BİR AYƏ

BİR AYƏ

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ *مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونِ *إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ *

      Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! * Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm. Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!!!  Zəriyat,  51/56-58

      Bu ayə həddindən artıq əhəmiyyətli bir həqiqəti ehtiva edir ki, bu həqiqət doğru dərk olunmadan yer üzərində nizam intizam bərqərar olmaz. Bu həyat istər fərdi həyat olsun, istərsə də ictimai həyat olsun bütün dövr və zamanlara şamildir.

      İnsanların və cinlərin yaradılışının şübhəsiz bir məqsədi vardır. Bu məqsəd elə bir vəzifə ilə simvollaşdırılmışdır ki, kim bu vəizfəni icra edərsə varlıq və yaradılış məqsədini yerinə yetirmiş olar. Yerinə yetirməyən və ya bu vəzifədən boyun qaçıran isə yaradılış məqsədini itirmiş olar. Belə bir varlıq başı boş bir həyat yaşayar və məsuliyyətini qat-qat artırmış olar.

      İnsanların və cinlərin varlıq səbəbi Allaha ibadət və Ona layiqli bir qul olmaqdır. Digər bir ayəyə görə ibadəti ilə özünü Allaha bağlayan insan həmçinin Allahın yer üzərindəki xəlifəsi kimi önəmli bir keyfiyyətə malik olmuşdur. Buradan da məlum olur ki, insanın yaradılış məqsədi və ən önəmli vəzifəsi olan ibadətin mənası sadəcə müəyyən simvolik davranışları etməkdən daha genişdir. Bu halda həqiqi ibadət məfhumu iki əsas ünsürdə mücərrəd hala gəlir:

      -Allaha ibadətin mənasını ruhlara yerləşdirmək.

      -İbadət vicdandakı hər hərəkətdə, orqanların hər işləyişində, həyatdakı hər davranışda Allaha tərəf yönəlməkllə canlı tutmaq.  

      İbadət bu iki ünsür ilə birlikdə məna kəsb edir. Görülən işlər və əməllər o zaman Allah qatında savab dərəcəsinə yüksəlir və dəyər qazanır.

      İbadət məfhumunun bir digər cəhəti də işlənən əməllərin ruhlardakı dəyərlərin o əməllərin nəticələrinə görə deyil, səbəblərinə görə olmasıdır. Nəticə nə olursa olsun, insan heç bir zaman nəticələrə bağlı deyildir. Çünkü o, bu əməli işləyərkən ibadət vəzifəsini yerinə yetirmək niyəti ilə etməkdədir. Və çünkü ona veriləcək mükafat o əməllərin nəticələrinə görə deyil, yerinə yetirdiyi əməllərin qarşılığı olacaqdır. Belə olduqda insanın vəzifələri, məsuliyyətləri və əməllərə qarşı baxışı bütövlüklə dəyişir və qurtuluş vəsiləsini daha da düzgün dərk etməyə başlayar.

     İbadətin həyata keçirilməsi üçün heç bir maneə bəhanə olmamalıdır. Xüsusilə insanı ən çox narahat edən məsələlərin başında “ruzi” məsələsi gəlir. Uca Yaradan bu məqamı da yuxarıdakı ayənin davamında çox gözəl qeyd edir. “Mən onlardan ruzi istəmirən, məni bəsləmələrini də istəmirəm. Şübhəsiz ruzi verən, güc-qüvvət sahibi ancaq Allahdır”.

      Allah, ibadət şüurunu daşıyan, dərk edən və ibadəti haqqı ilə edən bəndələr zümərəsindən eyləsin !!! Amin

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz