"Erməni Soyqırımı": tarixi həqiqət yoxsa ajiotaj?
XIX əsrin ikinci yarısından sonra Osmanlı dövlətinin ərazisində, xüsusən də Izmir, Istanbul kimi iri şəhərlərdə və ermənilərin sıx yaşadıqları Şərqi Anadoluda erməni komitələri yaradılmağa başladı.
Bu təşkilatlar Avropada formalaşaraq, erməni kilsəsi vasitəsi ilə Osmanlı ərazisində ermənilərin kompakt yaşadığı yerlerde bərqərar olurdu. Yaradılan bu qurumların yeganə məqsədi isə bu tarixi dövrdə zəifləyən Osmanlı dövlətindən hansısa yolla (əslində terror yolu ilə) torpaq qoparıb, özlərinə qondarma bir dövlət yaratmaqdan ibarət idi. Məhz elə buna görə də XIX əsrin axırlarında ermənilər bu hərəkətlərini daha təkmil hala gətirərək silahlı dəstələr yaratmağa başladılar.
Bu silahlı dəstələr yollarda türk əsgərlərinə və mülki əhaliyə basqınlar edirdi. Bu qəbildən olan ilk erməni basqınları 1868-ci ildə Zeytun bölgəsində özünü göstərmişdir. Beləliklə ermənilər "Böyük Ermənistan" uğrunda terrorçu hərəkətlərə XIX əsrin 70-ci illərindən başlamış və iri dövlətlərin Osmanlı imperyasını I Dünya müharibəsinə cəlb etməsi ilə daha da genişləmişdir.
Almaniyanın təhriki ilə müharibəyə qoşulan Osmanlı dövləti səfərbərlik elan edincə ölkə vətəndaşları kimi ermənilər də orduya çağırıldılar. Krım müharibəsindən sonra keçirilən islahatlar nəticəsində vətəndaşlıq və hərbi mükəlləfiyyət hüququ qazanmış ermənilər, bu səfərbərlikdə iştirak edərək türk mundirini geyinib, türk silahları alsalar da türklərə qarşı xəyanətkarlığa başladılar. Bunun səbəbi isə iri dövlətlərin, o cümlədən Rusiya çarlığının ermənilərə yaxşı münasibət bəsləyərək onlardan, Osmanlı dövlətini parçalayıb, torpaqlarına yiyələnə bilmək üçün bir faktor kimi istifadə etməsi idi. Bu fikri dəstəkləyən bir başqa fakt isə, erməni patriarxının Rus çarı ilə görüşməsi, Rus Çarının vədləri, Osmanlı ərazisində erməni dövləti qurmaq və bu görüşün nəticəsi kimi rus qoşunlarına kömək məqsədi ilə silahlanmış erməni dəstələrinin Osmanlı dövlətinə qarşı vuruşmağa başlaması ilə bağlı idi.
Rus qoşunları Ərzuruma hücum edəndə ermənilər türk mundirini əyinlərində türklərə qarşı vuruşurdular. Belə olan halda heç şübhəsiz Osmanlı dövləti də öz növbəsində müəyyən tədbirlər görməli idi. Bu tarixdən etibarən başlayıb bu gün dünya ictimaiyyətinə özlərini məzlum xalq kimi tanıtdıran ermənilərin, yenə öz əməllərini ört-bastır edən və ikili standartlar yeridən güclərin Türkiyə Cümhuriyətinin beynəlxaq nüfuzunu endirmək üçün istifadə etdiyi "Erməni Soyqırımı" iddiaları belə bəşladı.
Əslində 1915-ci ilin aprelində nə baş verib?
Apreldə Osmanlı dövlətinin Daxili Işlər naziri Tələt paşaya belə bir məlumat daxil olmuşdu ki, Daşnaq təşkilatları öz dağıdıcı hərəkətlətini koordinasiya etmək, daha da təkmilləşdirmək və mərkəzləşdirmək üçün Istanbulda toplaşmaq niyyətindədirlər. Bu planın ifşa olunması ilə aprel ayının 24-də 2445 erməni daşnağı həbs edilmişdir. Ancaq onların heç biri edam edilməmiş, hətta yarısı Osmanlı padşahının fərmanı ilə əfv olunmuşdur. Yarısı isə sürgün edilmişdir.
24 aprel 1915-ci ildə baş verən hadisə konkret bundan ibarətdir. Onsuz da ermənilərin iddia etdiyi kimi 2.300.000 ermənilərin qətlə yetirilməsi, soyqırıma məruz qalması həm əsassızdır, həm də mümkün deyildir. Birincisi ona görə ki, 1914-cü ilə aid Osmanlı dövlətinin statistik məlumatı; rəsmi sənəddə göstərilir ki, dövlətin ərazisində təqribən 1.300.000 erməni yaşayır. Ermənilərin verdiyi məlumata görə isə bu əhalinin 600.000 nəfəri Cənubi Qafqaza köçürülüb. Bu halda 1915-ci ilədək Osmanlı ərazisində 2.300.000 deyil, 700.000 erməni qalmış olur...
İkincisi ermənilər "soyqırımını", bu hadisəyə həsr etdikləri 30.000-ə yaxın ədəbiyyatın istisnasız hamısında bu tarixi-rəsmi mənbəyə istinad edirlər: "Andonyanın sənədləri". Erməni tarixçilərinin iddiasına görə, guya Daxili Işlər naziri Tələt paşanın Hələb valisinə ünvanladığı və Hələbdəki bütün ermənilərin məhv edilməsini əmr etdiyi gizli telegramı Andonyan adlı erməni, mülki şəxs, adi adam Naim bəy adlı türkdən pulla almışdır. Burada belə bir maraqlı sual ortaya çıxır: Daxili Işlər nazirinin gizli telegram adi türk adamının əlinə necə keçə bilər? Hələ biz Osmanlı dövləti kimi dini bir dövlətə aid rəsmi sənədin "bismillah" sözündəki üç orfografik səhvin (həmin sənəddə var) olmasını demirik...
Bu iddiaların absurd olduğunu gözəl bilən erməni tarixçiləri eyni zamanda çox yaxşı billirlər ki, türklər erməniləri qırmamışlar. Hətta onların dövlət əleyhinə hərəkətlərini zəiflətmək üçün 1915-ci ilin mayın 5-də qəbul olunan "Sövq və Iskan" qanununa əsasən kompakt yaşadıqları yerdən köçürülərkən belə onların daşınmaz əmlakının yerindəcə qiymətləndirilib nağd şəkildə ödənildiyini, hər bir ailənin daşınan əmlakının daşınması üçün nəqliyyat vasitələri ilə təmin olunduğunu və yolda təhlükəsizliyin təmin olunmasından ötrü Osmanlı hökumətinin xüsusi əsgərlər təhkim etməsini də erməni tarixçiləri çox gözəl bilirlər. Halbuki ermənilər türklərə qarşı qanlı hadisələr törədmişlər. Son dövrlərdə Şərqi Anadolu ərazisində aparılmış qazıntılar nəticəsində aşkar edilmiş toplu məzarlıqlar və mövcud digər tarixi faktlar erməni vəhşiliyini təsdiq edir. Sadəcə olaraq ermənilər həmişə olduğu kimi ajiotaj yaradaraq, ikili standartlar dünyasında özlərini gözüyaşlı və məzlum bir xalq kimi qələmə verə bilməyi bacarmışlar.
Nəticə olaraq bunları qeyd etmək mümkündür; 1915-ci ildə erməni soyqırımı olmayıb, hətta 24 apreldə erməni komitələrinin həbsindən və əfv olunmuş daşnaqların öz əməllərinə yenidən başlamasından sonra türklər əleyhindəki qanlı erməni hərəkatı genişlənmişdir. Hadisələr zamanı 600.000 türk qətlə yetirilib. Erməni Andronik və Dronun dəstələri yüzlərlə türk kəndini viran qoymuş, dinc türk əhalisi qadın, uşaq və qocalar qırğına məruz qalmışdır.
Ancaq bu o demək deyil ki, müharibə zamanı heç bir erməni tələf olmayıb. I Dünya müharibəsində Rus qoşunlarına qoşulmuş ermənilər var idi və bunlar da döyüş aparırdı. Bu döyüşlər zamanı 170.000 erməni məhv olumuşdur. Bundan əlavə müharibə gedən ölkələrdə yoluxucu xəstəliklər də yayılmış və bunun nəticəsində təlafatlar olmuşdur. Deyək ki, köçürmə zamanı da ermənilər tələf olmuşdur. Bunlar müharibə şəraitində olan ölkə üçün normal hesab olunmalıdır.
Bu müharibədə türklərin itkisi 1.000.000 nəfər olmuşdur. Amma mülki erməni ailəsinə qarşı Osmanlı dövləti hər hansı bir silahlı tədbir keçirməmiş, hətta xəyanətkarlıqlarına baxmayaraq artıq qırğınlar törətməmələri məqsədi ilə əziyyətli olsa da, onları köçürmüşdür. Dövlətin iqtisadi-siyasi vəziyyəti ağır olsa da köçürülənlərin maddi təminatı üçün pul və təhlükəsizliyi üçün də ordu ayrılmışdır. Fikrimizcə "Erməni Soyqırımı" məsələsi türk mərhəmətinə qarşı nankor ermənilərin növbəti xəyanətidir!
ı. Tərəflər arasındakı müharibə 24 May 1994-cü il tarixində imzalanan atəşkəslə dayansa da, Azərbaycan ilə Ermənistan arasındakı müharibə vəziyyəti hələ də davam edir.
ATƏT-in Minsk Qrupunun iclaslarında fəal iştirak edən Türkiyə, münaqişənin ATƏT çərçivəsində həll edilməsinin tərəfdarıdır. Həmçinin Türkiyə dövləti bölgədə sülhün bərqərar olunması üçün çıxış yolunu, Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, ermənilərin işğal etdikləri torpaqlardan çıxarılmasında və yurdlarından didərgin düşmüş insanların öz ata - baba ocaqlarına dönməsində görür.
Türkiyə, Azərbaycan torpaqlaının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal edilməsinə və bir milyondan artıq Azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycana tam dəstək verir və probleminin sülh yolu ilə həll edilməsi üçün beynəlxalq səviyyələrdə qətiyyətli səy göstərir. Türkiyənin də səyləri ilə BMT Təhlükəsizlik Şurası, 1993-cü ildə 822, 853, 874 və 884 saylı qararlar qəbul etdi. Bu qərarlar münaqişəyə son qoyulması və məcburi köçkünlərin öz yurdlarına qayıtmalarına aid idi.
Son vaxtlarda bu məsələnin həlli istiqamətində iki ölkənin də dövlət başçıları səviyyəsində bir neçə görüşlər keçirilibdir.
Türkiyə, Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində başlanmış dialoqu, Xarici Işlər və Müdafiə Nazirlləri arasında aparılan paralel görüşmələri dəstəkləyir və bu görüşləri problemin sülh yolu ilə həll edilməsi baxımından müsbət qiymətləndirir. (4)
- C.Taşkıran.Keçmişdən günümüzə Qarabağ Məsələsi. Ankara 1995, səh. 31-86
- Akademiləri Komutanlığı Yayınlarından, Qafqaziya və Azərbaycanın dünəni, bugünü, yarını, İstanbul, 1995, səh. 65
- C.Taşkıran.Keçmişdən günümüzə Qarabağ Məsələsi. Ankara 1995, səh. 141- 174
- C.Taşkıran.Keçmişdən günümüzə Qarabağ Məsələsi. Ankara 1995, səh. 175- 190
ŞƏRHLƏR