Elm + Din = Yüksəliş

Elm + Din = Yüksəliş

İslamda din ilə elm daim çiyin-çiyinə getmişdir. Fənn elmləri ağıllara  aydınlığ gətirən, din elmləri vicdanf yol göstərəndir. Fənn və din elmləri bir-birini dəstəklədiyi, bir-birindən güc aldığı dövrlərdə  Müsəlmanlar maddi və mənəvi baxımdan ən yüksək səviyyələrə çatmış, kəşf və ixtiraları ilə elm və mədəniyyətə öndərlik etmişlər.

Dünya, bu günkü mədəni səviyyəyə necə gəlmişdir? Bu zirvə nöqtəyə yüksəlişində kimlərin payı var?

Elmi, çox qədim dövrdən yaxın bir tarixə qədər xronoloji zəncir halında dürüst davranışlarla daşıyan kimlərdir?

Əsrlərin qəbul etdiyi, baş tacı etdiyi, lakin son əsrlərin ac gözlü və tərəfkeş Qərb alimləri tərəfindən tarixə dəfn edilən həqiqi alimlər olubmu? Olubsa, bunlar kimlərdir? Bəri başdan deyək ki, modern dünya bu günkü halına görə İslam Mədəniyyətinə borcludur. Müsəlmanların elmə göstərdiyi xidmətlər, onlara təməl olmuşdur. Müsəlman alimlər özlərindən əvvəlki elmləri almış, incəliklə tədqiq etmiş, nöqsanlarını islah etmiş, zəhməti olanları aydın bir şəkildə bildirib xidmətlərini üzə çıxarmışdır.

Təəssüf ki, elm və din bir-birindən uzaqlaşdırılmış və bu da İslam Mədəniyyətinin zəifləməsi ilə nəticələnmişdir. Beləliklə Qərbdən asılılıq yolu açılmışdır. Bu məsələ haqqında İslam mütəfəkkirlərindən İsmail Haqqı Danişmənd Hind alimi Asəf Fəvzidən nəql edərək belə deyir:

"Avropanın bütün elmləri İslam Mədəniyyətinin məhsuludur. Bu haqlı təsbit xüsusilə XIX əsrdən bəri Avropa alimlərinin etiraf etdikləri bir həqiqətdir. Əgər bu gün Qərb (Avropa) mədəniyyətindən İslam elmlərini çıxarıb kənara qoysaq, o zaman, atom sənayesi dərhal çökər, təyyarələr yerə düşər, fabrik və zavodlar dayandırılar, xəstəxanalar qəbristanlığa çevrilər...”

Avropalı mütəfəkkir Briffoult da bu məsələ haqqında aşağıdakı haqlı təsbiti ortaya qoyur:

"İslam Mədəniyyətinin modern dünyaya ən böyük köməyi və hədiyyəsi elmdir. Lakin Avropanı yenidən həyata qovuşduran şey yalnız elm deyildi. İslam Mədəniyyətindən gələn başqa təsirlər də Avropa həyatına ilk töhfəsini vermişdi. Avropanın irəliləməsində İslam Mədəniyyətinin təsirini görə bilmədiyimiz bir mərhələ qətiyyən yoxdur."

Bir başqa mütəfəkkir "Renessansı Müsəlmanlara borcluyuq"- demişdir.

Bəli, Müsəlmanlar elmdə o qədər irəliləmişlər ki, Avorpalılar belə özlərində riyaziyyat, astranomiya, fizika, kimya kimi bir çox müsbət elmlərin təməllərinin Müsəlmanlar tərəfindən qoyulduğunu etiraf etmək məcburiyyəti hiss etmişlər.

Avropalıların bu etirafları, onu qulaqardı edənlərin "Müsəlmanların elmə heç bir töhfəsi olmamışdır. Onlar geridə qalıblar, elmin əleyhinədirlər" şəklində həqiqətlə heç bir əlaqəsi olmayan, əsilsiz iddialarına cavabdır.

Ancaq biz keçmişlə yaşaya bilmərik. Xüsusilə elmin, kəşfin izlənilməsində çətinlik çəkildiyi bu modern dövrdə elmə möhkəm sarılıb, müsəlmanlığın ləkələnmiş üzünü təmizə çıxarmalıyıq. Beləliklə də əcdadlarımızın tətbiq edib, dövrün intibahını yaşatdıqları Düsturu biz də tətbiq edərək modern dövrümüzü növbəti xoşbəxtliyə çıxarmalıyıq.

Bu düstur isə "Elm+Din=Yüksəlişdir."

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz