Umid

Böyük və ciddi dəyişimlər ərəfəsində yaşamaqdayıq. Cəmiyyət sancılar içərisində qıvranmaqda və nə isə yeniliklər meydana gətirmə ərəfəsindədir. 

Uzun illərdən bəri ümidlərini itirmiş bu cəmiyyət gələcək haqqında olduqca tərəddüdlü və ümidsizdir. Ürəklər dərmansız, zehinlər fağır, ilhamlar sevimsiz, insalarsa ümidsizdirlər.

Ümid hər şeydən əvvəl bir inanc məsələsidir. İnanan insan ümidlidir və ümidi də inancı nisbətindədir. Buna görə də sağlam inanc məhsulu olan bir çox şeylər deməkdir. Hətta  bəzilərinə görə xariqə zənn edilməkdədir. Əslində ümid, əzm və qərarlılıq imanla dolu bir qəlbə girdikdə bütün bəşəri əngəllər aşılmış olar. Ancaq qəlbi həyatdan məhrum olanlar, bunu fövqəladə bir şey olaraq qəbul edirlər.

Tarixdə yaşamış bir çox dahilər və liderlər məhz ümidləri səbəbindən böyük zirvələrə yüksələ bilmişlər. Burada Abraham Linkolnu misal vermək istərdim.

Abraham Linkoln:

21 yaşında çalışdığı işində müvəffəqiyyətsizliklə qarşılaşdı.

22 yaşında seçkidə uğur qazanmadı.

26 yaşında həyat yoldaşını itirdi.

27 yaşında ruhi sarsıntı keçirdi.

34 yaşında konqres seçkilərində, 36 yaşında təkrar konqres seçkilərində uğur qazanmadı.

45 yaşında senata seçilmədi.

47 yaşında prezident yardımçısı seçkilərində uğur əldə etmədi.

49 yaşında təkrar senat seçkilərində uğursuzluqla üzləşdi.

52 yaşında isə ABŞ-ın prezidenti oldu

Əgər Abraham Linkoln qazana bilmədiyi seçkiləri bir müəffəqiyyətsizlik və imkansızlıq olaraq qiymətləndirsəydi əldə etdiyi bu məqama çata bilməzdi. Qarşımıza çıxan heç bir çətinlik bizi tutduğumuz yoldan döndərməməli, ümidimizi zədələməməli və müvəffəqiyyətə gedən yolda qətiyyətlə addımlamalıyıq.

Bunun üçün:

  • Oxumalı
  • Öyrənməli
  • Dinləməli və nəticədə qazanmalıyıq.
PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz