İLAHİ HƏDLƏRİ QORUMAQ
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: "And olsun axşam çağına ki, insan (ömrünü bihudə işlərə sərf etməklə dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edənlərdən başqa (belələri cənnətə nail olub əbədi səadətə qovuşanlardır)" (əl-Əsr, 1-3).
Bizi xəlq edən və özünə qulluqla şərəfləndirən Uca Allaha (c.c) şükürlər və həmd-sənalar olsun. Qulluğun zahiri və batini həqiqətlərini cümləmizə təlim edən və ona ümmət olma şərəfinə yiyələnənlərə əmsalsız bir məhəbbətlə bağlanan Allahın Haqq Rəsulu Muhamməd əleyhissəlama salət və salam olsun.
"Ərşin su üzərində ikən hansınızın daha gözəl əməl sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan" (Hud,17). Rəbbimizin üzərimizə təyin etdiyi məsuliyyət yükünü daşıma bacarığı ərsəyə və yalnız Haqq Rəsulu Muhamməd əleyhissalama sözsüz tabeçiliklə ərsəyə gələcək bir səadətdir. "Hud" surəsinin 7-ci ayəsində buyurulan hikmətlər ağlı başında olan hər bir Adəm övladını, mənliyini əbədi fəlakətə aparan bütün əlaqələrdən qurtulmağa səsləyir. Çünki miqyasını anlamaqda aciz qaldığımız bu qocaman kainat insanın hər bir hərəkətinə həmən əks-səda verəcək bir möhtəşəmliklə bina edilmişdir. "Söylədikləri şirk kəlməsindən dolayı göylərin az qala çatlamağı gəlir" ayəsi və "Sad bin Muazın vəfatına görə Rəhmanın ərşi titrədi" hədisi insan, Quran, kainat əlaqəsinin zənginliyinə və bütövlüyünə dəlalət edən misallardan sadəcə bir neçəsidir. Quran kainat və insan əlaqəsinin hərtərəfli öyrənilməsi və yaşanması Allah Rəsulunun gətirmiş olduğu sünnə ölçülərinə tam mənada riayət etməklə dəyər qazanacağı şübhəsizdir. Çünki, Qurani-Kərim və Muhəmməd (s.ə.s) sünnənin tələblərinə uyğunlaşdırılmış təqva azuqəsi ilə ilahi hədləri gözləmə yarışında iman müvazinətini saxlamaq mümkündür. Bu müvazinətin şərtlərini ümmətinə açıqlayan Allah Rəsulu ilahi mərhəmətin canlı təcəssümü olaraq bizləri bir daha ayıq olmağa səsləyir. Abdullah bin Abbasdan rəvayətlə Rəsulullah belə buyurdu:
"Sizləri xəbərdar edirəm! Cəhənnəmdən qorunun. Allah-Təalanın qoyduğu sərhədləri aşmayın. Öldüyünüzdə tərk edilirsiniz və mən sizin üçün hovuzumun başında olacağam".
İlahi hüdudları qoruma istiqamətində Allah Rəsuluna haqqı ilə bağlı kəslərin bu hovuzun başında görəcəkləri qəbul əməllərinə müvafiq olacaqdır. Eyni zamanda ilahi hədlərə qarşı yarıtmaz münasibəti özünə yük edənlərin hovuz başındakı qəbulu mümkünsüz hala gələcəkdir. Uca Allah "Kövsər" hovuzunda qəbul görəcək insanları Qurani-Kərimdə tanıdaraq möminlərə açılacaq rəhmət qucaqlarını belə təsvir edir:
"Eyni iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin. (Əgər belə etsəniz, Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar" (əl-Əhzab, 70-71).
İnsan övladına əbədi səadətin sərmayəsini qazandıracaq ilahi hədləri gözləmə qətiyyəti Rəsulullahın yetişdrimiş olduğu səhabə toplumunun ibadət həyatında görünməmiş bir mərtəbəyə ucalmışdı. Rəsulullahın xəlifəsi olan Hz. Əbu Bəkr Siddiqin ümmətə yönələn xütbəsində bu məqamları aydın şəkildə dəyərləndirməsi, ilahi hədləri gözləmə mübarizəsində səhabə toplumuna qüvvət qazandıran mühüm bir çağırışdır.
"Allahın sizə vəd etdiyi rəhmətini qazanmaq üçün yarışın. Çünki Allahın sizdən öncəkilərə həm həlaka aparan, həm də onları qurtaran səbəbləri açıqlamışdır. Kitabda nələrin haram, nələrin halal olduğu, hansı əməlin vacib, hansının da edilməməsi göstərilmişdir. Yaxşı bilin ki, sizlər etdiyiniz əməllərdə ixlaslı olduğunuz müddət ərzində yalnızca Allaha itaət etmiş və öz nəsibinizi mühafizə etmiş olursunuz. Zərurət olduğu bir anda da etmiş olduğunuzun mükafatına yiyələnərsiz".
Quran həqiqətlərini incədən-incəyə mənimsəmə yarışına qoşulan Hz. Ömərin qulluq həssasiyyəti müəkəmməl bir örnək olmaqla yanaşı, bir xəbərdarlıqdır. Əsl həqiqətdə kafirlərin acınacaqlı halından bəhs edən: "Yer üzərində nə (sərvət) varsa, hamısı üstəlik bir o qədəri də kafirlərin olmuş olsaydı, mütləq onu qiyamət gününün pis əzabından qurtarmaq üçün fidyə verərdilər. (Lakin onlardan bu fidyə qəbul olunmaz). Və Allahdan onlara güman etmədikləri (əzab) görünəcəkdir" (əz-Zümər, 47) ayeyi-kəriməsini öz nəfsinə tətbiq etmə cəsarətinə baş vuran Hz. Ömərin (r.a) qorxu və ümid arasında Rəbbimizin günahkar qullarına vəd etdiyi dəhşətli aqibətin acısını dünyada ikən bütün varlığı ilə hissetmə və yaşama mühitinə yüklənməsi necə də diqqətə layiqdir. Ümmətin dərdləri ilə dərdlənən onun dünya və axirət qayğılarını ayədə buyurulan dəhşətli əzab səhnələri ilə birləşdirən bir insanın qəlb aləmində baş verənləri hansı dil, hansı ağız və hansı məna anlada bilər ki?..
Hz. Ömər (r.a) belə buyurur: "Vallahi əgər günəşin üzərinə doğub-batdığı hər şey mənim olsaydı, hamısını o günün (hesab gününün) qorxusundan qurtulmaq üçün fidyə verərdim".
Məzh bu dünyada ilahi hədlərə xüsusi bir həssaslıqla yanaşmaqla cəhənnəm dəhşətini qəlb aləmini qovuracaq ölçüdə mənliyində yaşatmaqla, zahiri və batini aləmi dünyəvi və nəfsani kirlərin əsarətindən təmizləmək mümkündür. Deməli, dünyada ikən ilahi hüdudları qoruma yarışında yalnız "Allahı layiqincə uca tut" (İsra, 111) əmri-ilahisinə misilsiz bir təslimiyyət və bağlılıq nümayiş etdirən Peyğəmbər (s.ə.s) və Onun əshabının izində getməklə müvəffəqiyyət qazanmaq mümkündür. Allah və Onun Rəsuluna sevə-sevə fəda edilən bu canların Rəbləri qatındakı dəyəri də çox ucadır:
"Öncədən özlərinə ən gözəl nemət (cənnət, əbədi səadət) yazılmış kəslər məhz onlar ondan (cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. onlar (cəhənnəmin) uğultusunu belə eşitməyəcəklər. Onlar (cənnətdə) ürəklərinin istədiyi nemətlər içində əbədi qalacaqlar" (Ənbiya, 1201-103) ayeyi-kəriməsini eşidən Hz. Əli (r.a) bunları söyləmişdi: "Əbu Bəkr, Ömər, Osman, Mən, Talha və Zübeyr, Sad və Abdurrəhman ayədə bəhs edilən şəxslərdənik". Rəbbimiz cümləmizi bu möhtəşəm mükafata nail olan təqva sahiblərindən eləsin. Amin.
ŞƏRHLƏR