Nəyindən İnciyəsən?!
Dünya əbədi deyil, hamı gəlib köçəcək,
Nökəri də, xanı da bir gün ölüm görəcək.
Yaxşılıq vallah qalır, pislik itib gedəcək
Bu dünyanın sən denən nəyindən inciyəsən?!
Nələr olmur görəsən bu dünyanın özündə?!
Pis adamın pisliyi görünürmü gözündə?
Yaxşıların əməli deyilirmi sözündə?
Bu dünyanın sən denən nəyindən inciyəsən?!
Dünya köhə dünyadı, yenə belə alındı.
Yaxşılar köçüb gedir, pislər qalır amandı!
Süleymana qalmayan, Samir kimə qalandı?
Bu dünyanın sən denən nəyindən inciyəsən?!
ŞƏRHLƏR