GETDİYİN YERDƏ SƏCDƏLƏRİ, NAMAZLARI ÇOXALT!
Həyatını İslamı ən gözəl şəkildə təbliğ etməyə və səhabələrini ilahi bir tərbiyə ilə yetişdirməyə həsr edən Rəsuli-Əkrəm (s.ə.s) insanlar üçün rifah qaynağı olan namazın bütün insanlar tərəfindən ən gözəl şəkildə qılınmasını istəyirdi. Mutə hərbinə getmək üçün hazırlanan Abdullah bin Rəvaha Peyğəmbərimizin yanına gəldi. Gül üzünə həsrət qalacağı Peyğəmbəri ilə vidalaşdıqdan sonra:
- Ya Rəsulallah! Mənə əzbərləyəcəyim və ağılımdan heç çıxarmayacağım bir şey tövsiyə buyur, dedi.
Peyğəmbərimiz:
- “Sən səhər Allaha çox az səcdə edilən bir ölkəyə çatacaqsan. Orada səcdələri, namazları çoxalt.” -buyurdu. Abdullah bin Rəvaha:
- Ya Rəsulallah! Mənə nəsihətini artır! -dedi. Sevimli Peyğəmbərimiz bu dəfə:
- “Allahı daim zikr et! Çünki Allahı zikr etmək, ümid etdiyinə çatmağında sənə kömək olar!” -buyurdu. (Vaqidi- Məğazi, II, 758)
Allah-Təala Rəsuluna belə əmr etmişdi:
“” (Ta-ha /20, 132)
Bu səbəblə Rəsulullah (s.ə.s) da səhabələrinə və bütün insanlara namaz üzərində həssaslıqla dayanmalarını və bu barədə səbirli olmalarını əmr edərdi.
Özünü Peyğəmbərimizin xəlifəsi olaraq dərk edən Osmanlı sultanı VI Mehmed Rəşadın saraydakı xanədan uşaqlarını yetişdirmək üzrə “müəllimeyi-səlatın” (sultan müəllimi) təyin etdiyi Safiyə Xanıma ilk iradəsi bu olmuşdur:
“Namaz qılmayanlara, oruc tutmayanlara yedirdiyim duz və çörəyi haram edirəm. Bu iradəm müəllim xanım tərəfindən tələbə şahzadə və xanım sultanlara deyilsin.” (Ünüvar, Safiyə; Saray Xatirələrim, İstanbul, 1964, s. 21)
Rəsulullahın (s.ə.s) namaz ibadəti üzərində həssaslıqla dayandığını görən və bütün varlıqlarını onun izində gedə bilmək üçün fəda edən əshabi-kiram da namaza durduqlarında özlərindən gedər və Allahı ən yaxınlarında tapardılar. Hüzuri-İlahidə oxumağa başladığı bir surəni yarıda buraxmaq istəməyən və bir an da olsa alacağı feyz uğruna bütün ömürünü fəda edərdilər.
Misvər bin Məhrəmə (r.a) səhabələrin namaza verdikləri əhəmiyyəti göstərən bir ibrətli hadisəni belə nəql edir: Ömər bin Xəttab (r.a) xəncərləndiyində, zaman-zaman özündən gedirdi. Bir dəfə yanına girdiyimdə üstünə bir örtü örtmüşlər, özündən keçmiş vəziyyətdə yatırdı. Yanındakılara:
- Özünüzü necə hiss edirsiniz? -deyə soruşdum.
- Gördüyün kimi (halsız), -dedilər.
- Namaza çağırdınızmı? Əgər yaşayırsa, onu namazdan başqa bir şey qorxudub oyandıra bilməz, -dedim. Bu xəbərdarlığım üzərinə oradakılar:
- Ey Möminlərin Əmri, namaz! Namaz qılındı! -dedilər. Dərhal oyandı və:
- Namaz qılındı? Vallah, namazı tərk edənin İslamdan payı yoxdur, -dedi. Qalxdı, yarasından qan fışqıra-fışqıra namaz qıldı. (Heysəmi, Məcmauz-zəvaid, I, 295; İbn Sad, III, 35)
Allahın əmri hər şeydən əziz idi. Mal və can Onun əmrinin yanında dəyərsiz idi. Cəmiyyətin bütün fərdləri bu şüurda idi və namazın ibadət həyatının məhvərini təşkil etdiyini qavramışdı. Səhhət üçün rüxsət verilmiş olmasına baxmayaraq həqiqət qarşısındakı anlayış və qəbulları səbəbiylə əziməti seçmək onlar üçün daha doğru idi. Müseyyib bin Rəfi nəql edir:
Abdullah bin Abbasın (r.a) gözlərinə pərdə enincə bir kimsə gəldi və:
- Əgər yeddi gün heç qalxmadan arxa üstə yatmağa dözə bilsən və bu vaxt namazlarını eyham ilə qılmağı qəbul etsən, səni müalicə edə bilərəm. İnşaallah, şəfa taparsan, -dedi.
İbn Abbas Hz. Aişə ilə Əbu Hureyrəyə və daha başqa səhabələrə xəbər göndərib məsələni izah etdi. Hamısı da:
- Bəs bu müddət ərzində ölsən, namaz barəsində veriləcək sual qarşısında nə cavab verərsən? -dedilər.
Bundan sonra İbn Abbas (r.a) gözünü müalicə etdirməkdən imtina etdi. (Hakim, Müstədrək, III, 629, 6319)
Peyğəmbərimizin Mədinəyə təşriflərində onu görmək üçün yanına gələn və gül üzünü görən kimi “Vallah, bu üzün sahibi yalançı ola bilməz!” deyərək həqiqəti dilə gətirən yəhudi alimi Abdullah bin Salam (r.a) mübarək ağızlarından ilk olaraq “Bir-birinizə salam verin! Bir-birinizə ikram edin! Qohumluq haqlarına riayət edin! Gecə hər kəs yatarkən namaz qılın. Bunları edərək salamatlıqla cənnətə girin.” (Tirmizi, Qiyamət, 42) sözlərini eşitdiyini söyləyir.
Hər kəsin yatdığı bir vaxtda və ya əksər kimsənin müvəffəq ola bilmədiyi bir şəkildə Allaha yönəlmək heç şübhəsiz cənnətin yollarını asanlaşdıran ən mühüm amildir.
ŞƏRHLƏR