki, ilk yağan qar yeyilməzmiş. Qar dənəcikləri havadakı mikrobları yerə endirirmiş. Havadakı tozun, dumanın, kimyəvi qazların təqsirkarı insandan başqası deyil. Sən havanı, suyu, torpağı kirlətməsən, yağan qar da tərtəmiz olar. Adanada qonaq getdiyim evin eyvanına çıxdığım zaman gördüm ki, uzaqdakı şəhər zibilliyinin üstündən keçib gələn külək pis qoxular gətirir. Sən gül bağçası əkdiyin halda külək gözəl qoxuları ətrafa yaymaram dedi?!

Məşhur insanların ayağının altına qırmızı xalı sərirlər. Mərhəmətli Rəbbimiz insanların və heyvanların ayağının altına ağappaq xalı sərir. Niyə qırmızı xalıda yerimək həvəsinə düşürsən? Bax, ağappaq xalı! Bu daha dəyərlidir. Damlar, ağaclar, siz də bu örtükdən istifadə edin, siz də ağ örtüyə bürünün. Fərqlilik sizin üçün də yaxşı olar!

Gecə qapqara, qar isə ağappaqdır. Ərəbcə bir kəlmə olan kafir – örtən, gizlədən mənasına gəlir. Gerçəkləri, nuru, ölümsüz həqiqətləri gizlədənlərə kafir deyirlər. Ərəb ədəbiyyatında gecəyə də kafir deyilir; gecə də hər şeyi örtərək görünməz hala gətirir. “Cover” sözü ingiliscə kafir mənasına gəlir, ərəbcədən onlara keçib və oxunuşu da “kavır” şəklindədir. Pərdə var olan hər şeyi görünməz hala gətirir. Kafirlər pərdəlidir.

Xalq arasında “Qar yağsaydı, hava təmizlənər, mikroblar qırılardı” sözü məşhurdur.  Həkimlər də mikrobları qırmağa çalışırlar. Həkimlərin ağ geyinmələrinin səbəbi əslində qar dənəsi kimi olmaq istəyidir. Təkcə həkimlər deyil, müğənnilər də qara qibtə edərək “bu dağlarda qar olsam, bir asi rüzgar olsam” deyərək özlərini yaşadıqları şəhərdən kənara atmağa çalışırlar. Şəhərdə həyat yoxdur.

Akrep Nalan illər əvvəl mahnısının nəqarətində:

“Qarlar düşər;

Düşər, düşər, ağlarım,

Həp ismini,

Həp ismini anarım”,

-deyirdi. Mahnı yaddan çıxdı, qalan nəqarət oldu. Daim ismi anılmalı olan Allahdır, başqası deyil. Bir ömür Leylaya bağlanıb qalmaq olmaz. Eşq Leyladan Mövlaya keçməkdir. Leyla axırıncı dayanacaq deyil, bəlkə də, ilkdir.

Yağışın, küləyin səsi eşidilər, amma qar yağanda səsi çıxmaz. Bir gecədə yağan milyonlarla ton qar eynilə pişik kimi səssizcə yerə enər. Qar dənəcikləri nəqşi yolundandır. Nəqşbəndilikdə xəfi (gizli) zikr əsas sayılır. Yağış, fırtına, göy gurultusu və külək isə cəhri (açıq, səsli) zikr edən Qadiri/Rüfai dərvişləri kimidir.

Dünyaya sənə bənzəyən başqa bir insan gəlməyəcək; qar dənəcikləri də eynilə insan kimi hər biri fərqli olacaq. Ey qar dənəciyi, sən də tək və orijinalsan, mən də. “Allah təkdir, təki sevir” (Buxari-Müslim) hədisi-şərifinə görə, varlıqlar da eynisindən ikincisi olmayan bir və tək olaraq yaradılır.

Abdala (gəzən dərviş) “qar yağacaq” deyiblər, “titrəməyə hazıram” deyə cavab verib. Titrəməyə hazır olması çətinlik və məşəqqətlərə səbir edərəm, dözərəm mənasına gəlirmiş. Hava soyuyacaq, qar yağacaq, rənglər bozaracaq, bahar bitəcək, dörd mövsümdən başqa bir mövsüm başlayacaq. Titrəməyə hazırıqmı?

 


 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz