Müdriklərdən öyüdlər

Müdriklərdən öyüdlər

Bir elm юyrəndiyin və bir hədis eşitdiyin zaman onunla əməl et ki, bilib əməl etməyənlərdən olmayasan.

 Bir istək və duanız olarsa, onu Allahdan qeyrisindən istəməyin ki, bu ikiqat şirk olmasın.

 Təvazövə sakitlikliklə dюyülən qapı açılır və boynubükük olan içəri dəvət edilir.

Özündən razı və ədəbdən yoxsul olanlar heç bir qəlb qapısından içəri alınmaz.

 Allah-Təala ruzimizə zamin olduğu halda biz hiyləkarlq edirik. Halbuki cənnətə girməyimizə heç kim zamin olmadığı halda юzümüzü cənnətlik kimi aparırıq. 

 Həsəd, təkəbbür və yalan bəndənin hüzuri-ilahidən qovulmasına səbəb olur.

 Ölümü юzündən uzaq bilməzsən təkəbbürdən, hesaba çəkiləcəyinə mütləq surətdə inana bilsən, yalan danışmaqdan qurtula bilərsən.

 

 Alimlərin nicatı bildiyi ilə əməli, həlakı isə əməli tərk etməsidir.

 “Qiyamət günündə insanların ən şiddətli əzaba düçar olanları elmi ilə əməl etməyənlərdir.” (Hədisi-Şərif)

 Dünyada əbədi qala bilməyəcəyini bildiyi halda ona dюrd əllə sarılmaq cahillikdir.

 Nədənsə zarafatlarımız peşmançılıqdan əmin olan insanların zarafatları kimi rahat, əyləncələrimiz qiyaməti eşitməmiş insanların əyləncəsi qədər юlçüsüzdür.

 Başqalarını xor gюrmək xüsusunda dilinə sahib ol. Çünki sən onların dilinə düşməkdən qurtula bilməzsən.

 Nəfsinin hesabından qafil və onun xoşladığı şeylərin əsiri olma.

 Yaxşılıq etməyi, edə bilməsən də yaxşı danışmağı vərdiş et.

 İslam kəlməsindən ayrılma! O kəlmə Lə iləhə illəllahdır.

 “Mənim və məndən əvvəlki peyğəmbərlərin dediyi sюzlərin ən üstünü Lə iləhə illəllahdır.” (Hədisi-Şərif)

 Lə iləhə illəllah deyənlərə düşmən olmaqdan çəkin.

 Hər kim olursa olsun əgər Allah sənə düşmən olaraq gюstərib tanıtmamışdırsa, onu düşmən qəbul etmə.

 Dünyalıq üçün Allahdan başqası səni qul etməsin. Çünki sən ancaq səni qul olaraq qəbul edən Allahın qulusan.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz