Həzrət Peyğəmbərə (s.ə.s.) Məhəbbət

Həzrət Peyğəmbərə (s.ə.s.) Məhəbbət

Kəlmeyi-şəhadət sarayının sultani-Rəsulu İlahi məhəbbət eşqilə yaradılan kainatın və onun özü vəziyyətindəki insanın əsl cövhərini Mühəmmədi nur təşkil edir.

Bu cəhətdən Həqiqəti-Mühəmmədiyyə, məhəbbət səltənətinin zühur aynasıdır. Varlığı kölgələyən məhəbbət nuru, səmanın və yer üzünün təşəkkülünə vəsilə olmuşdur. Allah Təala, Ona “Həbibim” buyurmuş, beləcə O, bütün məxluqata zirvə olmuşdur. Həm də elə bir zirvə ki, Haqq Təala, Onun ismi-şərifini ta əzəldən öz ismi şərifi ilə bərabər zikr etmiş və lövhi-məhfuzda: “La ilahə illallah, Muhammədun Rasulullah...” şəklində nəqş etmişdir.

Haqq Təala Həzrət Adəmi (əleyhissəlam), cənnətdə işlədiyi günaha görə dünyaya endirdikdən sonra onun səmada bu yazını görüb Həzrət Mühəmməd Mustafa hörmətinə əfv diləməsinə dair yalvarışına görə məğfirət etmiş və belə buyurmuşdur: “-Ey Adəm! O, mənə məxluqatın ən sevimli olanıdır. (Dua edəcəyin zaman) Onun haqqı üçün mənə dua et! (Çünki bu vaxt Onun haqqı üçün etdiyin dua səbəbli) Mən səni bağışladım. (Bilməlisən ki), əgər Mühəmməd olmasaydı, səni yaratmazdım. ” (Hakim, Müstədrək, II, 672; Beyhaqi, Dəlail, V, 488-489)

Kəlmeyi-Şəhadətdə də ifadə etdiyimiz kimi, əlbəttə ki, O bir “qul”dur. Lakin bu qulluğu insan haqqındakı tələqqimizlə doldurmağa çalışmamalıyıq. Çünki həqiqəti-Mühəmmədiyyə qarşısında bizim idrakımız, metafizik hadisələri qavramaq baxımından  bir uşaq idrakından seçilmir. Ona görə də Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm), qullar içində seçilmiş, cahanın baş tacı olmuş bir “rəsul”dur. Həm də elə uca bir rəsuldur ki, bütün peyğəmbərlərin adı Onun mübarək adında cəm olmuşdur. Bütün peyğəmbərlərin gətirdiyi şəriət, yəni dini-mübin, Onun gətirdiyi İslam ilə kamala çatmışdır.

Sultanlar adına xütbələr oxunur, pullar kəsilir və onların dövlətləri süqut etməsin deyə dualar edilir. Lakin bir müddət sonra o sultanlar da, dövlətləri də tarixin səhnəsindən çəkilir. Ancaq nəbilərin adına oxunan xütbələr belə deyildir. Nəbilərin və onların varisi olan vəlilərin səltənət və dövlətləri daimidir, sonsuzdur. Onlar, Haqq qatında olduğu kimi könüllərdə də əbədiləşmişlər. Padşahların və dövlət adamlarının  səltənətləri isə, keçici, gəldi-gedər bir dünya səltənətidir deyə sona çatmağa məhkumdur ki, elə də olur.

Lakin Peyğəmbərlər və vəlilər, qulları Mövlaya aparan uca bələdçidirlər. Onlar faniliyi əbədi olana fəda edərək ölümsüzləşmiş və zəvaldan xilas olmuş müstəsna ruhlardır. Bərzəx aləmində də, sonrakı aləmdə də səltənətləri davam edən mənəviyyat sultanlarıdırdar. Onlar, dünyada və axirətdə: “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.” (Yunus, 62) bəyanına muxatəbdirlər. Bu qiymətli ruhların əmələ gətirdiyi səflərin mehrablarında da nəbilərin baş tacı Həzrət Mühəmməd Mustafa (səllallahu əleyhi və səlləm) Əfəndimiz vardır.

Bu baxımdan hər zahiri padşahın adı silinib gedərkən dünya və axirət sultanı olan Həzrəti Peyğəmbərin (səllallahu əleyhi və səlləm) mübarək ismi-şərifi yerdə, göydə və könüllərdə əbədidir. Ona görə də könüllərə dünyəvi padşah və onlara aid səltənətlərin şənını deyil, o əbədilik taxtında oturan bənzərsiz sultanın şənini silinməyən məhəbbət yazısı ilə yazmalıyıq ki, qəlblərimiz, ona verilən ülvi qiymətini mühafizə edə bilsin.

Qurani-Kərimdə Haqq Təalanın:

“Halbuki, Sən onların arasında ola-ola Allah (Sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir.” (əl-Ənfal, 33) bəyanı müşriklər üçün varid olmuş bir ayəti-kərimədir.

Bu, işarə mənasında o deməkdir ki, O Varlıq Nurunu könlündə daşıyan möminlər haqqında böyük müúdələr və mükafatlar vardır; bu, o deməkdir ki, bir mömin qulun könlü, nə qədər Rəsullullaha (səllallahu əleyhi və səlləm)  məhəbbətlə dolarsa, o qədər ilahi əzabdan və Allahın qəzəbindən uzaqlaşmış olar. Bu, Haqq Təalanın uca bir vədidir. Yəni  könlümüzdə Allah Rəsulu (səllallahu əleyhi və səlləm) varsa, Mövla, bizi həlak etməyəcək və bizə əzab verməyəcəkdir.

Gözəllər, özlərini güzgüdə görmək istəyərlər. Öz gözəlliklərini sevəcək göz və könül axtararlar. Mütləq gözəl olan Rəbbin kainatı və insanları yaratmasındakı sirr də belədir. Hədisi-qüdsidə:

“Mən gizli bir xəzinə idim, bilinmək və sevilmək istədim”  buyurması bundandır.

Yaradılışın başlanğıcı, Onun nuru ilə vücud tapdığından kürreyi-ərzdə zühur edən bütün peyğəmbərlər, başda Həzrət Adəm olmaqla Ondan niyabət (əvəz etmə) yolu ilə Onun nurunun feyz və bərəkətini daşımışlar.

Bütün gözəlliklər Ona aiddir və O səbəbli yaradılmışdır. Harada bir gözəllik varsa, Ondan əks olunmuşdur. Aləmdə elə bir çiçək açılmaz ki, Onun nurundan əmələ gəlməmiş olsun! Çünki O olmasa idi, heç bir şey mövcud olmazdı. Biz də o səbəbdən varıq... O, solmayan, əksinə daim təzəlik və təravəti daha da artan başdan-başa nurdan ibarət bir ilahi qönçədir.

Həzrət Mövlana buyurur: “Cəbrail (əleyhissəlam), yalnız bir qanadını açdıqda şərqi də,  qərbi də örtmüşdü. Həzrəti Peyğəmbər (səllallahu əleyhi və səlləm), onu görüncə, ona bu heybəti verənin böyüklük və əzəmətini düşünərək bayıldı.”

“Lakin Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm), əgər həqiqəti-Mühəmmədiyyənin öz insan şüuruna sığmayan qanadını açsa idi, Cəbrail əbədi olaraq özündən gedər, bir daha özünə gəlməzdi.”

“Çünki Həbibullah, Cəbraillə bərabər sidrətül-müntəhaya çatınca Cəbrail dayanmış və: «Ya Rəsulallah! Sən buyur! Mən Səninlə eyni deyiləm. Buradan sonra bir dəfə qanad çalsam, yanıb kül olaram!» -demişdir.”

O, canlardan əziz, cananlardan üstün, hər yönü ilə məhəbbətə ən layiq müstəsna bir yaradılışdır. Gəlmiş və gələcəklərin ən gözəli və fəzilətlisi, insanlığa ağlayanların ən mərhəmətlisi, yeganə mürşid və rəhbərdir. O ki, qız uşaqlarını diri-diri torpağa bastıracaq qədər vəhşilik zindanına düşənləri gözü və könlü yaşlı aşiqlər halına gətirmiş, onlara kitabı, sirr və hikməti öyrətmişdir. Onu hər şeydən üstün tutmaq, misilsiz bir eşq və məhəbbətlə sevmək, imanın kamilliyindəndir. Bu məhəbbətin zirvəsi Hədisi-Şərifdə belə bəyan edilir:

“Sizdən biriniz məni, ata-anasından, ailəsindən və bütün insanlardan daha çox sevməyincə həqiqi iman etmiş olmaz!...”

Bu Hədisi-Şərif, imanın kamilliyinin Həzrət Peyğəmbər məhəbbəti ilə cücərəcəyinə ən gözəl bir tənbeh və xəbərdarlıqdır. Bu məhəbbətdən uzaq qalanlar üçün feyz və inkişaf yolları bağlıdır. Eşq toxumu, ancaq Onun məhəbbət torpağı, necə daşlaşmış könülləri bir mücəvhər saflığına, digərləri arasında qızıl və gümüş qiymətinə yüksəltmişdir.

Onun məhəbbət torpağında cücərənlərin başında gələn əshabi-kiram, təriflərə sığışmayan bir eşq iqlimində yaşamışlar.

Bir xanım səhabədən ibrət dolu bir Peyğəmbər məhəbbəti mənzərəsi:

Kəbin qızı Nəsibə (radiyallahu ənha), müsəlmanlarla birlikdə Uhud döyüşündə iştirak etmişdir. Öz əlləri ilə hazırladığı qablarla yaralılara su daşıyarkən, müsəlmanların dağıldığını gördü. Bu səbəbdən dərhal Rəsulullahın (səllallahu əleyhi və səlləm) yanına qaçdı. Atılan ox və daşlara özünü hədəf edərək bütün səy və cəsarəti ilə Rəsuli-Əkrəm (səllallahu əleyhi və səlləm) Əfəndimizi qorudu. Hətta bu fədakarlıq zamanı atılan ox və daşlarla on iki yerindən yaralandı.

Onun bu halını təqdir və təhsin edən Allah Rəsulu (səllallahu əleyhi və səlləm):

“Bugün Nəsibə filan və filan qəhrəmanları keçmişdir.” buyuraraq ondan sitayişlə bəhs etdi.

Beləcə dindarlığın verdiyi şüurla döyüşlərdə göstərdiyi qəhrəmanlığına görə Peyğəmbərimizin (Səllallahu əleyhi və səlləm) tərifinə nail olan Nəsibənin adı, örnək müsəlman xanımlarından biri olaraq İslam tarixinə düşdü.

Başqa bir məhəbbətin təzahürü:

Həzrət Peyğəmbərin (səllallahu əleyhi və səlləm) bir söhbətində Səvban (radiyallahu ənh), Həbibullaha çox dərin və dalğın bir şəkildə baxırdı. Olduqca da çox iztirablı bir halı var idi. Elə ki, onun bu halı, Aləmlərin Əfəndisinin diqqətini çəkdi, O, mərhəmətlə soruşdu:

“-Ya Səvban! Bu hal nədir?”

Səvban (radiyallahu ənh), iltifat ilə məhəbbətin çağladığı hala gələn sevdalı könlü ilə belə dedi:

“Atam-anam və bu canım Sənə fəda olsun, ya Rəsulallah! Sənin həsrətin məni elə yandırıb qovurur ki, nurundan ayrı keçirdiyim hər an mənə başqa bir hicran olur. Dünyada belə olursa axirətdə necə olur deyə dərdlənirəm. Orada Siz peyğəmbərlərlə bir olacaqsınız. Mənim isə, nə olacağım və harada olacağım bəlli deyil! Üstəlik cənnətə girə bilməsəm, sizi görməkdən tamamilə məhrum olacağam! Bu hal məni yandırıb yaxır, ey Allahın Rəsulu!”

Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm), Səvban ilə birlikdə əshabi-kiramdan da zaman-zaman vaqe olan bu və başqa hicranlı sözlərlə və ayrıca qiyamətə qədər gələcək olan ümmətin məhəbbət və eşq karvanının yanıq könüllərinə sevinc dolu bir müúdə mahiyyətində belə buyurmuşdur:

“Adam sevdiyi ilə yan-yanadır...”

Təbii ki, səmimi məhəbbət, itaət və təslimiyyət şərti ilə...

O vəfat edəndə əshabın halı, hüznün son həddindəydi. Sanki yanıb ərimiş bir mum kimi idi. Çünki, düşündülər ki, Onu görmədən bir gün belə dura bilməyən aşiq könülləri, artıq Onu bu fani dünyada, bir daha görməyəcəkdi. Bax, bu hicran və yanmağa dayana bilməyən Abdullah bin Zeyd (radiyallah ənh), əllərini uca dərgaha hüznlü bir könüllə açaraq:

“İlahi! Daha mənim gözlərimi kor et! Mən hər şeydən çox sevdiyim Peyğəmbərimdən sonra daha dünyada bir şey görməyim!...” -deyə dua etdi və oradaca gözləri kor oldu.

Həzrət Peyğəmbərə əshabın hərtərəfli eşq və məhəbbətini kəlmələrin məhdud imkanları ilə izah etmək mümkün deyildir. Saysız misallar dəryasından bir neçəsi də belədir:

 (radiyallahu ənh) deyir:

“Rəsulullahı bərbər təraş edərkən gördüm. Əshab, ətrafını əhatələmişdi. Kəsilən mübarək saç və saqqal tellərinin birinin də yerə düşməməsi üçün sanki onları qapırdılar.”

Əshabi-Kiram,  Həzrət Peyğəmbərin həm əşyaları, həm də saç və saqqalının mübarək tellərilə təbərrük (uğur saymaq) halında olurdular. Bunun ən gözəl misalı Xalid bin Vəlidin (radiyallahu ənh) Həzrət Peyğəmbərin saçlarından aldığı bir neçə mübarək teli sarığında saxlamasıdır. Rəvayət olduğuna görə Xalid (radiyallahu ənh), Yermük döyüşündə bu sarığı itirmişdi. Əskərlərinə:

“Onu axtarın!” - deyə təlimat verdi.

Axtardılar, tapa bilmədilər. Həzrəti Xalid, təkrar axtarmaları için əmr verdi. Bu dəfə tapdılar. Baxdılar ki, köhnə bir sarıq imiş! Səhabi, bu köhnə sarıq üzərində Həzrəti Xalidin bu qədər israr etməsinə heyrət etdi. Bununla bağlı Xalid (radiyallahu ənh), bunları söylədi:

“Rəsulullah saçlarını kəsmişdi. Səhabələr o saçları həmən götürdülər. Mən də alnından bir neçə tel aldım və bu sarığın içinə qoydum. Bu mənim üçün elə bir bərəkət oldu ki, onunla girdiyim bütün döyüşləri zəfərlə başa vurdum. Zəfərlərimin sirri, mənim Rəsulullaha olan məhəbbətimdir.”

Bax, bu məhəbbətdən mənbələnən bir aparıcı ilə günümüzə qədər Həzrət Peyğəmbərdən (səllallahu əleyhi və səlləm) müəzzəz bir xatirə olaraq davam edən saç və saqqalının mübarək telləri, came minbərlərində saxlanaraq “saqqali-şərif” adı ilə əsirlərdən bəri ümmətə rəhmət olmaqdadır.

Misallardan göründüyü kimi, Həzrət Peyğəmbərə (səllallahu əleyhi və səlləm) məhəbbətin bərəkəti, yalnız mənəvi aləmdə təzahür etmir. Zahiri aləmdə də o feyz və bərəkətin cismani təzahürləri olur. Bunun ən yaxşı misalı qurulmasının  700-cü  ildönümündə dərk etdiyimiz Osmanlı dövlətidir. Onlar, dövlətlərini dəfələrlə “Dövləti-Mühəmmədiyyə” adlandırmışlar və ordularındakı hər fərdi (öz istedadlarına görə) o uca varlığın bir kiçik modeli qəbul edərək “Məhmədcik” deyə adlandırmışlar. Osmanlı Dövlətinin tarixdəki digər İslam dövlətlərinin hamısından daha uzun bir ömrə malik olması da, başqa üstünlükləri yanında bir də və ən əhəmiyyətli olaraq Həzrət  Peyğəmbərə (səllallahu əleyhi və səlləm) hörmət  məhəbbətdə əl çatılmaz bir zirvədə olmalarıdır.

Aşağıda söyləyəcəyimiz hadisələr, bu zirvəyə nümunəvi bir misaldır:

Dünya müsəlmanlarının Hərəmeynə (Məkkə və Mədinə şəhərləri) rahatca gedib gəlmələrini təmin etmək üçün Hicaz dəmiryolu xəttini inşa etdirən II Əbdülhəmid xan, bu dəmiryolunun sünnəti-səniyyəyə uyğun olması üçün Həzrət  Peyğəmbərin səyahətlərində dinləndiyi nöqtələrdə dayanacaq hazırlanmasını əmr etmiş, beləcə dəmiryollarını belə bir məhəbbət axını içində Mədinəyə çatdırmışdır.

Digər bir misal:

Osmanlı paşalarından məşhur Mədinə müdafiəçisi Fəxrəddin Paşa Rəsulullahın ruhunun incimə qorxusu ilə Rəvzanın (Hz. Mühəmmədin qəbri) təmirində vəzifə alan ustalara hər hansı bir mismar çaxmaq lazım gəldiyi təqdirdə mütləq taxta çəkic istifadə edilməsini və çəkic ilə mismar arasına rezin bandaú qoyularaq sakitliyi pozmamağı əmr etmişdi. Bu vəziyyətdə onu belə bir ədəb və incəliyə sövq edən ayəti-kərimə belədir:

“Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.” (əl-Hücurat, 2)

Nurunu günəşdən alan Ay, necə günəşin varlığına dəlil isə, nuru Mühəmmədi ilə nurlanan peyğəmbərlər və vəlilər də Onun bir şahidididirlər. Bunun üçündür ki, “Əşhədü ən la ilahə illallah və əşhədü ənnə Muhammədən abduhu və rasuluh.”-deyən, bunu məhəbbət və eşqlə ta könüldən söyləyən bir qəlbdə, güzgü işığı düşmüş kimi ilahi bir parıltı yanar. Hətta  bəzən elə qüvvətli yanar ki, belə könüllər, o nurun əks etməsindən bütün ruhlarının tərifsiz bir həzzi içində yaşayarlar.

Bu həzzi yaşayanlardan Bilal Həbəşinin (radiyallahu ənh) halı ibrətlə doludur.

Bilalın (radiyallahu ənh) dünyada söykənəcək bir arxası, sığınacaq bir yaxını və iztirablarını paylaşacaq bir dostu yox idi. Sadəcə bir kölə idi. Amma bir gün gəldi, iman nuru ilə şərəfləndi. Bundan sonra imanı və onu mühafizə etmək üçün yaşadığı hallar, yəni kəlmeyi-tövhid uğrunda qatlandığı iztirablar, qiyamətə qədər gələcək olan möminlərə iman mübarizəsi yolunda örnək oldu.

O, Allah Rəsulunun (səllallahu əlehi və səlləm) üçünü və nurunu görmüş, yanmış və Onun məhəbbət bağına girmişdi. Sanki bütün varlığı ilə Ondan bir parça halına gəlmişdi. Ancaq ilahi nurdan nəsibsiz olan sahibi, onu bu imanına görə çölün qızğın istisində alovlu qumların üzərinə yatıraraq ona işkəncələr etdi. Çılpaq vücudunu mərhəmətsizcə qırmanclatdı. Qara dərisindən qırmızı qan fışqırırdı. Ətrafını əhatə edən qafil camaat:

“Ey pis kölə! Bizə dön, azad ol!” - dedilər.

Həzrət Bilal isə, yatırıldığı qızğın qum dəryasında yaralı bir aslan kimi kükrədi və kəlmeyi-tövhidi bütün gücü ilə qışqırdı.

Üstünə ayaqlanan azğınlar ona vurmağa davam etdilər. Vurdular, vurdular... Hirslərini soyudabilmədilər və boynuna ip bağlayıb sürüklədilər. Bütün bunlara və cürbəcür əziyyətlərə baxmayaraq Bilal Həbəşi (radiyallahu ənh), Allah və Rəsulunun məhəbbət qalxanına sığınmışdı. Ona ediləni sanki hiss etmir, könlü yalnız Allah və Rəsulullah məhəbbəti ilə dolub daşırdı. Ürəyi dünyalar qədər geniş bir halda idi. O isə maddi aləmdə halı pərişandı; quru başını soxacaq bir koması belə yox idi.

Bax, Həzrət Bilalın bu eşq və məhəbbəti onu köləlikdən könül taxtındakı sultanlığa yüksəltdi. Aləmlərin Əfəndisinin bağrı yanıq müəzzini oldu. Belə ki, son nəfəsində də Onun eşq və məhəbbəti dodaqlarında təbəssüm və tərənnüm halında idi:

“Sevinin, sevinin!.. Mən Allah Rəsulunun yanına səfər edirəm...” - dedi və uzaqlara uçdu...

Bir qul, Rəsuli-Əkrəmin (səllallahu əleyhi və səlləm) həqiqəti və nurundan bir Allah dostu vasitəsi ilə nəsib alsa, bu nəsib Ondan olduğu üçün birbaşa Həzrət Peyğəmbərdən (səllallahu əleyhi və səlləm) alınmış kimidir, özü də eynilə bir şamdan bir başqa şamın yandırılması kimi... Qəndilləri (gilələri) alışdıran və onlar vasitəsilə ətrafı aydınladan alov, eyni alovdur. Qul, bu qəndillərin sonuncusu ilə də saflaşsa, o ziya, ilk işıqla parıldadığından daim öz ilk mənbəyini əks etdirir.

Buna görə bir adam, başqasında parıldayan ilahi gözəlliyə istər bilərək, istər bilməyərək özünü versin, bu, həqiqətə heyran və aşiq olduğu lətafət, Allah Təalanın gözəlliyidir və Onun varlıqlarda və insanlardakı fövqəladə inikasdır. Heç şübhəsiz bu inikasın ən böyük təcəllisi də Həzrət Peyğəmbərdə (səllallahu əleyhi və səlləm) zühur etmişdir. Buna görə Rəsulullah (səllallahu əleyhi və səlləm), qulu Haqq Təalaya yetişdirən yeganə rəhmət və vüslat körpüsüdür.

Məhəbbətin dərəcəsi, əsərində təcəlli edər. Ona olan itaət və sünnəti-səniyyənin yaşanması, məhəbbətin təzahürü nisbətindədir. Nur surəsinin 56-cı ayəsində buyrulur:

“Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun!”

İbadətdəki ruhi aləm, müamilatdakı zərafət, əxlaqdakı nəzakət, könüldəki lətafət, üzlərdəki nuri-məlahət, dillərdəki axıcılıq, duyğulardakı incəlik, nəzərlərdəki dərinlik, bir sözlə, bütün  gözəlliklər O Varlıq Nuruna olan məhəbbətdən qəlblərə düşən parıltılardır.

Həzrəti Mövlana nə gözəl buyurur:

“Gəl ey könül! Həqiqi bayram, Cənabi Mühəmmədə vüslətdir. Çünki cahanın aydınlığı, O mübarək varlığın cəmalının nurundandır.”

Ya Rəbbi! Bu gün və gecələrin qüdsi axarından istifadə edib Həzrət Peyğəmbərin (səllallahu əleyhi və səlləm) məhəbbət və həyəcanı içində  Onun ruhi aləminin kölgəsində nurani təzahürlərə    nail  ola bilməyi bizə nəsib eylə!

Amin!

 

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz