Həyat Dəftərindən

Həyat Dəftərindən

Gözəl Yemək

      Aşpazlığı ilə ad çıxarmış bir qadın axşam yeməyinə gələcək oğlu və yeni gəlini üçün mətbəxdə yemək bişirirdi. Həmin axşam uzun illərin ailə dostu da yeməyə dəvət olunmuşdu.

    Gözlənən qonaqlar gəlib süfrə ətrafında əyləşdikdə çox qəribə bir hadisə ilə qarşılaşdılar. Yaşlı qadının o gecə bişirdiyi yeməklər adamın iştahını küsdürəcək qədər bərbad idi. Şirniyyatlar unlu, kartoflar yanmış, ət isə demək olar ki, bişməmişdi. Oğlu, yeni gəlini və ailə dostu vəziyyəti qadına hiss etdirməmək üçün əllərindən gələni etsələr də yemək əsnasında o qədər də iştahlı görsənmirdilər.

 Nəhayət qonaqlıq sona çatdı və yeni evlənən cütlük analarının əlini öpərək evə getdi. Ailə dostu isə bir az da qaldıqdan sonra getməyi düşünürdü. Oğlu və gəlini getdikdən sonra yaşlı qadından soruşdu:

   “Sənin yaxşı aşpaz olduğunu adım kimi bilirəm. Mənə bu gecəki yeməklərin nə üçün bu bərbad olduğunu deyə bilərsənmi? Sən ya xəstələnmisən, ya da nə isə problemin var.”

Yaşlı qadın gülümsəyərək cavab verdi:

  “Xeyr, heç bir problemim yoxdur. Qəsdlə belə etdim. Bu yeməkdən sonra oğlum əsla ikidəbir anasının yeməklərini yada salıb xanımının qəlbini qırmayacaq.”

 

   QƏZA

Vaxtilə bir dərviş Ramazan axşamlarının birində iftara dəvət olunmuşdu.Dərviş işa namazının girməsinə az qalmış evə qayıtdı və xanımından süfrə açmasını istədi. Xanımı:

     “Sən qonaqlıqda deyildinmi? Nə yeməyi?” –deyə soruşanda dərviş:

     “Heç soruşma. Çox yesəm, arxamca “əsl dərviş deyil” demələrindən qorxdum. Ona görə də heç nə yeyə bilmədim.” –dedi.

Xanımı:

     “Oldu. Onda sən axşam namazını qıl, mən də süfrə açım.”

Dərviş:

     “Amma mən axşam namazımı qıldım.”

Xanımı cavab verdi:

    “Sən arxanca danışarlar deyə yemək yemədiyinə görə, arxanca yaxşı danışsınlar deyə namazı da uzatmısan yəqin ki. Haydı, axşam namazını bir daha qıl, mən də süfrəni hazırlayım.”

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz