Qarabağ Problemi

Qarabağ Problemi

Qarabağ Tarixi

Ermənilər Dağlıq Qarabağın tarixən bir Erməni torpağı olmasını iddia etsələr də, əslində onların bu iddiaları tarixi faktlara əsaslanmamaqdadır. Bugün Dağlıq Qarabağın yerləşdiyi ərazi tarixən bir Türk yurdudur.

 Urartuların hakimimiyyəti dövründə Orta Asiyadan bir-birlərini sıxışdıraraq qərb istiqamətində hərəkət edən Türk boyları indiki Dağlıq Qarabağın yerləşdiyi əraziyə gəlməyə başlamışlar. E.ə. 8-ci əsrdə tarix səhnəsinə çıxan Saka( İskit ) Türkləri Qafqasiyaya gələrək bu əraziyə yerləşmişlər. Bir müddət sonra isə Sakaların bir qolu olan "Daha"ların "Part-Parn" boyundan çıxan Arsaq (Arşaq) adlı bir qəhrəman Arçşakilər Dövlətini qurmuşdur. Sakaların bir qolu olan Partlardan sonra bu ərazilərdə Albanlar məskunlaşmışlar.

Albanlar da Türk mənşəlidir və Sakalıların bir qolundan gələn Arşaq sülaləsi tərəfindən qurularaq indiki Qarabağın yerləşdiyi ərazilərdə öz hakimiyyətlərini qurmuşlar. Albanların əfsanəvi əcdaadı olan Aran, Qarabağ bölgəsinin hökmdarı olmuşdur. Romalılar Qafqasiyaya gəldikləri zaman bütün Qafqasiya Romaya tabe olmuş, yalnız Albaniya öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. 8-ci əsrdə Ərəblərin bu bölgələrə gəlmələri səbəbi ilə Alban Çarlığının hakimiyyətinə son qoyulur. Çarlığın hakimiyyəti altında yaşayanların böyük əksəriyyəti İslam dinini qəbul edərək bu günkü Azəri Türklərini meydana gətirmişlər. Sonralar bölgəyə Səlcuqlu Türkləri gəlmişlər.

1200-cü illərin əvvəllərindən etibarən Qarabağ bölgəsinə Monqol axınları başlamışdır. Monqolların hakimiyyəti altında qalan Qarabağ, sonralar "Elxanlilər"in hakimiyyəti altına girmişdir. XIV əsrin sonlarında isə Qarabağda Teymurun hökmranlığı başlamışdır. Teymurun hökmranlığını Qaraqoyunlular və ondan sonra da Akınların hakimiyyəti əvəz etmişdir. Müxtəlif vaxtlarda Səfəvilərin hakimiyyəti altına girən Qarabağ, III Murad zamanında Osmanlı dövlətinin hakimiyyəti altına girmrşdir. XVIII əsrə qədər Səfəvilərlə Osmanlılar arasında tez-tez hakimiyyət dəyişdirən Qarabağ nəhayət Səfəvilərin hakimiyyəti altında qalmışdır. XVIII əsrdə bölgədə Qarabağ xanlığı qurulmuşdur. XIX əsrin əvvəllərindən etibarən isə bölgədə Rusların hakimiyyəti başlamışdır. (1)

 

Dağlıq Qarabağ Problemi

Bu günkü Dağlıq Qarabağ problemi 1988-ci ildə başlamışdır. 80 -cı illərin sonlarında SSRİ-nin parçalanma mərhələsinin başlanmasını fürsət bilən Dağlıq Qarabağın erməni rəhbərləri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxardılaraq Ermənistanın tərkibinə qatılmasını istədilər. Və bu təklif ilə də SSRİ, Azərbaycan və Ermənistan ali sovetlərinə müraciət etdilər. Azərbaycanın  Ali Soveti bu təklifi və müraciəti rədd etmişdir. Bunun İttifaq Respublikalarının sərhədlərinin, bu Respublikaların razılığı olmadan dəyişdirilə bilməyəcəyini təsdiqləyən SSRİ konstitusiyasına zidd bir təklif olduğunu bildirmişdir. İyul 1988-ci ildə SSRİ Ali Soveti də, Ermənistan Ali Sovetinin Dağlıq Qarabağı Ermənistana birləşdirmə qərarını rədd etmişdir. SSRİ Ali Soveti 1989 -cu ilin Yanvar ayında Dağlıq Qarabağın idarəsini nəzarətə almış və bölgə mərkəzdən idarə olunmuşdur. (2)

1991-ci ildə SSRİ parçalandıqdan sonra Azərbaycan və Ermənistan müstəqillik qazanması və 1992-inci ilin əvvəllərində Rus qoşunlarının Dağlıq Qarabağdan çıxardılması nəticəsində tərəflər arasındakı konflikt açıq müharibəyə çevrilmişdir. 1992-ci ilin ortalarında artıq Dağlıq Qarabağın ərazisində bir nəfər də olsun azəri qalmamışdır. Ermənistanın və onların havadarlarının işğalçı siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağla həmsərhəd olan digər rayonları-Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Qubadlı, Zəngilan da işğal olunmuşdur. Öz doğma ata-baba yurdlarından zorla çıxardılmış əhali isə Azərbaycanın digər rayonlarında müvəqqəti olaraq məskunlaşmışlar.

Birləşmiş Millətlər Təşkilatı, tərəflər arasındakı konfliktin həlli istiqamətində 822, 853, 874 və 884 saylı qərarlar qəbul edərək Ermənistanı işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxmağa çağırmışdır. Ermənistan isə bu qərarların heç birinə əməl etməmişdir.

1992 -ci ildən etibarən ATƏT- in Minsk Qrupunun tərəflər arasındakı konfliktin nizama salınması ilə bağlı təşəbbüsləri nəticəsində, 1994-üncü ilin Aprel ayında Azərbaycan və Ermənistan arasında atəşkəs imzalanmışdır. Erməni tərəfinin dəfələrlə atəşkəsi pozmasına baxmayaraq tərəflər arasındakı atəşkəs reúimi bu gün də davam etməkdədir.

Ermənistandan başqa ATƏT-ə üzv olan ölkələr ATƏT-in rəsmi bəyanatında qeyd olunan maddələri konfiliktin ədalətli həlli olaraq qəbul etmişlər. ATƏT-in bəyanatında, tərəflər arasındakı konfliktin Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmət, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsi və Dağlıq Qarabağ əhalisi üçün təhlükəsizlik təminatı kimi məsələnin həlli yolları göstərilir. (3)

 

Türkiyə və Qarabağ Problemi

SSRİ-də Qorbaçov hakimiyyətinin yenidənqurma siyasəti və bunun nəticəsi olaraq Ittifaqın parçalanması, 1987-88-ci illərdə Dağlıq Qarabağda yaşayan ermənilərdə də Dağlıq Qarabağın Azərbaycandan ayrılması arzusunu oyatdı. Dağlıq Qarabağ Muxtar Vilayəti Ali Soveti 20 Fevral 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılaraq Ermənistanın tərkibinə qatılması haqqında qərar qəbul etdi. Bu əsassız qərar Azərilərlə ermənilər arasında konfliktə səbəb oldu.

Azərbaycan hökuməti isə 26 Noyabr 1991-ci ildə Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv edərək, Dağlıq Qarabağın idarəsini birbaşa mərkəzə bağladığını elan etdi. Bölgədə yaşayan ermənilər də 12 Dekabr 1991-ci ildə müstəqil Dağlıq Qarabağ Respublikası yaratdıqlarını elan edərək MDB-yə üzvlük üçün müraciət etdilər.

Münaqişənin sülh yoluyla nizama salınması məqsədiylə ATƏT çərçivəsində Helsinki Nazirlər Şurasının 24 Mart 1992 -ci il tarixli qərarı ilə Türkiyənin də fəal üzvü olduğu 11 devlətin təmsil olunduğu Minsk Qrupu yaradıldı.  Tərəflər arasındakı müharibə 24 May 1994-cü il tarixində imzalanan atəşkəslə dayansa da, Azərbaycan ilə Ermənistan arasındakı müharibə vəziyyəti hələ də davam edir.

ATƏT-in Minsk Qrupunun iclaslarında fəal iştirak edən Türkiyə, münaqişənin ATƏT çərçivəsində həll edilməsinin tərəfdarıdır. Həmçinin Türkiyə dövləti bölgədə sülhün bərqərar olunması üçün çıxış yolunu, Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, ermənilərin işğal etdikləri torpaqlardan çıxarılmasında və yurdlarından didərgin düşmüş insanların öz ata - baba ocaqlarına dönməsində görür.

Türkiyə, Azərbaycan torpaqlaının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal edilməsinə və bir milyondan artıq Azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycana tam dəstək verir və probleminin sülh yolu ilə həll edilməsi üçün beynəlxalq səviyyələrdə qətiyyətli səy göstərir. Türkiyənin də səyləri ilə BMT Təhlükəsizlik Şurası, 1993-cü ildə 822, 853, 874 və 884 saylı qararlar qəbul etdi. Bu qərarlar münaqişəyə son qoyulması və məcburi köçkünlərin öz yurdlarına qayıtmalarına aid idi.

Son vaxtlarda bu məsələnin həlli istiqamətində iki ölkənin də dövlət başçıları səviyyəsində bir neçə görüşlər keçirilibdir.

Türkiyə, Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində başlanmış dialoqu, Xarici Işlər və Müdafiə Nazirlləri arasında aparılan paralel görüşmələri dəstəkləyir və bu görüşləri problemin sülh yolu ilə həll edilməsi baxımından müsbət qiymətləndirir. (4)

 

  1. C.Taşkıran.Keçmişdən günümüzə Qarabağ Məsələsi. Ankara 1995, səh. 31-86
  2. Akademiləri Komutanlığı Yayınlarından, Qafqaziya və Azərbaycanın dünəni, bugünü, yarını, İstanbul, 1995, səh. 65
  3. C.Taşkıran.Keçmişdən günümüzə Qarabağ Məsələsi. Ankara 1995, səh. 141- 174
  4. C.Taşkıran.Keçmişdən günümüzə Qarabağ Məsələsi. Ankara 1995, səh. 175- 190

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz