Uşaqlar Nə Üçün Yalan Danışırlar?

Uşaqlar Nə Üçün Yalan Danışırlar?

-Vəli anasına dərs qiymətlərinin həmişə yaxşı olduğunu söyləyirdi. Aysel xanım bir gün Vəlinin çantasında imtahan nəticələrini görüncə, əslində həqiqətin heç də Vəlinin izah etdiyi kimi olmadığını gördü.

-10 yaşındakı Murad tez-tez cib xərcliyini itirdiyini söyləyib atasından pul istəyirdi. Anası evdə təmizlik edərkən yatağının altında onun almadığı çoxlu oyuncaq tapdı. Hətta paketi açılmamış konfetlər də vardı.

-Səbinə anasının “Kompyuterin niyə xarab oldu?” sualına “Bilmirəm. Kompyuter birdən-birə qəribə səslər çıxarmağa başladı.“ dedi. Halbuki Səbinə kompyuterini həddən artıq çox qurdalayırdı.

Sizin övladınız da belə və ya buna bənzər davranışlar göstərirsə təlaşa düşməyin, çünki bu hadisələri yaşayan yalnız siz deyilsiniz. Bütün uşaqlar yalan danışır. Amma yalançı doğulmazlar. Yalnız yalan danışmağı öyrəndikləri bir inkişaf müddəti yaşayarlar.

Yalançılıq çox çirkin işlərdən biri və böyük günahlardandır. Dünyadakı bütün cəmiyyətlər yalançılığı pis bir xüsusiyyət olaraq qəbul etməkdədirlər. Şərəfli və şəxsiyyətli bir insan yalan danışmaz. İslam dini də bu çirkin sifəti qınamış və böyük bir günah saymışdır.

Bütün peyğəmbərlər insanları hər zaman doğruluğa çağırmışlar. Düzgünlük, insanın təbiət və fitrətinə uyğun bir sifətdir. “Sözündə durmaq, yalan danışmamaq, başqasının haqqına hörmət göstərmək kimi səmavi dəyərlər bütün müqəddəs kitabların uzaqgörənlikləridir.” 

Uşağınızın yalanıyla xüsusilə ilk yalanıyla qarşılaşdığınızda, sizi ən çox narahat edən, onun pis xarakterli ola biləcəyi qorxusudur. Həyəcan keçirmədən sakit və doğru düşünə bilmək üçün ən yaxşısı, təmkinli olmağa çalışın. Uşaqların yalan danışmaları, doğrunu söyləmələri qədər normal inkişafı göstərən bir davranışdır.

Uşaqlar ata-analarını aldadaraq onların hər şeyə gücü çatan, hər şeyi bilən insanlar olmadıqlarını anlarlar. Bir uşağın ilk araşdırıcı yalanı söyləməsi qaçınılmazdır. Bu yalanlara hazırlıqlı olmanız lazımdır. Bu, doğrunu sınama yolunda atılmış bir addım və həyat təcrübəsidir.

Ekspertlər yeddi yaşa qədər uşağın yalan danışmadığını irəli sürərlər. Bu yaş dövründəki uşaqların yalanları özlərinə xoş gələn xəyallardan qurulmuş bir oyundur.

Uşaq böyüdükcə doğru olanları daha yaxşı anlamağa başlayacaq və doğru olmayanları ayıra biləcək. Bu səbəblə məktəb əvvəli dövrdə uşağın doğru olmayan hər sözünə yalan damğası vurmaq səhv olar. Belə bir vəziyyətlə qarşılaşan bir çox valideyn uşağı günahlandırmaqda hətta cəzalandırmaqdadır. Gələcəkdə uşağın dünyasında yalanın yerləşməsində, ailələrin onlara yaxşı bir model olmaları çox əhəmiyyətli bir faktordur. Bu səbəblə uşaqları tərbiyə edərkən əsasən onlara nümunə olmağa diqqət yetirilməlidir.

 

Uşaq yalan danışmağı necə öyrənir?

Böyükləri təqlid hissi uşağı yalana sövq edən ən böyük amildir. Böyüklər öz aralarında və uşaqlara yalan danışarlar. Bəzən uşağın yalan danışmasını böyüklər özü istəyir. Məsələn, “Bunu etdiyimi atana söyləməyəcəksən” kimi tənbehlərlə uşağı yalana sövq edirlər. Bəzən yalan təlqini sözlə deyil, hərəkətlə edilir. Məsələn, istəmədiyi bir yerə getməmək üçün başının ağrıdığın bəhanə edən ana, süfrədə uşaqdan əllərini yuyub yumadığını soruşduqda, uşaq yeməyə başlamaq üçün müsbət cavab verəcəkdir. Bundan sonra hər vəziyyətdə istəyinə uyğun cavab axtaracaq və bundan da heç bir günah hissi yaşamayacaq.

Uşaq təqdir edilmək, diqqət çəkmək və şəfqət görmək üçün yalan söyləyə bilər. Cəzadan xilas olmaq və ya günahı gizləmək üçün, tənqiddən qaçmaq üçün, olduğu kimi deyil böyüklərin istədiyi kimi görünmək üçün yalan söyləyə bilər. Bəzi uşaqlardakı daxili qısqanclıq duyğusu da yalan söyləməyə vəsilə ola bilər. Uşağın sərt valideyn tövrlərinə qarşı tək silahı ümumiyyətlə yalan danışmaqdır.

Uşağına işinə yarayacağı zaman yalan söyləyə biləcəyi düşüncəsini öyrədən və göstərən ata-ana uşağın gələcəyini şəkilləndirmiş olmaqdadır. Yalanı təşviq edən ailə vəziyyətinə düşməmək valideyinlərin əsas məqsədi olmalıdır.

Ardı var

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz