Doğuş Və Son
“... Sizə vəd olunmuş bir gün (qiyamət günü) vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!”
Nöqsan sifətlərdən uzaq olan Allah-Təala bu kainatı yaratdı... Hər bir şey üçün məhdudiyyət qoydu: doğuş və son...
Yerin başlanğıcı və sonu vardır... Günəşin başlanğıcı və sonu vardır... Kainatda olan hər bir şey üçün başlanğıc və son vardır... Ancaq Allahın diləməsi xaric... Çünki kainatında sadəcə O, mütləq qüdrət sahibidir... Heç bir şey Onun iradəsinin fövqünə çıxa bilməz... Heç bir şey Onun iradəsindən kənarda qala bilməz... Bizim yaşadığımız bu kainat səbəblərlə yaradılmışdır... Yəni Allah-Təala kainatda olan hər bir şey üçün bir səbəb təyin etmişdir...
Bizim dünya həyatı adlandırdığımız kainat səbəblər ilə əhatələnmişdir... Allah-Təala onu səbəblərlə xəql etmişdir... Dünya həyatı sona çatdığı zaman və qiyamət günü gəldiyində bu kainatın ömrü sona çatacaqdır... Allah-Təala tərəfindən başqa bir yaradılış başladılacaqdır... Orada hər şey birbaşa Allah-Təaladan gələcəkdir... Cənnətdə, zehnində doğan neməti qarşında tapacaqsan, Allah-Təalanın qüdrətilə... Beləcə arada qoyulan səbəblər ortadan qalxacaq və ətalar birbaşa səbəbləri Xəlq Edəndən gələcəkdir...
Dünya həyatının ardınca Allah-Təalanın “Qiyamət günü” adlandırdığı bir gün gəlir... Bu gündə səbəblər aləmi ortadan qalxar... Çünki o, artıq vəzifəsini yerinə yetirmişdir... Yeni bir həyat başlayır... Yer üzündə yaşadığımız həyatdan fərqli... Orada ya davamlı nemət... Ya da davamlı bir əzab vardır... Elə bir həyat ki, orada ölüm yoxdur... Ancaq orada əbədilik vardır... Orada seçmək ixtiyarı yoxdur... Orada qarşılıq vardır... Elə bir həyat ki, orada əməl etmək yoxdur... İşlər sadəcə Allahdandır və Allaha qalmışdır...
“Günahkarlar atəşi (Cəhənnəmi) görüncə ona düşəcəklərini yəqin edəcək və oradan baş götürüb qaçmağa (kənara çıxmağa) bir yer tapa bilməyəcəklər.”
Dünya həyatında imtahan, bəla və sıxıntı vardır... Allaha olan imanda imtahan... qəlbdə olan Allah sevgisində imtahan... Allaha üsyandan uzaq durmaq xüsusunda imtahan... biz bu imtahanlardan keçirik... Allah bu imtahandan qalib çıxana cənnətdə nemət verəcəkdir... Kim də kafir olar, üsyan edərsə və təkəbbür göstərərsə, onu odlu əzab gözləməkdədir...
Qiyamət günü hamımıza verilən sözdür, hamımızın gözlədiyi zamandır... O gün Allahın hüzurunda durmaq üçün qəbirlərimizdən çıxacağıq... O gün bütün insanlar cəm olacaqdır... O gün şahidlərin dil açdığı gündür...
“Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar.”
Bu ayeyi-kəriməni oxuduğun zaman:
“Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar.” “Ona” kəlməsinə diqqət yetirməyin labüddür, yəni o şey Allahın elmində vardır. Allah-Təala bizə onu “Ol!” əmrindən sonra göstərir. Beləcə, o şey bizim üçün zahir olur və biz də onu tanıyırıq...
Allah-Təala bizim başa düşməyimizi və bilməyimizi istəyir ki, zaman nisbi şeydir... Allah zamanı dilədiyi kəsin üzərində həyata keçirir... zaman diləyənin üzərində həyata keçə bilməz. Zaman hadisələri ölçən bir alətdir, hadisələr dayandığında zamanı hiss etməyimiz də dayanır... və bir mənada zamanın anlamı da itir...
ŞƏRHLƏR