Nə Olar Sevgili

Nə Olar Sevgili

Nurunla nurlandı bu dünya cahan

Alışan bir şam tək eşqindən yanan

Sənin sevgindən dönən məcnuna

Nə olar sevgini göstər sevgili

 

Sən ki yaranmısan əşraful-məxluq

Bir peyğəmbər tək edərdin qulluq

Mübarək şəhrinə etsək yolculuk

Nə olar qəbul et bizi sevgili

 

Adını zikr edər hər çiçək, hər gül

Eşqindən saralıb zəmidə sünbül

Mizanda günahı gələnə yüngül

Nə olar qucağın aç ey sevgili

 

Biz günahkarıq Allah endində

Heç bir eyib yoxdur gətirdiyində

Ümmətim! Deyib fəğan etdikdə

Nə olar unutma bizi sevgili

 

Hər kəs keçəcək sırat körpüsün

Görəcək orada əməl güzgüsün

Qoyma!  ayağımız ordan üzülsün

Nə olar əlini uzat sevgili

 

Səni layiqincə sevə bilmirik

Bəzən sünnətini biz tərk edirik

Peyğəmbər şəfaət edər deyirik

Bizləri naümid etmə sevgili

 

Sənin üzünə həsrətdir gözlər

Eşqindən ağlayıb görməyən gözlər

Yuxuda gözlərlər səni o gözlər

Nə olar onlara görün sevgili

 

Bəlkə gələmmədik sənin şəhrinə

Mübarək qəbrinin ziyarətinə

Səs verə bilmədik sənin səsinə

Nə olar bağışla bizi sevgili

 

Sənin vətənindir o gözəl Məkkə

Məkkədə olan o gözəl Kə'bə

Həsrətəm ordaki izinə yenə

Nə olar izini göstər sevgili

 

Güllər ətirlənir sənin tərindən

Günəş işıq alır nurlu üzündən

Gecə qaranlığı alır telindən

Nə olar üzünü göstər sevgili

 

İbadət edərdin gecələr belə

Şişərdi mübarək o dizlərin də

Ehtiyac görməzdin təbibi yenə

Nə olar təbibin olum sevgili

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz