Müdriklərdən Öyüdlər
* Xəstələrə baş çək, çünki bu adət insanların ən xeyirlisi olan Peygəmbərimiz (s.ə.s)-in sünnəsidir.
* Xəstə yetimi sevindirən qapısı bağlanmış olan cənnəti açıq olaraq görər.
* Dininin saf və təmiz bir su kimi qalması üçün daima halal ruzi istə.
* Haram ardınca qaçanın qəlbi bədənin içində tamamiylə ölümə məhkum edilmişdir.
* Bilmiş ol ki, ədəb insanın bədənindəki ruh kimidir, əslində ədəb Allah adamlarının gözü və könül nurudur.
* Əgər şeytanın başını əzmək istəyirsənsə gözünü aç, gör ki, şeytanın qatili ədəbdir.
* İnsan oğlunda ədəb olmazsa o insan deyildir.
* İnsan ilə heyvan arasındakı fərq ədəb ilədir.
* Gözünü aç, başdan başa Allah kəlamı olan Qurani Kərimə bax! Quranın bütün ayələri ədəb öyrədir.
* İman nədir? deyə ağlımdan sordum. Ağıl qəlbimin qulağına: “İman ədəbdən ibarətdir” -deyə pıçıldadı.
* Dünya gecəsini aydınladacaq ışıqlarn ən parlağı ədəbdır.
* Allaha ədəbli olmaqda müvəffəq olmağımız üçün dua edək, çünki ədəbli olmayan Allahın lütfündən məhrum qalar.
* Ədəb bir tac imiş nuri-Xudadan; Gey o tacı əmin ol hər bəladan.
* Ağlını başına topla və ömrünü yaşadığın bu gündən ibarət bil.
* Ölüm yolda durub gözləyir, əfəndi isə gəzib kef eləmək sevdasındadır.
* Ölüm bizi bir-bir çəkib alır, onun heybətindən ağıllıların rəngi sapsarı olur.
* Ölüm onu xatırlamaqdan daha yaxındır.
* Bədəni bəsləyib şişirtməyə fikir vermə, çünki o nəticədə torpağa verilən qurbandır. Sən qəlbini bəsləməyə çalış çünki ucalara gedəcək və şərəflənəcək odur.
* Bu leşə, yağlı, ballı şeyləri az ver, çünki bədənini bəsləyən nəfsin arzularına məhkum olub axırda rəzil olur.
* Dirilik istəyirsənsə, ölmədən əvvəl öl. Bu ölüm səni məzara aparan ölüm deyil, səni dəyişdirən, səni insanlığa, ilahi eşqə, nura aparan ölümdür.
ŞƏRHLƏR