Qarabağ Belə Qalmayacaq
Hər il aprelin 24-ü yaxınlaşanda Ermənilərin soyqırım iddiaları qlobal səviyyədə bütün dünyada eyni vaxtda aktuallaşır və bir müddət sonra heç nə olmayıbmış kimi bir illik istirahətə çəkilir.
Belə məlum olur ki, qonşumuz məsələni ideoloji bir yara olaraq deyil, bir güləş yarışı və yaxud məktəbli viktorinası kimi təsəvvür edir. Elə bil ki, hər ilin aprel ayında turnir keçirilir və 24 apreldə final maçı ilə yekunlaşır. Maraqlıdır, ermənilər soyqırım məsələsinə həqiqətən də futbolçuları matça hazırlaşdığı kimi hazırlaşır və bu tarixən də belə olmuşdur. Məsələn, XIX əsrin 70-ci illərində erməni kilsəsi tərəfindən keşişlərə bütün erməni vətəndaşlara oxuyub-yazmaq səfərbərliyi başlamaq əmri verildiyini bilirik. Hətta eyni əmrdə oxuyub-yazma bilməyənlərə ən azından imza atmağı öyrənmələri tövsiyə olunur.
Eyni şəkildə geçən əsrin əvvəllərində Osmanlı dövləti ərazisində sığorta sisteminin "inşallah, maşallah" lövhələrindən ibarət olduğu illərdə (hansı ki, bu illərdə Osmanlı əyalətlərində yaşayan ermənilərin yaxşı vəziyyətdə olduqlarını düşünmək xam xəyal olardı) minlərlə erməni vətəndaş Amerikan şirkətlərində həyat sığortası etdirmiş və 90 il sonra sığorta etdirdikləri şirkətdən təzminat alma hüququ əldə etmişlər. Buna ancaq olimpiadaya hazırlanmaq deyilir. Doğrusu mənim üçün çox maraqlıdır; Bu gün 90 il sonrakı Erməni dövlətində bu qədər həyat sığortası etdirmiş adam yaşayır görəsən? Daha əvvəl bir çox məqalələrimdə də qeyd etdiyim səbəblərə görə qərb aləmi, milli-hissi və dini-etnik yaxınları olan ermənilərin bu oyunu oynamaqlarına kömək edir və ən azı göz yumur.
Türkiyə tərəfinin "tarixi tarixçilər tədqiq etsin biz də nəticəsinə razı olaq" təklifini "bu bir siyasi hadisədir"-deyərək hiyləgərcəsinə rədd etmək onların hər halda öz fikirlərində stabil qalacaqlarının dəlilidir. Soyqırım siyasi olar? Soyqırım ya baş vermişdir, ya da olmamışdır. Bunu da ən yaxşı tarixçilər bilər, siyasətçilər əl qaldırıb bunu təsdiqləyə bilər. Məsələn Xocalı soyqırımı baş vermişdir, ancaq siyasətçilər bunu yox sayır. 1915-ci ildəki soyqırımın isə nə olduğu müəyyən deyil müəyyənləşdirmək üçün isə tarixçilərin tədqiqatına ehtiyac var ki, bunu da əllərindəki kozurların saxta olacağı qorxusu (əslində həqiqəti) ilə ermənilər əleyhinədir-amma siyasətçilər baş vermiş hesab edirlər.
Roma hüququnda belə bir qayda var: əli çirkli olan məhkəmə qarşısında paklıq iddiası ilə çıxış edə bilməz. Xocalı soyqırmı kimi bir əli çirkliliyindən sonra məzlum sifəti ilə çıxış etmək ədalətli bir dünyada qəbuledilməzdir; amma dediyim kimi "ədalətli bir dünyada"...
Təfərruatları "Qarabağ Suallar və Faktlar" kitabında göstərilmişdir, lakin məsələdən heç agah olmayan adamın belə aydın qavrayacağı bir həqiqət var. Azərbaycanın Ermənistan ilə münaqişə obyekti Dağlıq Qarabağdan başqa, ermənilərin güya iddialı olmadıqları Azərbaycan torpaqlarını işğal etmiş və ədalətli dünya ictimayyəti buna ancaq tamaşa edir. Lakin soyqırım məsələsinə gəldikdə isə bu sükut və səsizlik pozulur. Bütün belə hallar beynimizdə bu sualı doğurur: görəsən dünyada söz bir müsəlman ölkəsindən və onun düçar olduğu problemdən gedərkən obyektivlik bir tərəfəmi qoyulur?
Çox ehtimal ki, indi Azərbaycan gücünü cəmləyib geniş miqyaslı bir hücuma keçsə və işğal olunmuş ərazilərini azad etsə, bu, bütün dünya ictimayyətində Azərbaycan əleyhinə ciddi əks-səda meydana gətirər; atəşkəsi pozan, sülhə qəsd edən, hətta bəlkə də məzlum erməni xalqını soyqırıma məruz qoyan tərəf kimi damğalanacaq və yəqin ki, bir çox embarqolarla üzləşəcək. Həmişə dediyim bir sözdür ki, erməni xalqı soyqırım iddialarını qəbul etdirə bilməkdən ötrü sərf etdiyi əməyi, Ermənistanın inkişafı üçün sərf etmiş olsaydı bu gün Ermənistan dövləti mövcud iqtisadi gerilikdən yaxa qurtarar, yoxsulluq ölkəni başına almaz, ölkə əhalisinin yarıdan çoxu xaricə qaçmazdı, eyni zamanda Türkiyə və Azərbaycan kimi iki zəngin qonşu dövlətlərin təmin etdiyi strateji iqtisadiyyatdan istifadə edərək rifah səviyyəsinə yüksələ bilərdi. Türkiyə və Azərbaycanın müsəlman olmayan qonşuları ilə mehribançiliğının ən bariz nümunəsi Gürcüstandır.
Unutmamaq lazımdır ki, Bizans imperiyasının məzhəb fərqliliyinə görə sözün əsl mənasında soyqırım törətməyə başladığı günlərdə də Alparslan ermənilərə qucaq açmışdır. Amma nədəndirsə ermənilər hər dəfə güclü bir böyük qardaş tapanda əvvəlkini arxadan bıçaqlamışlar. Bizans ordusu, Malazgird döyüşünə hazırlanarkən eyni ordudakı erməni komandirləri də "narahat olmayın, sizin dostlarınız qarşı tərəfdə sizlə birlikdə olacaqdır"- deyə Alparslana xəbər də yollamışdılar. Nəticə isə xəyanət oldu, son dövrlərində Osmanlı dövlətinə qarşı olduğu kimi...
Bu gün Ermənilər Beynəlxalq tribunalarda "Türkiyə və Azərbaycan arasında sıxışdırılmış" Ermənistanın problemlərindən bəhs etməkdədirlər, özü də sıxışdırdığını iddia etdikləri ölkənin torpaqlarının 20%-ni zəbt elədikləri halda. Əğər ermənilərin bu cəfəngiyyatdan ibarət iddiaları dünyada əks-səda yarada bilirsə, onda elə soyqırım iddialarının da ən azı bunun qədər cəfəngiyyat olduğu özünü təsdiqləyir. Çünki bir millət dünya ictimayyətinin nəzərləri altında, kommunikasiyanın bu qədər inkişaf etdiyi bir dövrdə, ərazisini 20%-ni işğal etdiyi bir ölkə tərəfindən sıxışdırıldığını iddia edirsə və buna bəzi rəsmi-beynəlxalq dairələri inandıra bilirsə, heç şübhəsiz ki, haqqında faktların toplanması imkanı azalmış, 90 illik bir tarixə malik bir məsələdə də iddia irəli sürüb və buna yenə bəzi rəsmi-beynəlxalq dairələri inandıra biləcəkdir. Hətta bir müddət sonra tarix kitablarınada əslində Azərbaycanın Erməistan ərazilərini işğal etdiyini iddia edən konsepsiyaları oxusanız, bu, sizdə heç də çaşqınlıq yaratmasın.
Bütün bunlar göstərir ki, Azərbaycan gəncliyi iki problemin birdən öhdəsindən gəlməlidir. Birincisi torpaqlarımızı işğal edən mənfur düşməndən müharibə və yaxud sülh yoluyla torpaqlarımızı geri qaytarmaq, ikincisi isə yanlış təsəvvürlü dünya ictimayyətinə həqiqətləri çatdıraraq ajiotaj nəticəsində formalaşmış bu vəziyyəti dəyişmək. Azərbaycan xalqı bu potensiala malikdir, ancaq Türk millətinin dünyadakı onlar əleyhində formalaşmış mənfi rəylərə əhəmiyyət verməməsi indiyə qədər çox vaxt itkisinə səbəb olmuşdur və bu gündən gec olmayaraq atacağımız hər addımda dünya ictimayyətini nəzərə almalıyıq. Erməni lobbisinin milyonları ola bilər, amma uğrunda o milyonları xərcləməyə dəyər bir millətlərinin olduğu şübhəlidir. Lakin İmişlidə qaçqın vagonlarında məskunlaşmış və əsasına dayanaraq güclə ayağa duran 80 yaşlı ağsaqqal "götürün bu əsamla ölənə qədər döyüşüm, elə can verim, nə olar..."-deyə fəryad etməkdədir. Bu xalq öz vətəninə, ata-baba yurduna təkrar qovuşacaqdır. Yetər ki, biz müharibəni həm masada, həm də cəbhədə qazana biləcək qabiliyyətdə olduğumuzu sübuta yetirək. Bunun üçün lazım gələn inam və qan Azərbaycan gəncinin genində mövcuddur!
Hər bir xalqa aid lətifələr olur. Sovetlər dövründə dövlət həm Bakı, həm də Sumqayıtdakı çörək zavodlarına eyni ləvazimatı verdiyi halda Sumgayıt çörəkləri daha yaxşı olurmuş və hamı da gedib onu alırmış. Bir gün iki direktor qarşılaşanda Bakılı işin sirrini soruşur: "dövlət ikimizə də eyni miqdarda un, maya, su və duz verdiyi halda niyə camaat sizin çörəyi alır, başa düşmürəm". Sumgayıtdakı direktorun cavabı isə çox dərinmənalı olur: "biz bir az da vicdan qatırıq". Deyəsən bizim xalqımızın Qarabağı geri almaq istəyinə, əzminə və potensialına bir az da mənəvi maya qatmalıyıq. Beləliklə bu, bütün materialların möhkəm bir binaya çevrilməsinə səbəb olacaqdır!
yur�u�nP'%�n%rgin düşmüş insanların öz ata - baba ocaqlarına dönməsində görür.
Türkiyə, Azərbaycan torpaqlaının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal edilməsinə və bir milyondan artıq Azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycana tam dəstək verir və probleminin sülh yolu ilə həll edilməsi üçün beynəlxalq səviyyələrdə qətiyyətli səy göstərir. Türkiyənin də səyləri ilə BMT Təhlükəsizlik Şurası, 1993-cü ildə 822, 853, 874 və 884 saylı qararlar qəbul etdi. Bu qərarlar münaqişəyə son qoyulması və məcburi köçkünlərin öz yurdlarına qayıtmalarına aid idi.
Son vaxtlarda bu məsələnin həlli istiqamətində iki ölkənin də dövlət başçıları səviyyəsində bir neçə görüşlər keçirilibdir.
Türkiyə, Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində başlanmış dialoqu, Xarici Işlər və Müdafiə Nazirlləri arasında aparılan paralel görüşmələri dəstəkləyir və bu görüşləri problemin sülh yolu ilə həll edilməsi baxımından müsbət qiymətləndirir. (4)
- C.Taşkıran.Keçmişdən günümüzə Qarabağ Məsələsi. Ankara 1995, səh. 31-86
- Akademiləri Komutanlığı Yayınlarından, Qafqaziya və Azərbaycanın dünəni, bugünü, yarını, İstanbul, 1995, səh. 65
- C.Taşkıran.Keçmişdən günümüzə Qarabağ Məsələsi. Ankara 1995, səh. 141- 174
- C.Taşkıran.Keçmişdən günümüzə Qarabağ Məsələsi. Ankara 1995, səh. 175- 190
ŞƏRHLƏR