Şefik Can Haqqın Rəhmətinə Qovuşdu

Şefik Can Haqqın Rəhmətinə Qovuşdu

Məsnəvixanların sonuncusu Şefik Can dünyasını dəyişdi. Uzun müddət idi ki, beyin damarlarının tıxanmasına görə əziyyət çəkən Şefik Can vəfat etdi. Şefik Can, məsnəvi və təsəvvüf sahəsində mühüm çalışmaların müəllifi olmuşdur.

Mərhum 1910-cu ildə Erzurumun Tebricik kəndində dünyaya göz açmışdı. Ibtidai təhsilini Sivasın Yıldızeli qəsəbəsində tamamlamışdır. Ərəb və fars dillərini hələ uşaq yaşlarında atasından öyrənən Şefik Can, Kuleli Hərbi Litseyini 1929-cu ildə, Hərbi Məktəbi isə 1931-ci ildə bitirmişdir. Daha sonra Milli müdafiə Nazirliyinin göndərişi ilə İstanbul Universitetində imtahan verərək müəllim oldu və 1935-ci ildə Kuleli hərbi  litseyində Tahirul Mövləvinin assistenti kimi praktikasını tamamlayaraq müəllimliyə başladı. 1965-ci ildə təqaüdə çıxana qədər müxtəlif hərbi və sivil kollec və litseylərdə Türk dili və Ədəbiyyatı müəllimi işləmişdir.

Şefik Can hərbi məktəblərdə öyrənməyə başladığı fransız dilini Kadıköydə bir rahibdən dərs alaraq inkişaf etdirmişdir. Daha sonra İstanbulda Highschool axşam kurslarında öz gərgin əməyi nəticəsində Ingilis dilini də öyrənmişdir. Şefik Canın "Inkilap" nəşriyyatında çapdan çıxan "Klassik Yunan Mifologiyasi" əsərindən başqa, onun hazırladığı "Mövlananın Rübailəri"(mətnlərlə birlikdə II cild halında) toplusu Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilmişdir. Müəllifin "Mövlananın Həyatı, Şəxsiyyəti və Fikirləri", "Məsnəvi Hekayələri", "Divanı Kəbir", "Mövzulara görə Izahlı Məsnəvi Tərcüməsi" və "Cəvahiri Məsnəviyyə" adlı əsərləri isə Ötüken nəşriyyatında işıq üzü görmüşdür.

Bunlardan əlavə Tahirul Mövləvinin tamamlaya bilmədiyi Məsnəvi şərhinin V və VI cildlərini nəşrə hazırlamışdır. Şefik Canın "Ümumi Mifologiya Lüğəti" adlı əsəri isə çap olunmamışdır.  

Şefik Canın həyat yolu ilə qısaca tanış olduqdan sonra sizlərə, ölmündən az əvvəl “Zaman” qəzetinin müxbiri Nuriyə Akmanın mərhumdan götürdüyü müsahibəni təqdim edirik:

Zaman: Allah sizə lütf edib, doxsan altı yaşındasınız. Ahıllıq sizdən nə alıb apardı, yerinə nə gətirdi?

Şefik Can: Doğrusu bu yaşa qədər yaşayacağıma özüm də inanmazdım. Uşaq olanda mənə elə gəlirdi ki, qırx yaş uzun bir yaşdır. Qırx yaşınadək yaşayacağımı düşünə bilmirdim, qırxı keçdim, əllini keçdim, altımışı keçdim, yetmiş ötdü, səksən bitti, doxsan yetdi və bir də baxıb gördüm ki, bu yaşa dolmuşam. Başıma çox işlər gəlib, çox hadisələrin şahidi olmuşam. Ancaq heç vaxt halımdan şikayətçi olmamışam və olmayacağam da! Ahıllıqdan çox razıyam. Buna baxmayaraq həmişə ixtiyar Ferid Kamın, mərhum Tahirul Mövləvinin evində birinci mərtəbədən ikinciyə çıxarkən ahıllıqdan əziyyət çəkdiyi üçün dediyi bir beyt şeri xatırlayıram:

Çəkilməz bir bəladı ixtiyarlıq,

Bir də mülzəm olsa üstünə darlıq

Səri izzətində qalsın,

Sənin olsun ilahi elə bir varlıq !

Zaman: Mövlananın xəyali şəkilləri haqqında nə düşünürsünüz. Mənbələrdə  onun fiziki görünüşünə və xüsusiyyətlərinə aid fərqli məlumatlar var mı?

Şefik Can: Mövlananın mövcud şəkilləri həm Iranda, həm də Avropada  nəşr olunmuş kitablarda da vardır. Bunların hamısı təxəyyülün məhsuludur. Ancaq belə düşünürəm ki, bunlar Mövlananın xarici görkəmini nümayiş etdirən şəkillərdir. Məndə mənbələrdə mövcud şəkillərdəki Mövlananın xarici görkəmi ilə əlaqəli heç bir fərqli məlumat yoxdur.

Zaman: Bilirik ki, Məsnəvini Mövlana öz əli ilə yazmadı, başqalarına yazdırdı. Bəs bu yazanlar səhvə yol vermiş ola bilməzlərmi?

Şefik Can: Məlum olduğu kimi, Mövlana V cildlik Məsnəvinin əvvəlindəki 18 beyti öz əli ilə yazmışdır. Digər bütün beytləri O demiş müridi Hüsaməddin Çələbi yazmışdır. Mövlana hər gün axşam Hüsaməddinlə bir otağa çəkilib, beytləri deyirdi o da yazırdı. Bu beytlər yazılandan sonra ertəsi gün,  Mövlana yazdırdıqlarını oxutdurur, əlavə, dəyişiklik, düzəliş nə lazımdırsa özü edirdi. Bütün bunları Hüsaməddin dəftərin kənarına qeyd etmişdir.

Zaman: Mövlana deyib, Hüsaməddin yazıb. Məsnəviyə başqalarının sətrləri və fikirləri qarışa bilməz ki?

Şefik Can: Dediyim kimi  Mövlana V cildlik Məsnəvinin əvvəlindəki 18 beyti öz əli ilə, digər bütün beytləri O deyib, müridi Hüsaməddin Çələbi yazmışdır. Bu yazılı nüsxələrin üzü çoxaldıldı və beləliklə İslam aləmində çoxlu yazılı Məsnəvilər yayıldı. Bunlar arasında bəzi fərqlər yaranmışdır. Bu fərqlər bilavasitə onun üzünü köçürən şəxsin yol verdiyi xətalardır. Məsələn, hər hansı bir beytdə vəzin qısaltması olmuşdur. Ancaq bu fərqlər əsli dəyişdirə biləcək mahiyyətdə deyildir və bizi şübhəyə salmamalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz