ƏBRU DUASI

ƏBRU DUASI

Bildiyimiz kimi, Şərq insanının ətraf mühitə olan münasibəti, davranışı və ehtiramı hər zaman fərqli olmuşdur. Bu fərqlilik xüsusi ilə türkdilli xalqlarda daha bariz formada üzə çıxmışdır. Qədim türk milləti təbiətin sirlərinə bələd olmuş, ona sevgi ilə yanaşmış, beləcə, bütün həyat nizamını bu tərtibə görə yaşamışdır. Onlar günün, ayın və illərin, yerin-göyün və xüsusilə də fəsillərin təsir qanunlarını bilirdilər. Torpağın xassələrini və ondan çıxan maddələrin nə işə yaradığını, o cümlədən bitkiləri, heyvanat aləmini  çox yaxşı tədqiq etmiş və onlardan səmərəli şəkildə istifadə etmişdilər. Belə bir gözəl söz deyilir: “Həyatda oxunacaq üç kitab var: kainat, insan və Quran”.

Kainatı anlamaq üçün Quranı oxumaq, Quranı anlamaq üçün isə bütün kainatın kiçik bir nüvəsi olan insanı oxumaq lazımdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz