Səlim Br Qəlbə Sahib Olmaq

Səlim Br Qəlbə Sahib Olmaq

Uca Rəbbimiz insanı iki ünsürdən meydana gətirmişdir. Bu iki ünsur bədənimiz və ruhumuzdur. Bunlara eyni zamanda nəfsani və mənəvi təmayüllər də deyə bilərik.

 Hz. Adəm (ə.s)-la başlayan bəşəriyyət elə ilk gündən bu iki ünsur arasındakı mübarizə aparmaqdadır. Nəfslə ruhun, maddə ilə mənəviyyatın mübarizəsi...

İslam yaradılışdan etibarən var olan bu iki ünsuru inkar etməmiş, əksinə bunların var­lı­ğı­nı­ qəbul edərək hansını inkışaf etdirməyimizin vacibliyini bizə bildirmişdir. Allahu təala mü­qəd­dəs kitabımızda bu haqda belə buyurmaqdadır; “Həqiqətən biz, insanı ən gözəl bir şəkildə ya­rat­­dıq. Sonra da onu qaytarıb rəzillərin rəzili etdik.” (ət-Tin, 4-5) İnsanın ən gözəl bir şəkildə ya­ra­dılmasına, digər varlıqlardan fərqli olaraq ona agıl, düşüncə, təfəkkür kimi ne­mət­­­lərin ya­nın­da­, mənəvi və ruhani bir fitri istedadın da verilməsinə işarə edilmişdir. Ancaq insan mənəvi və ru­ha­ni tərəfinə daha çox diqqət edib onu inkişaf etdirmədiyi üçün rəzillərin rəzi­li­ səviyyəsinə düş­müşdür.

Başqa bir ayədə Uca Rəbbimiz belə buyurmuşdur; “ And olsun nəfsə (insana) və onu ya­radana. Sonra da Ona günahlarını və pis əməllərdən çəkinməsini, xeyri və şəri öyrədənə ki, nəfsini günahlardan təmizləyən mütləq nicat tapacaqdır! Onu günaha batıran isə, əlbət­tə­­ ziyana uğrayacaqdır. (əş-Şəms; 7-10) Bu ayələrdən də göründüyü kimi, insana yaradılışdan eti­barən nəfsani arzu və istəkləri ilə yanaşı ruhani  təmayüllər də verilmişdir. Nəfsani istəklərinə bo­­­yun əyməyib onu günahlardan arındıranın, onu tərbiyə edib əxlaqi gözəlliklərlə bəzəyənin ni­cat­ tapacağı bildirilmişdir.Çünki insan bu dünyaya boş yerə, oyun və əyləncəyə deyil, başlıca hə­də­­­­fi olan axirət imtahanını qazanmaq üçün göndərilmişdir. İnsanı bu dünyada imtahana tabe tut­maq­ üçün də ona nəfs və ruh kimi fitri istedadların verilməsi də normaldır.

Əgər insan özünə yalnız bədəni və nəfsani ehtiyaclara cavab verəcək bir dünya quraraq, ülvi və ruhani tələb və ehtiyaclarını qarşılıqsız qoyarsa, həm bu dünyada həm də axirətdə xoş­bəxt­liyə və hüzura qovuşması mümkün deyil. Amma Allahu Təalanın biz mömin qullarından is­tə­­diyi ruhani bir həyatı yaşayarsa, həm dünyasını, həm də axirətini abad etmiş olar. Uca Yara­dan be­lə buyurmuşdur: “O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (tə­miz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hü­zu­ru­na­ gələn kimsədən (möminlərdən) başqa! (əş-Şuəra; 88-89) Qəlbin səlim hala gəlməsi isə yal­nız­ mənəvi tərbiyədən keçdikdən sonra mümkündür.

İnsan səlim bir qəlbə sahib olarsa nəinki öz kiçik dünyasını, həm də bəşəriyyəti maddi və mə­nəvi böhranlardan xilas etmiş olar. Necə ki, bəşəriyyətə nümunə olaraq göndərilən peyğəm­bər­­­lər, təqva və mərifətullah duyğysuna çatmış Allah dostları, abidlər və saleh qullar sadəcə öz­ləri­ni deyil cəmiyyətin hər bir fərdini düşdükləri sıxıntı və böhranlardan xilas etməyə çalışmışlar.

Yaşadığımız əsr mənəviyatdan uzaq, sırf maaddiyata, dünyalığa, lüks həyata alışılmış bir əsrdir. İsraf düşüncəsindən uzaq insanlar hər şeyi bitirib tükətməkdə, yalnız öz rahatlarını düşü­nə­­rək, bunun üçün təbiətə, insanlara, bəşəriyyətə, bir sözlə həyat üçün gərəkli olan nə varsa hər şe­­yə ziyan vurmaqdadırlar.   

İnsanların bu şəkildə məsuliyyətsiz və laqeyd davranmasının bir çox səbəbi vardır. Am­ma ən başlıca səbəbi, Allahdan, kitabdan, dindən və mənəviyatdan uzaq düşmələridir. Yara­da­­nı­nı­ tanı­yan, qəlbində zərrə qədər axirət inancı olan insan heç bir zaman günahsız insanları qətl et­məz, atdıqları bombalarla nəinki insanların həlakına eyni zamanda ekoloji tarazlığın pozul­ma­­sına şəra­it yaratmaz. Burdan da açıq aşkar görünür ki, mənəviyyatsız və ruhsuz elmi və tex­ni­ki­ tərəq­qi­lər bəşəriyyətə zərərdən başqa bir şey verməmişdir.

Xülasə olaraq deyə bilərik ki, Allahu təala insanı həqiqətən də əhsəni-təqvim üzrə (gözəl və mükəmməl) yaratmışdır. Amma bu cür yaradılan insan fitri istedadlarını mənəvi yöndə tərəq­qi etdirərərsə Əhsəni-Təqvim səviyyəsini qoruyub saxlaya bilər. Əks təqdirdə Əsfələ-Səfilindən xi­las olmaq mümkün deyil. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz