İSLAM SƏLTƏNƏTİNİN YENİLMƏZ MÜHAFİZİ - ANA

İSLAM SƏLTƏNƏTİNİN YENİLMƏZ MÜHAFİZİ - ANA

Uca Allah Qurani-Kərimdə belə buyurur: “Biz insana ata və anasına gözəl davranmağı tövsiyə etmişik. Çünki anası onu necə sıxıntılara qatlanaraq (bətnində) daşımışdır. Süddən ayrılması da iki il içində olmuşdur. (Buna görə də) Öncə Mənə, sonra da ata və anana şükür et. Dönüş ancaq Mənədir”. ( Loğman, 14)Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Aləmlərə rəhmət olaraq göndərilən rəsulun gətirmiş olduğu rəbbani bərəkət iqlimini, ağır sınaqlarla zəngin olan dünya evində  qərar tutmuş iman və əməl pəncərələrindən yetərincə dəyərləndirməklə dünya imtahanının ağır yükünə sinə gərmək mümkündür. Yəni insan ona ilahi həqiqətləri idrak etməkdə yardım edəcək Quranı və kainatı mənəvi təkamülünə bir ayna, bir rəhbər olaraq qəbul etmək məcburiyyətindədir. İnsan yalnız bunlarla kamala yetişə bilər. Bəli, bu ikisi insanı yetişdirən mükəmməl bir aynadır. Niyazi Misriyə görə bu iki aynanın təsiri ilə mükəmməllik zirvəsinə yetişən insan artıq özü onlara bir ayna olar. İnsanlardan kimi tərbiyəni qəbul edər, kimi də qəbul etməz. Kamala yetişən insanda Quran əxlaqı aləmin nizamı tamamən görünər. Məhz bu şəkildə Quran əxlaqı ilə kamala yetişən ananın ərinə, övladına, ətrafına və ümmətə sahib çıxaraq onlara İslam səltənətinin yenilməz bir qoruyucusu kimi qol-qanad gərməsi bu ülvi səltənətin çökdürülməsi üçün yeridilən bütün çirkin fəaliyyətləri  tarixin zibilliyinə gömmüş və gömməyə də davam etməkdədir. Övladının şəhadəti səbəbi ilə qəlbinin, həyatının mənası qoparılmış, qəsb edilmiş bir ana Quran əxlaqının kamalına yetişdiyi üçün qədərin axışından zərrə qədər narazı olmamış, əksinə, Quranın və kainatın bir ayna olaraq  kamil bir yetirməsi və İslam səltənətinin yenilməz mühafizi olduğunu övladının qəbri  başında belə bəyan etmişdir: “Ya Rəbbim! Mən oğlumun şəhadətindən razıyam. Oğlumu peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə, saleh qullarınla həşr eylə, ya Rəbb! Oğlumun qəbrini genişləndir, onu qar və yağmur suları ilə təmizlə. Bu şəhadət oğlumun ən gözəl günüdür. Əlhəmdülillah!”

Ananın bu möhtəşəm davranışının, onun yenilməz təsəllisinin, dik duruşunun qaynağının müstəsna bir iman tərbiyəsi sayəsində ərsəyə gələcəyini incə detallarına qədər hər birimizə izah edən Abdulqadir Gilani həzrətləri belə buyurmaqdadır: “Allah (c.c) bir qulun Şəxsinə yönəlməsini murad edərsə onu adəm oğullarının içindən seçib,  çeşidli varlıqlarla ülfət mərhələsindən keçirdikdən sonra Zatının qapısına gətirər. Ona yaxınlıq duyğusu verib, Uca Varlığı ilə ülfət etdirər. O məqamda bir zaman sükut hakim olar. Sonra o qulun qəlbinə Hz. Musa əleyhissalamın anasına olan cinsdən ilahi təcəllilər olar. Bu məqamı anlamaq istərsən, qorxma, keç varlığından. Qəlb içindəki sirrin zay olmamasını istəyirsənsə onu dənizlərə burax. Qorxma, o səni yenə də axtarıb tapar. Bax Hz. Musanın (ə.s) anası onu körpə vaxtında necə dənizə buraxır. Sən isə varlığından sıyrılıb iki addım atmaqdan qorxursan. Bu sənin iman baxımından nöqsan olduğuna bir dəlildir. Musa əleyhissalamın  anasına Haqq-Təala vəd etmişdi: “Dənizə buraxdığı oğlunu yenə də özünə qaytaracaqdı”. Sənin isə o ananın qəlbinə vurulan iman damğasına inancın yox, “Biz onun qəlbinə oğlunun dönəcəyinə dair inancı yerləşdirməsəydik...” kəlamına imanın yoxdur. Varsa da, çox zəifdir. Əgər sən alışdığın bir işi itirsən, ona yenidən nail olmaq üçün səbəblərə sarılarsan. Amma bu anlarda Haqqa varmağa bir istedad hiss edərsənsə, qəlbin Yaradanına bağlanar və bu halından məmnun olarsan. Çünki geridə buraxdığın hər şeyin daha gözəlini, daha xeyirlisini sənə geri qaytaracağına Haqq-Təala vəd vermişdir.”

Quran və kainatın min bir sirr və hikmətlə dolu təcəlli dəryasını həyatına ayna edərək ilahi mərifət səltənətini anlayan,  ona talib olan və onu həyatının önəmli bir parçasına çevirə bilən anaların və onların qəhrəman övladlarının, yox edilməsi üçün başına min bir fəlakətli oyun açılan nəhəng İslam səltənətini uçuruma yuvarlanmaqdan  qoruyacağı şübhəsizdir. Bu istiqamətdə ümmətin varlığına cavabdeh olan hər bir fərdi, o cümlədən anaları olduqca tədbirli davranmağa dəvət edən Mövlana həzrətləri belə buyurmaqdadır:

“Könül gözü ilə Allahı (c.c) hiss edən, xəlq etdiyi əsərlərdə Onun qüdrətini, yaratma gücünü görən kəs Allaha (c.c) mənsubdur. Onun dostudur. O ucsuz-bucaqsız vəhdət dənizini müşahidə edən o dənizin balığıdır. Bu dünya da dənizdir və bədən bu dənizin balığıdır. Ruh isə ilahi nuru görməmiş, pərdə arxasında qalmış Hz. Yunus əleyhissalam kimidir. Bədən balığı içində məhbus olan ruh Allahı (c.c) zikr edərsə,  Hz. Yunusun qurtuluşu kimi balıqdan qurtular. Bunu etməzsə, onda bu dünya balığının qarnında həzm edilərək yox olub gedər”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz