Qəhqəhə və Yağış

Qəhqəhə və Yağış

Balaca Məhəmməd ilə atası mədrəsə yollarında... Getdikləri yer İraqın Qəzəl şəhəri, tarix isə 900 - cu illərin sonlarıdır... Ata maddi çətinlikdə olduğuna görə oğlunu yatmaq üçün şəraitləri olan mədrəsəyə oxumağa vermək istəyirdi.

Oğlu ilə vidalaşmış və uşağının gələcəyi haqqında dəqiq məlumatlar öyrənə bilməyib evə gəlmişdi.

Balaca Məhəmməd, ilahi bir nemət olaraq mayası eşq ilə yoğrulmuş, gül alıb gül satan və bu ticarəti də gül tərəzisi ilə edən, niyyət olaraq istiqamətini itirməmiş insanlarla bünövrəsində eşq, sevgi, vəfalılıq, həyalılıq kimi xüsusiyyətləri olan tər - təmiz bir mədrəsədə oxuyacaq...

Məhəmmədin atasından qohum-əqrabalar, qonşular və bütün tanışlar tərəfindən "Niyə uşağını mollaxanaya verdin? Oğlunun molla olmağını istəyirsən? " və başqa suallar soruşulduqca uşağını mədrəsəyə qoyduğuna peşman oldu. Öz-özünə "Nə olardı başqa məktəbə verəydim"-dedi.  Sonra ciyərlərini bıçaq kimi kəsən borcları ağlına gəldi və daxilindəki səsi susturdu. Necə olsa da oğlunun təhsil aldığı mədrəsədə dəftər, kitab kimi xərcləri olmayacaqdı. Öz-özünə "Mədrəsəni qurtarandan sonra da Allah kərimdir" - dedi. Bığ yeri yenicə tərləməyə başlayan Məhəmməd aylar keçdikdən sonra dərs kitablarını və qeydlərini alıb evlərinə getmək üçün yola düşdü. Karvanları yolda quldurlar tərəfindən dayandırıldı. Karvanda olan hər kəsin nəyi var isə, hamısı əllərindən alındı. Quldurlar Məhəmmədin kitablarını da almışdılar. Məhəmməd bunu qəbul edə bilməyib rəislərinin hüzuruna çıxaraq kitablarını istədi. Rəis:

- Kitabların vermirəm, canını almadığım üçün Allahına dua et və kitablarını unut!- dedi. Məhəmməd də "Xeyir, mən onlarsız qala bilmərəm, bütün elmim o qeydlərdə və kitablardadır" - deyə cavab verdi.

Dayanmış saatın gündə iki dəfə düzgün göstərməsi kimi qaralmış bir ruha sahib olan rəisin ağzından qəhqəhələrlə yanaşı: "Bu necə elm öyrənməkdir? Kitabların əlindən alınanda elmin qalmadı haa! Başının içərisi indi bom-boş oldu..." - sözləri töküldü.

Bu qəhqəhələr və təhqiredici ifadələr gənc Məhəmmədin dünyaya, kitablara və hadisələrə qarşı paradiqmalarının dəyişməsinə səbəb oldu. Şəmsi Təbrizinin Mövlana Rumi həzrətlərinin könlündə yaratdığı inqilab və yanğın bu dəfə də zehnində oldu. Tək fərq nəzarətdən və istiqamətdən ayrı qalması idi.

Gənc Məhəmmədi gələcəkdə Hüccətül İslam (Dinin əsası) və Zeynüddin (Dinin bəzəyi) kimi adlarla yad edilməsinə səbəb o adı bilinməyən rəisin qəhqəhəli və təhqir edici sözləri olmuşdur. Şeytandan olduğu ifadə edilən qəhqəhənin və pis əxlaqı xüsusiyyəti olan ələ salmağın xeyirli nəticələrə hamilə olmağı ilahi bir gözəllik və qədər sirrindən başqa bir şey deyildir. Hörümçək toru ilə Rəsulunu qoruyan Uca Allah bir fasiq ilə də dinini qüvvətləndirməyə, bir quldur rəisinin sözləri ilə də rəbbani alimlərini yetişdirməyə qadirdir.

Evlərinə çatan Məhəmməd rəisdən aldığı kitablarına baxarkən onun sözlərinin təsiri hələ də keçməmişdi. Yaxşı "Elm necə olmalı idi? Kitablardan bu qədər asılılıq lazım idi mi? Bu can sıxıcı duyğular içərisində fikir çəkərkən gözlərinə Buxarinin "Səhih" adlı əsəri dəydi. Daxilindəki əzab verən hissləri Rauf, Rəhim və möminlərə qarşı həris olan aləmlərin fəxri olanın sözləri ilə sakitləşdirmək istəyirdi. Ona mədrəsədə bunu öyrətmişdilər: "Hansı kitabı oxusanız, o kitabın müəllifi ilə söhbət etmiş olarsınız. Allah ilə söhbət etmək istəyirsinizsə Qur’an oxuyun, Rəsulallah ilə söhbət etmək istəyirsinizsə Hədisi Şərifləri oxuyun..." Kamallı bir ədəblə kitabı açdı və o hədis oxuyaraq Rəsulallah ilə söhbət edərək onunla danışmaq istəyirdi. Rəsulallahdan eşitdiyi ilk söz ilə sanki beynindən vurulmuş kimi oldu. O fəxri aləmin digər sözlərini sanki eşitməz oldu. Kitabı bağladı. Zehnində oxuduğu bu Hədis-i Şərif idi:

"Uca Allahın mənim vasitəmlə göndərdiyi hidayət və elm yağış kimidir. Bəzi torpaqlar suyu daxilinə çəkir, ot və çiçək yetişdirir. Bir qismi bərk olur. Suyu daxilinə çəkmir, üzərində saxlayır. İnsanlar bu sudan yenə də istifadə edər. Bir qismi də yalçın və bilinməzdir. Suyu daxilinə çəkməməklə yanaşı üzərində də saxlamaz, heç kimə fayda verməz". (Buxari - Müslim)

Oturduğu yerdən qalxdı. Çöldə yağan yağışı pəncərədən mənalı nəzərlərlə uzun vaxt seyr etdi. Sanki əzələ və əbədiyyətə çatan bir düzüncə səyahəti etmişdi. Ya da dağın zirvəsinə çıxanda necə mənzərə bir anda dəyişdiyi kimi, ona oxşayan bir vəziyyət yaşamışdı. Hər bir dənəsini mələklərin apardığı yağışın səsi quldur rəisinin qəhqəhəli və təhqiredici sözlərini boğaraq ağlına və qəlbinə rahatlıq hakim olmağa başladı.

Anasının yeməyə çağırması ilə yağışdan ayrıldı. Yeməkdən sonra otağına getdi. Dərs kitablarının birinci səhifəsinə bu Hədis-i Şərifi böyük hərflərlə yazdı. Öz-özünə: "Bax, Allah Rəsulunun bizə gətirdiyi hidayət və elm bunların içərisindədir. Amma mən bunları yaddaşıma yazmamışam, onarlı irfan halına gətirməmişəm, həmişə üstumdə gəzdirmişəm. Sanki Cuma surəsində ifadə edilən kimi  kitab yüklənmiş ulaqlar  kimi olmuşam. Bu kitabları süzməliyəm, başıma və könlümə həkk edib bilik halına salmalıyam"- dedi.

Yatağına uzanaraq... Ailəsini, qohumalrını, dostlarını, müəllimlərini yuxarıdakı yağış və torpaq təbəqələrinə görə fikirləşməyə başladı. Ağlına Əbu Cəhl gəldi. Yalçın və mənasız daş dedi. Nə hidayəti əldə edə bildi, nə də hidayət verə bildi... Qəlbinə yağan yağış damcıları ilə oranı "könül bağçası"na çevirmiş müxtəlif qulları fikirləşdi. O, qulların çoxun tarixdə yaşamış şəxsiyyətlər olduğunu hiss edincə insanlrdan və insan olmaqdan qorxdu. Öz-özünə "Haraya gedirik", yaşadığımız zamanda kimlər var?” - dedi.

 Tez ağlına rəhman təcəllisi ilə bütün insanlara mərhəmət edən, rəhm təcəllisi ilə də Məhəmməd ümmətinə məhəbbətlə dolu, ümməti fikirləşən və hər namazdan sonra pıçıltı halında ümmətə mərhəmətlə yardım göstərilməsi və mühafizə olunması üçün dua edən müəllimini xatırladı... Kirli əllərlə və kirli sularda bişirilən çörəyin insanların tərəddüd etməyərək necə mədələrinə ötürməsini fikirləşdi və bir də mələklərin yükləndiyi hidayət və elmi qəlbinə endirməyib üzündə, dilində, qeyd qəftərində və kitablarında daşıyanları fikirləşib, ürkdü. "Mən də bu qismlər kimiyəm" - dedi. Sonra ətrafını fikirləşdi. "Əslində hər kəs belədir" - dedi. Sonra da gözləri yumub yuxuya getdi.

Səhər namazından sonra bu duanı oxudu:

"Rəbbim! məni və nəslimi namaz qılanlardan et! Rəbbim! bizə dünyada və axirətdə xeyirlər ver. Bizi cəhənnəm əzabından qoru! Rəbbim! yağışı daxilinə hopdurmayan və üzərində saxlamayan qayalar kimi olmaqdan sənə sığınıram”.

Dua qurtararkən çöldə də yağış kəsilmək üzrə idi. Gənc Məhəmməd oturduğu səccadədə gözlərinin yuxusunun ağırlığı ilə bağlandığını belə hiss etməyərək yuxuya getmişdi. Çöldə son yağış damcısını torpağa endirən mələk, Məhəmmədin başı üstünə gələrək onu qanadları ilə sığallamağa başladı.

Səhər tezdən oyanan anası Məhəmmədin otağına girəndə onu səccadənin üzərində yatan halda gördü. Oğlunu oyandırmazdan əvvəl diqqətini mədrəsədən verilən və üzərində "Susmayan nəğmələr" yazan bir ilahi kitabça çəkdi. Səhifələrini vərəqlədi və bir-iki sətr oxudu:

"...Bu bir dəmdir gəlib - keçəcək, hiss etməzsən, demədimmi?"

"Bu yol uzundur, mənzili çoxdur... Keçidi yoxdur... Dərin sular var... Hayy..."

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz