İbrət istəyən varmı?

İbrət istəyən varmı?

Saleh insanlardan bir nəfər xanımını boşamaq məcburiyyətində qalır. Bunu eşidən dostlarından biri xanımını nə üçün boşadığını soruşur. Cavabı belə olur:

- Bu, ailədaxili bir sirdir, deyə bilmərəm.

 Xanımını boşadıqdan sonra:

- Artıq boşadın, indi xanımını nə üçün boşadığını söyləyə bilərsənmi? -deyə soruşduqda bu cavabı verdi:

- İndi o, başqasına aiddir. Başqasının xanımı haqqında danışmaq bizə yaraşmaz.

Ruzi kəsilməz

Ebu Hazm –rəhmətullahi əleyh- ə dedilər ki:

- Qiymətlər çox qalxdı, hər şey bahalaşdı, nə edək?

Belə cavab verdi:

- Niyə kədərlənirsiniz? Bolluq zamanlarında sizə ruzi verən, bahalıq zamanında da ruzinizi verəcəkdir.

Dünyaya dönmək

 Allah dostlarından Əbu Əli Dəqqaq həzrətləri vəfat edəndən sonra böyüklərdən biri yuxuda onun ağladığını gördü. Yanına yaxınlaşıb ədəblə soruşdu:

 - Əfəndi, niyə ağlayırsan? Yoxsa dünyaya geri dönmək istəyirsən?

 Əbu Əli Dəqqaq:

- Elədir! Ey oğul, geri dönmək istəyirəm. Amma ailəmdən ötrü darıxdığıma görə deyil. Buraya gəlincə anladım ki, insanlar çox böyük nemətləri itirirərək ondan məhrum olurlar. Geri dönüb bir-bir hamının qapısını döyərək  “Ey insanlar, çox şey itirirsiniz, oyanın demək istəyirəm.”

Dindən dünya mənfəəti üçün istifadə etməmək

Böyük İslam alimi İbn Muhayriz patlar almaq üçün bir dükana getmişdi. Dükandakı müştərilərdən biri satıcıya dedi ki:

- Bu adamı tanıyırsanmı? Bu böyük alim İbn Muhayrizdir.

 İbn Muhayriz bu sözü eşitdikdə:

- Biz bu dükana dinimizlə deyil, pulumuzla əşya almağa gəldik, -deyərək özünə xüsusi müamilə edilməsinə fürsət vermədi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz