HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 5

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 5

Yunus Əmrə həzrətləri buyurur:

Qarğa ilə bülbülü

Bir qəfəsə qoysalar,

Bir-biri söhbətindən

Daim məlul deyilmi?

Belə ki, qarğa dilər

Bülbüldən ayrılmağı,

Bülbülün də könlündə

Məqsudu şol deyilmi?

Bülbülə:

“Oxu!” - deyirlər, oxumur. Təkrar:

“Oxu!” - deyirlər, yenə oxumur.  Nəhayət:

“Bax, əgər oxumasan, səni qızıl qəfəsə salarıq, lakin yanına da bir qarğa qoyarıq”, - deyərək hədə-qorxu gəlirlər. Bunu eşidən bülbül qarğa ilə birlikdə olmağın iztirabından qorxaraq oxumağa başlayır…

Bülbül və qarğa saysız-hesabsız heyvan və quş növü içərisində sadəcə bir quşdur. Lakin hər birinin fitrəti, qabiliyyəti və həzzi tamamən fərqlidir. Hər ikisinin də quş olması fitrət və mizaclarındakı müxtəlifliyi aradan qaldırmır.

İnsanlar da eynilə belədir. Maddi olaraq hər bir insan digərləri ilə eynidir. Lakin daxili dünyaları, ruhi tərəfləri, bədii duyğuları, bir sözlə, mənəvi keyfiyyətləri baxımından hər kəs başqa-başqa aləmlərin insanıdır.

Hafiz Şirazi belə deyir:

“İnsan: bir qətrə qan, min bir əndişə”.

Yəni maddi cəhətdən, demək olar ki, bir-birindən fərqlənməyən insanların könül dünyaları tamamən fərqlidir. Daxili dünyası baxımından ekiz olan iki insan yoxdur. İnsanın axirətdəki mövqeyi qəlbinin mənəvi səviyyəsinə görə təyin olunacaq. Qəlb dünyası cənnət sifətləri ilə dolu olan cənnətə gedəcək, cəhənnəm vəsfləri ilə dolu olanlar da cəhənnəm yolçusu olacaq.

Digər tərəfdən, dostluq, ünsiyyət və məhəbbət müştərəkliyin nəticəsində meydana çıxar. İnsan qarşısındakı adamda nə qədər özünə aid vəsfin olduğunu görərsə, bir o qədər məhəbbət bəsləyər. Bunun əksinə, qarşısındakı adamda öz vəsflərinə zidd şeylər görərsə, bir o qədər nifrət hissi ilə dolar. Həmin adamla birlikdə olmaqdan məmnun qalmaması bir yana, böyük iztirab hissi keçirər. Yəni hər quş öz cinsi ilə uçduğu kimi, hər mizac da öz mizacında hüzur tapar. Bu səbəblə ünsiyyət qurulacaq insanlar arasındakı könül bərabərliyi və qəlbi yaxınlıq maddi bərabərlik və zahiri yaxınlıqdan daha mühümdür.

Müdrik bir kəlamda belə buyurulur:

“Bu üç adamın halına acıyın:

P Zənginlikdən sonra kasıb düşənə,

P Etibarını itirən möhtərəm birinə,

P Cahillər arasında qalan (qədir-qiyməti bilinməyən) alimə”.

Bir atomun parçalanması ilə dəhşətli dərəcədə enerji yaranır. Bu enerjidən ikiuclu bıçaq kimi, xeyrə də, şərə də istifadə etmək mümkündür. Eynilə bunun kimi, insanın da qəlbindən gözlə görmədiyimiz, lakin mütləq surətdə təsiredici gücə malik enerji çıxar. Bu enerjinin müsbət olanına “feyz” və “ruhaniyyət”, mənfi olanına isə “qəflət” və “qəsvət” deyirik.

Mahmud Sami Ramazanoğlu g söhbətlərində bu hadisəni nəql edərdi:

“Adil bəy adında mənəvi hal sahibi və kəşfi açıq mötəbər bir adam vardı, Bəylərbəyində yaşayırdı. Hərdən ziyarətinə gedərdim. Bir gün mənə belə tövsiyə etdi:

“Özünü qafillərdən qoru! Onlarla oturub söhbət etmə! Çünki qəlbdən-qəlbə əksetmələr baş verir. Qarşında oturanın günah halı sənə də sirayət edər. Sirkə küpündən sirkə, bal küpündən bal sızar”.

Sonra yaşadığı bir hadisəni danışmağa başladı:

“Hicri 1340-cı ildə İstanbulda Ayasofiya camesində mövlud oxundu. Məscid ağzına kimi dolu idi. Başına sarıq bağlamış alim və tələbələr də məclisdə yerlərini almışdılar. O dövrdə camaatın əksəriyyəti elm əhlindən olduğu üçün onların bəzi halları qələbəliyə heybət verirdi. Say-seçmə hafizlər Qurani-Kərim və mövludi-şərif oxumağa başladılar.

Bu fəqir də kürsüyə yaxın bir yerdə oturub oxunanları dinləyirdi. Bir az keçmişdi ki, qəbz halı (mənəvi sıxıntı) gəldi. Ürəyim sıxıldı, özümü pis hiss etməyə başladım… Halbuki Ayasofiya kimi bir məsciddə, müsəlmanlardan ibarət camaatın arasında, Qurani-Kərim və mövlud oxunarkən belə bir qəbz halının yaşanmaması lazımdı.

Maraqla səbəbini araşdırdım. Bir də nə görsəm yaxşıdır, qarşımda qəlbini qəsvət bürümüş bir adam oturub. Sinələrimizin üz-üzə gəldiyini gördüm… Ondan təsirləndiyim üçün sıxıldığımı anladım və tez yerimi dəyişdim. Bir az rahatlıq tapsam da, bunun təsirini bir həftə üzərimdə hiss etdim…”

Bu kimi hallar bir çox möminin başına gəlib. Deməli, insan yanında və ya qarşısında oturanların saleh, sadiq və qəlbi təmiz adamlar olmasına diqqət etməlidir”.[1]

Küfr əhli və fasiq insanlarla dostluğun mənfi hal sirayətinə səbəb olaraq qəlbə qəsvət və zülmət verməsi xüsusunda İmam Rəbbani həzrətlərinin bir məktubunda nəql etdiyi bu hadisə də çox ibrətlidir:

“Bir dəfə xəstə ziyarətinə getmişdim. Ölüm ayağında idi. Mənəvi halına nəzər salanda gördüm ki, qəlbi dəhşətli dərəcədə qaranlığa qərq olub. Hər nə qədər qaranlığın aradan qalxması üçün təvəccöh etsəm də, heç nəyə nail olmadım. Nəhayət, xeyli təvəccöh nəticəsində aydın oldu ki, bu qaranlıqlar küfr əhlindən ona sirayət edən mənfi hallardan qaynaqlanır. Bu sıxıntıların mənşəyi küfr əhli ilə dostluq qurması idi.

Sonra anladım ki, bu qaranlıqların dəf olması üçün təvəccöh etmək faydasızdır… Çünki onun bu qaranlıqdan təmizlənməsi cəhənnəm əzabına qalmışdır. Küfr əhli ilə bərabərliyin cəzası budur.

Bu zaman o da məlum oldu ki, imandan bir zərrə onu əbədi cəhənnəm əzabında qalmaqdan qoruyacaqdır. Bu, həmin imanın bərəkəti ilə olacaq.

Sonra ağlıma belə bir sual gəldi: “Görəsən, bunun cənazə namazını qılmaq caizdir, ya yox?”. Ani bir təvəccöhdən sonra məlum oldu ki, onun namazını qılmaq yerində olar. İman sahibi olmaqla yanaşı, küfr əhlinin adətlərini icra edən və onların xüsusi günlərinə hörmət edən kəslərin də namazını qılmaq lazımdır. Onları kafirlərlə bir tutmaq doğru olmaz… İşin sonunda onların əbədi əzabdan qurtulmalarını ummaq da yerində olar”. (Bax. Məktubati-İmam Rəbbani, c. I, 266-cı məktub) 

Saleh və sadiq möminlərlə bərabər olub, kafir və fasiqlərdən uzaq durmaq barəsində ayeyi-kərimələrdə belə buyurulur:

“Ey iman gətirənlər! Allahdan qorxun və sadiqlərlə bərabər olun!” (ət-Tövbə, 119)

“...Zalım tayfa ilə bərabər oturma!” (əl-Ənam, 68)

Allahın sevdiklərini sevib, sevmədiklərindən uzaq durmağın əhəmiyyətini bəyan edən bir hədisi-şərifdə belə buyurulur:

“Hər kim bir qövmü sevərsə, Allah-Təala onu onların arasında həşr edər”. (Heysəmi, X, 281)

Möminlər üçün könül əhli olan, saleh və sadiq qullarla bərabərlik qəlbə şəfa, ruha qida olan hüzur vəsiləsidir. Necə ki, əshabi-kiram Hz. Peyğəmbər r-in söhbətində müstəsna bir vəcd və istiğraq[2] halı yaşayardı. O qədər diqqət kəsilərdilər ki, sanki başlarının üstünə quş qonub, tərpənsələr uçacaq. Məhz belə bir diqqətlə Peyğəmbərimizi dinləyər, könülləri ülvi hisslərlə dolar, tamam başqa bir haləti-ruhiyyəyə bürünərdilər.

Çünki Rəsulullah r -in söz, fel və təqrirləri ilə yanaşı, bir də gözəl simasına əks edən, hiss olunan, lakin sözlə ifadə edilməyən “hal”larından da istifadə edərdilər.

Bu gün biz də eyni ayə və hədisləri oxuyuruq, amma əshabi-kiramın aldığı o feyz və ruhaniyyəti ala bilmirik. Çünki Rəsuli-Əkrəm r -in qəlbindən süzülərək gələn o hal sirayətindən məhrumuq.

Bunun yeganə çarəsi Rəsulullah r -ə olan məhəbbətimizi, yəni qəlbi yaxınlığımızı artırmaqdır. Yəmən diyarında Peyğəmbər aşiqi olan Veysəl Qərani həzrətləri məkan baxımından Allah Rəsulundan uzaq olsa da, Onu görə bilməsə də, dərin məhəbbətindən qaynaqlanan qəlbi yaxınlığı sayəsində mənən Peyğəmbərimizdən faydalanmışdır. İki qəlb arasında qurulan o məhəbbət bağı sayəsində bir çox mənəvi hal mübadiləsi yaşanmışdır.

Necə ki, Hz. Peyğəmbər r üzünü Yəmənə tərəf tutaraq:

“Yəməndən gələn nəfəsi-Rəhmanini hiss edirəm”, - buyurmuşdur. (Təbərani, Kəbir, VII, 52/6358)

Həmçinin mübarək xirqəsini Veysəl Qərani həzrətlərinə göndərərək belə buyurmuşdur:

“Bunu geyinib ümmətimə dua etsin!”. (Müslim, Fədailus-Səhabə, 223-225)

Demək ki, qəlblər arasında məhəbbət bağı varsa, məkan baxımından uzaqda olmağın bir ziyanı yoxdur. Bunun əksinə, könüllər bir-birindən uzaq olarsa, zahiri yaxınlığın heç bir faydası yoxdur. “Yəməndəki yanımda, yanımdakı Yəməndə” ifadəsi bu halı necə də gözəl ifadə edir.

Bu səbəblə, Allahın saleh və sadiq qulları ilə qəlbi bərabərlik mənəvi xəzinə dəyərindədir. Bunun əksinə, Allahın sevmədiyi, batilin köləsinə çevrilən qeyri-müsəlmanlar və nəfsinin quluna çevrilən qafillərlə qəlbi bərabərlik də ruha zəhər saçan mənəvi fəlakətdir.

Haqq-Təala namazın hər rükətində bizə Fatihə surəsini oxudur. Bu surə o qədər mühümdür ki, bir insan namazda xətm eləsə, lakin Fatihə surəsini oxumasa, namazı yenidən qılmalıdır. Fatihədəki -əqaid baxımından- ən mühüm xüsuslardan biri bu ayeyi-kərimələrdə bəyan edilir:

“Bizi doğru yola, nemət verdiklərinin yoluna yönəlt!..” (əl-Fatihə, 6-7)

Yəni mömin hər hal və hərəkəti ilə nemət bəxş edilən “peyğəmbər, siddiq, şəhid və salehlərin”[3] istiqaməti üzrə olmağa səy göstərməlidir. Ona görə də həyatı boyu salehlərin səfində yer almalı, onlarla hal və əməl bərabərliyi içində olmağa çalışmalıdır. Bununla yanaşı:

“…Qəzəbə düçar olanların və azmışların (yoluna) deyil” (əl-Fatihə, 7) ayəsində də bəyan edildiyi kimi, qeyri-müslimlərin və haqq yoldan azmışların yoluna uymaqdan və onlara bənzəməkdən çəkinmək lazımdır. Məcburiyyət qarşısında qalaraq bu kimi insanların yanında olmaq zərurəti hasil olarsa, qəlbini onların təsiri altında qalmaqdan qorumalı, əksinə, onlara təsir etməyə çalışmalıdır.

Çünki Allah və Rəsulunun düşmənlərinə heyranlıq duymaqdan, hətta onlara azacıq da olsa iltifat nəzəri ilə baxmaqdan belə qəlbi qorumaq lazımdır. Əks təqdirdə bu kimi davranışlar onların etibarını artıracağı üçün Allahın qəzəbinə səbəb olar.

Unutmayaq ki, Allahı və Onun sevdiklərini sevmək qədər Onun sevmədiklərindən qəlbən uzaqlaşmaq da bir iman tələbidir. Haqqa və xeyrə bəslənən məhəbbət nisbətində bunun ziddi olan batil və şərə qarşı nifrət və müxalifət hissi keçirməmək imanın zəifliyidir. 

İmam Qəzzalinin Kimyayi-Səadət adlı əsərində nəql edildiyinə görə, Həzrət İsa u belə buyurmuşdur:

“Allaha üsyan edənlərə düşmənlik bəsləmək surəti ilə Allaha dost olun! Asilərdən uzaq durmaqla Allaha yaxınlaşın və onlara qəzəb etməklə Allahın rizasını qazanın!..”[4]

Şu hadisə də nə qədər ibrətlidir:

Bir gün Həzrət Ömər t əlində Tövratdan bəzi səhifələr olaraq Rəsulullah r –in yanına gəlib:

“Ey Allahın Rəsulu, bunlar Tövratdan bəzi mətnlərdir… Züreyk oğullarına mənsub olan bir tanışımdan aldım”, - dedi.

Hz. Peyğəmbərin üzünün rəngi anidən dəyişdi. Hadisəyə şahid olan Abdullah bin Zeyd  t Həzrət Ömərə:

“Yoxsa Allah ağlını başından alıb? Rəsulullahın üzü nə hala düşdü, görmürsənmi?!” - dedi.

Səhvini başa düşən Həzrət Ömər t dərhal:

“Rəbb olaraq Allahdan, din olaraq İslamdan, peyğəmbər olaraq Muhamməd r-dən, rəhbər olaraq Qurandan razı olduq”, - dedi.

Bunun üzərinə Allah Rəsulunun kədəri dağıldı, sanki üzündə güllər açdı. sonra belə buyurdu:

“Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, əgər Musa u aranızda olsaydı, siz də ona tabe olaraq məni tərk etsəydiniz, dərin bir zəlalətə düşərdiniz. Siz ümmətlər içərisində mənim nəsibimsiniz, mən də peyğəmbərlər içərisində sizin nəsibinizəm”. (Heysəmi, I, 174)

Xülasə, əsl iman layiq olana məhəbbət, haqq edənə də nifrəti tələb edir. Necə ki, Fəth surəsinin son ayəsində Həzrət Peyğəmbərin yanındakı möminlərin vəsfləri zikr edilərkən belə buyurulur: “kafirlərə qarşı sərt, bir-birilərinə qarşı isə mərhəmətlidirlər”.[5]

Deməli, qeyri-müsəlmanların batil inanclarından kiçicik də olsa təsirlənməmək lazımdır. Onların adət və inanclarına qarşı qəlbdə ən xırda təmayülə belə yer verməmək lazımdır. Çünki İslam mükəmməldir, mükəmməlin isə təhrifə uğrayandan və pozulandan götürəcəyi heç nə yoxdur.

Uzun illər bundan əvvəl məşhur filosof və siyasi xadim, Fransa Kommunist Partiyasının sabiq katibi Prof. Roje Qarodi İslamı araşdıraraq müsəlman olduqdan sonra İstanbula gəlmişdi. Yıldız sarayında konfrans verirdi. Həmin konfransda dinləyicilərə belə demişdi:

“Siz din və fikir baxımından sağlamsınız. Qərb dünyası isə hər cəhətdən xəstədir. Amma qəribəlik burasındadır ki, siz xəstəni təqlid edirsiniz, öz sağlığınızdan xəbəriniz yoxdur!..”

Yunus Əmrə həzrətləri buyurur:

Ətə-kəmiyə büründüm,

Yunus deyə göründüm!

Hər birimiz ruhlar aləmindən bu imtahan aləminə göndərilən ruhlardan bir ruh daşıyırıq. Dünya aləminin şərtlərinə görə xammalı torpaq olan ət və sümükdən ibarət bir qəlibə girərək var olduq. Vücudumuzun maddi tərəfi olan bədənimiz bir növ ruhumuzun geyindiyi paltar kimidir. Bu bədən libası torpağa veriləcək qurbandır. Son nəfəsdən sonra həmin libası qəbrə qoyub iman və əməllərimizlə bərzəx aləminə addım atmış olacağıq. Bədənimiz isə əslinə dönərək torpaq olacaq.

Heç kim ata-anasını, doğulduğu zaman və məkanı, mənsub olduğu milləti, cinsiyyətini, dərisinin rəngini, bədəninin formasını təyin etmir. Bunlara görə heç bir məsuliyyət də daşımır. Mühüm olan insanın göz-qaşının gözəlliyi deyil, ədəb, həya və əxlaqının gözəlliyidir. Yəni surətinin quruluşu deyil, sirətinin (daxilinin) quruluşudur.

Eynilə hədisi-şərifdə buyurulduğu kimi:

“Allah sizin surətinizə (zahiri görünüşünüzə) və mallarınıza baxmaz. Lakin sizin (ixlas və təqva baxımından) qəlblərinizə və əməllərinizə baxar!” (Müslim, Birr, 34)

Bir sözlə, bədənimizin şəkli, dərimizin rəngi, mənsub olduğumuz irq Allah qatında heç bir dəyər ifadə etmir. Tamamən ilahi təqdir nəticəsində formalaşan bu bədənimizə aid vəsflərin davasını güdmək və bunlara bir üstünlük və ya nöqsanlıq yükləmək boş məşğuliyyətdir.

Ayeyi-kərimədə buyurulur:

“…Allah yanında ən hörmətli olanınız Allaha qarşı ən çox təqvalı olanınızdır…” (əl-Hucurat, 13)

Təqva isə bədənə deyil, qəlbə aid keyfiyyətdir.

Bütün müsəlmanlar qardaşdır. Şeytanın oddan yarandığını, bu səbəblə də torpaqdan yaranmış Adəmdən üstün olduğunu iddia etməsi ilə başlayan irqçilik isə Rəsulullah r tərəfindən qətiyyətlə qadağan edilmişdir. Vida xütbəsi bunun rəsmi sənədidir.

Dini duyğuların zəifləməsi ilə cəhalətin meydan suladığı zamanlarda isə, təəssüf ki, irqi təəssübkeşlik dini təəssübün önünə keçə bilir. İrqçiliyin önündəki yeganə maneə İslamdır. İslam bütün möminləri -hansı irqdən olmasına baxmayaraq- qardaş elan etmişdir. Əsas qardaşlıq da iman qardaşlığıdır, könül qardaşlığıdır. Bu qardaşlıq olmadıqdan sonra bioloji qardaşlığın heç bir faydası yoxdur.

Necə ki, Həzrət Adəmin iki oğlu Habil ilə Qabil də bioloji olaraq qardaş idilər. Lakin qəlb dünyaları tamamən fərqli idi. Qabil nəfsani ehtirasa və qısqanclığa qapılaraq qatil oldu. Habil isə haqsız yerə bir cana qıymaqdansa, məzlum kimi qətl edilməyi seçən fəzilət qəhrəmanı oldu. Bioloji cəhətdən peyğəmbər övladı olmaq Qabilə heç bir fayda vermədi.

Həmçinin Nuh u-ın oğlu Kənan iman etməmiş, atasının dəvətindən üz çevirib küfrün qaranlıq girdablarında boğulmağı seçmişdi.

Onun bu halına məyus olub dua edən Hz. Nuha Allah-Təala belə xəbərdarlıq etmişdir:

“Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür”. (Hud, 46)

Yəni peyğəmbər övladı olduğu halda Kənan öz atası ilə eyni qəlbi keyfiyyətə sahib olmadığı üçün həqiqi mənada onun ailəsindən olmaq şərəfinə layiq görülmədi və nəticədə həlak olmaqdan qurtula bilmədi.

Eynilə Hz. Nuhun ikinci arvadı və Hz. Lutun arvadı da fasiqlərlə birlikdə olduqları üçün ilahi qəzəbə düçar oldular. Peyğəmbər xanımı olmaq da onlara heç bir fayda vermədi. Ayeyi-kərimədə buyurulur:

“Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç bir vəchlə qurtara bilmədilər. Onlara: “Cəhənnəmə girənlərlə birlikdə siz ikiniz də girin!” – deyildi”. (ət-Təhrim, 10)

Onların hər biri peyğəmbər xanımı olmuş, ömürlərinin çox hissəsini o mübarək zatların yanında keçirmişdilər. Lakin onların könül dünyalarından uzaq qalaraq fasiqlərə meyl etdilər. Bu səbəblə də acı bir əzaba düçar oldular.

Deməli, saleh və sadiq bəndələrlə könül bərabərliyi, hal bərabərliyi, əməl bərabərliyi, hissi və fikri bərabərlik yoxdursa, zahiri yaxınlığın heç bir faydası olmur.

Dinə uzaq qalan, lakin tamamən qopmağı da gözə almayan, ağlı və könlü bulanmış bəzi insanlar “Mənim babam da molla olub, atam da hacı idi…” qəbilindən sözlər söyləyirlər. Lakin hədisi-şərifdə buyurulduğu kimi:

“…Əməli sayəsində geridə qalan adamı nəsəbi önə keçirməz”. (Müslim, Zikr, 38; İbn Macə, Müqəddimə, 17)

Heç kim ata-anasının yediyi yeməklə doymadığı kimi, hər kəs əbədi qurtuluşu üçün ciddi mənada çalışmaqla mükəlləfdir.

Xülasə, hər bir insan ətə-kəmiyə bürünərək bu dünya müsafirxanasına gəlir. Lakin mühüm məsələ burada Yunus kimi görünməkdir. Allaha yaxın olan qulların şəxsiyyət və xarakterini sərgiləməkdir. Yunus və onun kimi Haqq dostlarına bənzəyərək sevən, sevilən, könüllər yapan, bu fani göy qübbədə ulduzlar kimi nurlu izlər qoya bilən saleh insanlardan ola bilməkdir…

Allah-Təala lütf-kərəmi ilə hər birimizə razı olduğu istiqamət üzrə bir həyat yaşayıb müsəlman kimi can verə bilməyi, salehlərlə həşr olunmağı, hüzuruna qəlbi-səlimlə çıxa bilməyi ehsan etsin.

Amin!..


[1] Bax. M. Sami Efendi, Mükerrem İnsan, s. 62-63; Bayram Sohbetleri, s. 39.

[2] Mənəvi iqlimə qərq olmaq

[3] Bax. ən-Nisa, 69.

[4] Qəzzali, Kimyayi-Saadet, sh. 242, Erkam Yay. İstanbul, 1989.

[5] Bax. əl-Fəth, 29.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz