Halalda Xeyir, Haramda Zərər Vardır

Halalda Xeyir, Haramda Zərər Vardır

Elə bütün din, hüquq və əxlaq sistemlərində qadağanlar çirkin və yaraşmayan hesab edilmiş davranışlar vardır. Səmavi dinlərin sonuncusu və ən mükəmməli olan İslam da fərd və cəmiyyət halında insanlığın xeyrinə gətirdiyi mükəlləfiyyətlər sırasında qadağanlara da yer vermişdir. 

Qadağanlar mənfi (edilməməsi tələb olunan) mükəlləfiyyətlərdir. Mükəlləfiyyətlər isə göylər, düzənliklər və dağların götürə bilmədiyi, “insan” deyilən “kamala namizəd” olan müstəsna sayılan varlığın boyuna biçilmiş “əmanətlərdir”. Bu əmanət mükəlləfiyyətlər, çöldəki kirləri, pasları silərək cövhəri ortaya çıxaran, kimin nəyə layiq olduğunu ortaya qoyan imtahan və seçmə vasitələridir. İnsan nə daşdır, nə heyvan, nə də mələk; o, böyük qabiliyyətləri özündə cəmləşdirən, misli-bərabəri olmayan meyvələrin irsini yaşadan toxumdur.

Dünya şəraitdəki ömür deyilən mövsümlər içində ən son ilahi dinin rəhm və tərbiyəsinə özünü verirsə (borclarını yerinə yetirirsə) o, özünə mələkləri heyran qoyar. Eyni şəkildə nəfs və şeytanın arzularına boyun əyər, onların al-qırmızı stəkanda təqdim etdikləri zəhəri qida güman edərsə, özünü məhv edər, daş-torpaqda, kübrə altında həşərat kimi çürüyüb gedər. Beləcə bəşər övladının fərdi həyatında haramlara riayətin də daxil edildiyi mükəlləfiyyətlərin bunda vacib rolu vardır.

Bu mükəlləfiyyətlərin halal və haram münasibətlərinin faydası yalnız fərdi də deyildir. Özünün təbəqələrində bütün zaman və məkanlardakı insanlıq üçün yaxşı, xeyirli və faydalı olan-halal, pis, şər və faydasız olanlar isə dərəcəsinə görə məkruh və haram sayıldığından bunun yaxşı nəticələri insanlığı və cəmiyyəti daha yaxından maraqlandırır.

Allah Təalanın tərbiyə vasitəsi olan halal və haramın möhtəvası (əhatə dairəsinə alınması) insanlığın təkamül səviyyəsinə görə dəyişmiş, son ümmətə sonuncu şəklində rəhmət, yaxşılıq və mötədilliyi (orta mütənasibliyi) təqdim etmişdir. Həmin anlayışın mənbəyi bu ayələrdir:

“Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz. Biz Sənə tərəf (hüzuruna) döndük!” Allah buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdir. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə. ayələrimizə iman gətirənlərə yazacağam! “

O kəslər ki əllərindəki Tövratda və Incildə (adını və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş) peyğəmbərə tabe olarlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökümlərini götürər.) O peyğəmbərə iman gətirən, yardım göstərən və onunla endirilmiş nurun (Quranın) ardınca gedənlər-məhz onlar nicat tapanlardır!” (Əraf surəsi, 156-157)

“(Ya Peyğəmbərim!) De ki; Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” De ki; “Bunlar dünyada iman gətirənlər üçündür (lakin kafirlər də ondan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə o, yalnız möminlərə məxsusdur.” Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik.

De ki: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zina etmək, lüt gəzmək və s. ) hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur. (Əraf surəsi, 32-33)

 

  • Hayrettin Karamanın “Halallar və Haramlar” kitabından alınmışdır.

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz