Yeməli və İçməli Şeylər
Yeyilənlər və içilənlər mövzusunda tarix boyunca din xadimlərinin, bəzi filosofların düşüncə və davranışlar fərqli olmuşdur ki, bunları da ifrat (həddindən artıq), təfrid (həddindən aşağı) və etidal (həddində) kimi ölçülərdə toblamaq olar.
Heyvanın da insan kimi canı olduğunu, ona qıymağa haqqımızın olmadığını irəli sürərək ət yeməyi haram sayan brehmenlər ilə bəzi filosoflar ifrata varmışlar. Ümumiyyətlə bitkilər, heyvanlar və insanlar üçün, heyvanlar bəzi heyvanlar ilə insanlar üçün, insanlar isə Allaha qulluq üçün yaradılmışdır ki, təbii nizam da budur. "Ağızdan girən deyil, çıxan onu pislər,"- deyən Bavlusa isnad edərək yeyib-içmə sərhədlərini çox geniş tutan xristianlar da həddi aşmışlar. Məşru (halal) yolla əldə edilən təmiz və faydalı şeyləri halal buyuran İslam isə orta vəziyyəti təmsil edir. (əl-Bəqərə, 2/168) Haram qılma dəlilləri, hökmləri və onların hikməti: Qurani-Kərimdə haram olan yeməli şeylər bəzi ayələrdə xülasə şəklində, bəzi ayələrdə isə təfərrüatına varmaqla ifadə edilmişdir.
Birinci qism ayələrdə "Kəsilənəcən ölmüş heyvan, bədəndən axmış qan, donuz, Allahdan başqasının adı ilə kəsilmiş heyvanlar " olmaqla haram yeyilənlər dörd ədəddir. (əl-Bəqərə,2/172-173,əl-Ənam, 6/145). "Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub Gəbərmiş, vəhşi heyvanlar tərəfindən barçalanıb yeyilmiş-canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır-, dikinə qoyulmuş daşlar (bütlər və ya kəbənin ətrafındakı bütbərəst qurbanlıqlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə bay bölmək sizə haram edildi. Bunlar günahdır." (əl-Maidə 5/3) açıqlamasındakı ayədə ətləri haram sayılan heyvanlarin 10 növ olduğunu
Görürük. Ancaq bunlardan 5-ci ilə 9-cu heyvanlar "kəsilmədən ölmüş heyvan" məfhumuna daxildir. Dördüncü və onuncu isə "Allahdan başqası adına" kəsilən növünə daxildir. Bunların haram qılınmalarının sirr və hikmətinə gəlincə, əvvəl bütün haramlara şamil bir haşiyə çıxıb sonra mövzuya qayıtmaq daha məqsədəuyğun olacaqdır. Allah, Rəsulu və dolayısı ilə haqq dinlər bəzi yeməli-içməli şeyləri, bir qism iş və davranışları haram etmiş, yasaqlamışdır. Bunların bir qisminin hikmətini, haram qılma səbəblərini açıqlamışlar.
Açıqlanan və araşdırıb anladığımız yüzlərlə haram və yasağın fərd və cəmiyyət halında insanların faydasına, yaxşılığına olduğunu, əbədi səadətlərinə yönəldiyini görüncə insaflı bir düşüncənin bu nəticəyə gəlməsi zəruri olur: "Ağlımızın və şüurumuzun qavraya bildiyi bunca haramda, bu ölçüdə böyük hikmət və faydalar olduğuna görə eyni mənbədən gələn digər qadağanların da - hələlik biliyimiz xaricində qalan - hikmətləri olacaqdır" İnsanların yasaqlama və əngəlləmələri -ən azı başlanğıcda- zərəri çəkməkdən öncə deyil, zərəri araşdırdıqdan, etdikdən və acısını daddıqdan sonra ola bilməsindədir. İnsanın ruh və bədən sağlamlığı uğrunda çalışmaları insanlığın tarixi qədər qədimdir.
Məsələn, min illik adi təcrübə və otuz illik də elmi araşdırmanın sonunda bir yeyəcək və ya içəcəyin insan sağlığı üçün zərərli olduğu aydınlaşırsa, bu zərərə belə uzun bir zaman insanlar qatlanmış olurlar. Daha əvvəllər bunu olduğu kimi bilmiş olsaydılar, əlbəttə, o zamandan tədbirlər görülər, zərər minimuma enərdi. Vəziyyət belə olduqda ehtimal hesabı -elmi ölçülərə görə zərərini bilə bilmədiyimiz fəqət- ciddi bir mənbəyin zərərli və ya haram olduğunu bildirdiyi şeydən çəkinməyimizi zəruriləşdirir. Belə bir ehtimalı saya salmamaq və zərərini elmi şəkildə bilmədiyimiz bir şeyi çəkinmədən yemək üçün insanlığın bilinə biləcək hər şeyi bilməsi, məchulunun qalmaması lazımdır. Halbuki, Şərq və Qərbin elm adamları insanlığın bildiyini, onun bilmədikləri yanında dənizdən bir damla, günəşdən bir zərrəcik kimi olduğunu etiraf edirlər.
- Hayreddin Karamanın «Halallar və Haramlar» kitabından GYF tərcümə mərkəzi tərəfindən tərcümə edilmişdir.
ŞƏRHLƏR