HƏYAT DƏFTƏRİNDƏN

HƏYAT DƏFTƏRİNDƏN

  Keçmiş zamanda bir sənətkar uzun illər yanında yetişdirdiyi şəyirdini sınamaq qərarına gəlir. Ona iri bir brilyant verib deyir:

 “Oğlum, apar bunu qarşına çıxan bir baqqala göstər, nə qədər pul verəcəklərini soruş, sonra da zərgər tap və ondan qiymət al. Amma heç kimə satma, yalnız qiymətlərini və nə dediklərini öyrən, gəl mənə xəbər ver”.

 Şəyird əlində brilyant bir baqqal dükanına girir və “Bunu alarsınızmı?”,- deyə soruşur. Baqqal parlaq bir muncuğa bənzətdiyi ləl-cəvahiratı əlində çək-çevir etdikdən sonra bu cavabı verir “Buna bir dirhəm verərəm. Qoy evdə uşaq oynasın”. Şəyird təşəkkür edib çölə çıxır.

Bir qəssabın yanına gedir. O da parlaq bir daşa bənzətdiyi ləl-cəvahirata ancaq beş lirə verməyə razı olur.

Bu səfər yəhər ustasının yanına gedir: “Buna nə verərsiniz?”,- deyə soruşur. Usta diqqətlə baxandan sonra belə deyir:

“Bu muncuqdan mənim yəhərlərimə yaxşı bəzək olar. Buna on lirə verərəm”.

Şəyird ən sonda zərgərə gedir. Zərgər ləl-cəvahiratı görüb yerindən atılır. “Bu qədər böyük brilyantı haradan tapdın?”,- deyə heyrətlə qışqırır və dərhal əlavə edir: “Buna neçə lirə istəyirsən?”. Şəyird soruşur: “Siz nə verirsiniz?” Zərgərin cavabı belə olur: “Nə istəsən verərəm”.

Şəyird “Xeyr verə bilmərəm”,- deyə daşı geri almaq üçün zərgərə xeyli yalvarmağa başlayır:

“Nə olar bunu mənə sat. Dükanımı, evimi, hətta torpaqlarımı da verərəm”. Şəyird daşın əmanət olduğunu, satmağa səlahiyyətinin olmadığını, ancaq qiymət öyrənməsini istədiklərini izah edənə qədər xeyli dil tökür.

Sənətkarın yanına qayıdan şəyird həyəcanla başına gələnləri danışır.

“Bundan nə başa düşdün?”,- deyə soruşur. Şəyird bu cavabı verir:

“Hər şey ancaq dəyərini bilənin yanında qiymətlidir”.

CƏNNƏTİN YOLU

Bir xristian missioner bir şəhərə gəlir. Qarşısına çıxan azyaşlı uşaqdan şəhərdəki kilsənin yolunu soruşur. Uşaq keşişi yanına salıb kilsəyə gətirir. Ayrılmaq vaxtı gələndə keşiş:

- Afərin sənə, oğlum. Sabah bura gələrsən, sənə cənnətin yolunu göstərəcəyəm.

Uşaq keşişin niyyətini sezərək bu cavabı verir:

- Siz heç kilsənin yolunu tapa bilmirsiniz, cənnətin yolunu hardan bilirsiniz?

ANA BALASI

Cümə namazındaydıq. Sağ tərəfimdə yaşlı bir adam, onun sağında da bir nəfərlik boş yer  vardı. Yaşlı adam fərzə qalxarkən arxaya baxdı və arxada dayanan 13-14 yaşlı gəncə:

- Səfi doldur, oğlum,- dedi, - yanıma gəl.

Uşaq utanaraq dedi: Mümkünsə burada qılmaq istəyirəm,- deyə kəkələdi. Oraya başqası keçər.

Yaşlı adam uşağın üstündə durduğu kiçik və yumşaq xalçanı göstərərək:

- Olmaya, ora daha yumşaqdır? Və axıqla davam etdi: Ana balası...

Namaz qılındıqdan sonra cüməsini təbrik etdim. Arxadakı gənc də gələrək əlini öpdü.

Yaşlı adam söylədiklərinə çoxdan peşman olmuşdu. Gəncin nurlu yanaqlarını oxşayarkən: Sənə “ana balası” dediyim üçün bağışla məni,- dedi. Bir anda ağızımdan çıxdı...

Uşağın gözləri dolu dolmuşdu. Başını aşağı dikərək: Söylədiklərinizdə haqlısınız, əfəndim,- dedi.

Üzərində namaz qılmaq üçün israr etdiyim xalça vəfat edəndə anamın tabutuna örtülmüşdü. Orada səcdə edəndə sanki məni qucaqlamış kimi olur...

BAŞDAŞI YAZISI

Bir nəfər Bəhlul Danəndədən soruşur:

- Oğlum öldü. Başdaşına nə yazdırım?

Bəhlul Danəndə bu cavabı verir:

- Bunu yazdır: “Dünən altında olan otlar bu gün üstündə bitir. Ey yolçu anla ki, bu torpaq günahdan başqa hər şeyi örtər”.

ÖLÜM NƏDİR?

Tələbələrindən biri Konfutsidən:

- Ölüm nədir? deyə soruşduqda Konfutsinin cavabı belə olur:

- Həyat haqqında nə bilirsən ki, sənə ölümdən danışım.

HƏR KƏS ÖZÜNDƏKİNDƏN VERƏR!

Hz. İsa (ə.s.) özünü təhqir edən bir nəfərə heç nə demir. Ondan:

- Nə üçün cavab vermədiniz?,- deyə soruşduqda:

- Hər kəs özündəkindən verər,- deyir. Onda olandan mənim yanımda yox idi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz