Gənclər, İdman və Turizm Nazirinin müavini İntiqam Babayev
İrfan: Hörmətli İntiqam müəllim, İrfan jurnalının IV. sayını ümumilikdə gənclərə və Azərbaycan gəncliyinə həsr etmişik. Həm bir gənc kimi, həm də Gənclər, İdman və Turizim Nazirinin müavini kimi Azərbaycan gəncliyinin bu günkü vəziyyəti haqqında məlumat verməynizi xahiş edirik. Siz Azərbaycan gəncliyini necə təsvir edərdiniz?
İntiqam Babayev: Birincisi ondan başlamaq lazımdır ki, Azərbaycan əhasilinin böyük bir qismi (Bunu rəqəmlə ifadə etsək, ümumi əhalinin 66%-i uşaq, yeniyetmə və gənclər təşkil edir) gəncdir. Bildiyiniz kimi bizdə qanunla gəncliyin son yaşı 35 yaş olaraq təsbit edilmişdir. Bunlar bilavasitə nazirliyimizin çalışdığı təbəqədir. Bu gün biz eyni zamanda gənc bir ölkədə yaşayırıq. Yəni müstəqilliyimizin yaşı çox deyil.14 il Müstəqillik dövrü çox kiçik bir zamandır. Bu kiçik bir zamanda Azərbaycanda çox böyük yeniliklər baş vermişdir. Birincisi cəmiyyətimiz tədricən dəyişmiş, yeni bir cəmiyyət formalaşmış;-artıq müstəqil dövlətin, müstəqil cəmiyyəti formalaşır.
Bu cəmiyyətdə yeni həyat tərzi, yeni dəyərlər və baxışlar formalaşır. Sözsüz ki, bu yenilikdə və dəyişiklikdə gənclik öndə gedir. Çünki bütün dövlətlərdə və cəmiyyətlərdə olduğu kimi gənclik enerji mənbəyi və dinamit gücdür. Bu baxımdan bizdə gənclərin sayısının çox olması müsbət bir haldır, tükənməz bir kadr potensialıdır. Bu gənclik də yeniliklər içərisində yetişmişdir.Təbii burda müəyyən müsbət hallarla bərabər mənfiliklər də mövcuddur.
Bu gün biz dövlət olaraq dünyaya inteqrasiya edirik, dünya dövlətləri içərsində özümüzə layiq yeri tutmağa çalışırıq. Yeni texnoloji biliklər əldə edirik. Ümumiyyətlə, dünya səviyyəsində mövcud olan sahələrlə əlaqadar olaraq bilgilər əldə olunur. Tələbələrimiz gedib xaricdə təhsil alır. Burada müxtəlif beynəlxalq layihələrdə iştirak edirlər. Gənçlərimiz dünyaya ayaq açıblar və təcrübə toplayırlar. Bu müsbət haldır heç şüphəsiz, bunu daha da genişləndirmək mümkündür. Bu müsbət hallarla yanaşı mənfilklər kimi, bəzən də bizim milli mədəniyyətimizə zidd, cərəyanlar və ideologiyalar ölkəmizə gəlir. Bunu nəticəsində yeni formalaşmış, lakin bizim milli-mentalitetmizə tərs düşən adətlər ortaya çıxır. Hansısa günlərin;- sözsüz ki, bunlar qeyri-rəsmidir - avropa bayramları və s. bizim gənclər tərəfindən qeyd edilməsini göstərmək olar.
Təbii ki, demokratik pirinsiplərdən söz gedirsə, bunları qadağan etmək də doğru olmazdı. Əslində belə şeylərin Azərbaycan milliliyi ilə əlaqəsi yoxdur. Azərbaycanın mədəni irsində bir çox gözəl bayramlarımız da var, gözəl adət ənənələrimiz də var və gənclər tərəfindən qeyd ediləcək örnək günlərimiz də var. Sözsüz ki, bu gün çox az bir qism gənc bu mövqeyi tutur; avropa mədəniyətini əxz etməyə çalışır. Bu gənclərin az bir qismini əhatə etdiyi üçün bu halı tam təhlükəli hesab etmirəm. Çünki əksəriyyət gəncimiz bu gün öz milli, dini, əxlaqı, və mədəni irsinə sadiqdir.
İrfan: Yəni Azərbaycan gənclərində milli və dini duyğuların yüksək səviyyədə olunduğunu qeyd etmək istərsiniz yəqin ki...
İntiqam Babayev: Sözsüz ki. Bizim milli gənclər siyasətimizin konsepsiyası da ondan ibarətdir ki, yeni formalaşan gənclərin, maksimum səviyyədə millətçi, dövlətçi, öz milli-mənəvi dəyərlərinə bağlı, Azərbaycanın milli və dövlət maraqlarını hər şeyin fövqündə düşünən bir gənc kimi yetişməsinə nail olaq. Bu, cəmiyyətin sosial-iqtisadi, elmi-mədəni, ictimai-siyasi bütün sferalarını əhatə edir. Yəni bu gün müəyyən mənada avropasayağı həyat tərzini mənimsəməyə çalışanlar da bizim gənclərimizdir. Onlar azərbaycanlılıqdan imtina etməyiblər. Sadəcə olaraq bunlarla yanaşı avropalılığı bir az qabardıblar. Ancaq əksəriyyət gənclərimiz vardır ki, onlarda milli hislər daha qabarıqdır.
İrfan: Bir şərq cəmiyyətlərinin çoxusunda əslində bu problem vardır. Qərblilərə bənzəmək həvəsi; bu da yəqin bizim özünə inamımızla əlaqəli bir haldı. Bunu ortadan götürmək üçün gənclər nə etməlidir?
İntiqam Babayev: Mən sizlə razıyam. Baxın bu gün bir trening təşkil olunanda, bir təlim veriləndə moderatorlar əsasən avropalılar olur. Hesab olunur ki, onlar bu sahədə daha təcrubəlidirlər. Çünki biz yeni avropa ailəsinə qoşulmuşuq. Ancaq bu günkü təcrubə göstərir ki, bir şox azərbaycanlı gənclər avropalılara təlim keçmək iqtidarındadır. Bu o deməkdir ki, Azərbaycan gəncliyi artıq yetişib, müxtəlif sahələrdə təcrübə əldə edib. Bu inteqrasiyanın müsbət nəticəsidir.
Qeyd etdiyim kimi bu gün dövlət tərəfindən bir çox proqramlar işlənib hazırlanmışdır ki, gənclərimiz milli ruhda tərbiyə olunsunlar. Mövcud beynəlxalq təcrübənin Azərbaycan müstəvisində, milli müstəvidə tətbiq etmək. Öz seminarlarımız təşkil edilir, öz fikir düşərgələrimiz yaradılılır, gənclərə köməklik göstərilir ki, onlar beynəlxalq aləmə çıxsınlar. Bu gün gənc və uşaqların yetişməsinə yönəlmiş 20-dən artıq dövlət sənədi imzalanmışdır.
İrfan: Sizin Nazirlik olaraq və QHT-lərlə bərabər gənclərə yönəlik mücərrəd fəaliyyətlərimizdən bəhs edərdiniz.
İntiqam Babayev: Bilirsiniz, Azərbaycanda milli gənclər siyasətinin 2 istiqaməti vardır ki, bunlar bir-birin tamamlayır. Birincisi dövlətin milli gənclər siyasətidir ki, bunu bu gün bizim nazirlik həyata keçirir. Ikincisi və ayrılmaz hissəsi olan gənclər təşkilatlarıdır. Vaxtiylə Azərbaycanda biz tək "komsomol" təşkilatı var idisə, bu gün 100-ə yaxın gənclər təşkilatımız vardır. Bunlar müxtəlif istiqamətlidirlər və bu təşkilatlarda fəal gənclər toplanmışdır. Nazirlik olaraq biz bu təşkilatlara dəstək veririk. Bundan başqa beşillik gənclər dövlət proqramı qəbul edilib. Bu sənədə müvafiq olaraq yeganə nazirliyik ki, səlahiyyətlərimiz var, gənclər təşkilatlarından müsabiqə yoluyla layihəni qəbul edək və qismən maliyələşdirək.
Bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatlar sırf Azərbaycanın marqlarına xidmət edən layihələri bəzi hallarda maliyyələşdirir. Məsələn gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətçilik ənənəlirinin öyrənməsi və.s. Biz hesab edirik ki, dövlət maraqlı olduğu sahələrə bilavasitə maliyə ayırmalıdır. Bu konteksdə də gənclər təşkilatlarına köməklik edilməlidir ki, onlar yönəlsinlər vətənpərvərlik sahəsinə, sosial problemlərin həllinə, mədəni-milli irsimizin təbliğinə və tədrisinə. Bununla bağlı olaraq nazirlik kimi, götürdüyümüz xətt gənclər təşkilatları ilə sıx əməkdaşlıq olmuşdur. Sözsüz ki, o təşkilatlardan söz gedir ki, onların məramları milli və dövlətçilik maraqlarımıza zidd deyil. Və Azərbaycana xidmət edirlər. Demək olar ki, bu gün gənclərimizin əksəriyyətihdə bu maraq və amal vardır.
Bu proqrama uşaq düşərgələrinin təşkili, anonim telefon xidmətinin təşkili və.s.daxildir. İlk dəfə Azərbaycanda gənclərlə əlaqədar olaraq beşillik dövlət proqramı qəbul olunmuş və proqramın maliyyə mənbəyi təmin olunur. Yəni bu il üçün dövlət büdcəsindən sırf gənclərlə bağlı ayrılan xərclər 5 dəfə artıtılmışdır. Tədbirlərə, gənclər evinin tikintisinə, uşaq düşərgələrinin tikintisinə və.s. Dövlət büdcəsinin imkanları artıqca, bu sahələrə də dövlət xüsusi önəm verir. Gənclərdə bunu görür. Müqayisə üçün keçmiş Sovet məkanına baxsaq kifayətdir. Biz də bu sahədə xüsusi nazirlik fəaliyyət göstərir.
İrfan: Bütün bunlar Nazirlik kimi sizin və əməkdaşlıq etdiyiniz təşkilatlarla birgə fəaliyətinizdir.Bir də Azərbaycan gəncliyi üçün bəzi təhlükələr vardır. Narkomaniya əxlaqsızlıq və.s kimi. Bunların ortadan qaldırılması istiqamətində bu gün QHT-lərin fəaliyyətlərini necə qiymətləndirirsiniz?
İntiqam Babayev: Mən sadaladığım məsələlərdə naliyyətləri qeyd etdim. Sözsüz ki, bunlarla yanaşı, problemlərimiz də var. Hər bir dövlətdə olduğu kimi bizdədə narkamanlıq, QİÇS (AİDS) kimi və.s mənfi hallar vardır. Təəssüf ki, narkomanlar ildən-ilə gəncləşir və artır. Biz nazirlik olaraq digər əlaqədar nazirliklər və gənclər təşkilatlarıyla birgə vargücümüzlə çalışırıq ki, tədbirlərlə, layihələrlə bu mənfi halların qarşısını ala bilək. Bunu kökündən ləğv etmək mümkün deyil və dünyada belə bir dövlət də yoxdur. Neyləmək mümkündür? Bu halların qarşısını müəyyən mənada almaq olar.
Təəssüf ki, bu gün internet portallarında, video filimlərdə bizim mənəviyyatmıza, əxlaqımıza zidd materiallar yayınlanır. Bun da inteqrasiyanın mənfi nəticələrindəndir. Bir qisim gənclərimiz də bu bizə yad həyat tərzini görür -Pisxoloji cəhətdən formalaşmamış şəxsiyyətlər bunun təsirinə tez düşə bilirlər. Biz də bunlarla əlaqədar proqramlar da hazırlayırıq, tədbirlərdə həyata keçirirk, bu istiqamətdə gənclər təşkilatlarının layihələrinədə dəstək veririk. Azərbaycanda bu gün bir çox beynəlxalq səviyyəli təşkilatlar var ki, bu iş də bizə köməklik göstərirlər. Xüsusiylə mən bu işdə Gəncliyə Yardım Fondunun adını xüsusiylə vurğulamaq istəyirəm. Azərbaycanda özünəməxsus yeri və əhəmiyyəti olan bu fond, gəncliyimizin təhsil məsələlərində, milli-mənəvi dəyərlərə sahib çıxmaq baxımından böyük işlər görmüşdür. Mən istərdim ki, GYF-nin bu istiqamətdəki fəaliyyətləri digər təşkilatlar üçün də nümunə olsun.
Hesab edirəm ki, bəşəri bəla olan narkomaniya QIÇS və.s-dən qorunmanın yolu yalnız milli-mənəvi dəyərlərə sadiqliklə mümkün olacaqdır. Bizim 2006-cı ildən maliyyə imkanlarımız artdıqda , fikrimiz və layihələrmiz var ki, KİV -də xüsusi proqramlar həyata keçirək, milli-mənəvi dəyərlərimizi və mədəni irsimizi gənclərmizə təbliğ edək. Bu sahədə bu gün Azərbaycanda böyük işlər görülmüşdür. Hərbi-Vətənpərvərlik yarışları keçirir; "Şahin-Cəsurlar" hər il keçirilir və bu hərbi idman oyunlarında hər il 200-ə yaxın məktəbli gənclər iştirak edir. Bu Şahinlər bir il sonra əsgər olacaqlar. Onlarda hərbi xidmətə həvəs oyadılmasına və hərbi sursatla yaxından tanışlığa xidmət edir.
Digər tərəfdən müxtəlif elmi konfranslar və dəyirmi masalar təşkil edilir. Tarixmizin müxtəlif məqamlarıyla bağlı olaraq, müxtəlif tədbirlər keçirilir beləlikdə gənclərdə milli ruhu formalaşdörmağa çalışırıq.
İrfan: Yeri gəlmişkən ümummilli bəlamız olan Qarabağ məsələsinin həllində gənclərin rolunu necə görürsünüz?
İntiqam Babayev: Adətən jurnalistlər mənə "sizcə gəncləri narahat edən problem nədir?" - deyə soruşurlar. Sözsüz ki, problemlər çoxdur qeyd etdim ki, dövlətimiz də bu problemlərin həlli üçün müxtəlif tədbirlər görmüşdür. Məncə bütün problemlərlə müqayisədə Azərbaycan gəncliyi üçün ən əsas və qabarıq problem məhz Qarabağ problemidir, məhz ərazi bütövlüymüzün bərpasıdır. Gənclərimiz üçün bu problem bütün problemlərin fövqündə durur.
Bu gün, təməlləri mərhum ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən bir siyasət var. Bu sülh yolu ilə torpaqlarmızn azad olunması siyasətidir. Çünki, hərbi münaqişə itki müəyyən mənada gəncliyin şəhid olmağı ilə nəticələnəcək.
Biz ermənlərdən həm iqtisadi qüdrətcə, həm insani resuslar baxımından çox-çox güclüyük. Hər hansı hərbi konfiliktdə Ermənistan məğlubiyyətə məhkumdur. Ölkə başçısı da qan tökülməsinin tərafdarı deyil. Amma sözsüz ki, hər danışıqların, diplomatiyanın bir limiti var. Bu limit bitəndə meydana güc çıxar, hərb çıxar. Bu zaman Azərbaycan gənci hazır olmalıdır. Gənclər təşkilatlarının bu günki vəzifələrindən də biri hər hansı bir səviyyədə erməni təşkilatlarıyla münasibətlərin qurulmamasıdır, heç bir əməkdaşlığı olmamasıdır. Vətənini sevən gənclər təşkilatları heç bir halda ermənilərlə birgə hər hansı bir layihədə iştirak edə bilməzlər.
Əgər yadınızdadırsa keçən il işğalçı rejim Qarabağda Dünya Formu keçirdi. Azərbaycanlı gəncləri də oraya dəvət etdilər.O vaxt Gənclər İdman və Turizim Nazirliyində bəyanatı oldu ki, biz qəti etirazmızı bildiririk; iştirak etməktdən söz belə getməməlidir.Gənclər təşkilatlarınada bildirdik ki, bu layihədə kim iştirak edəcəksə, dövlətlə hər hansı münasibəti unutsun.Bizim mövqeyimiz sərtdir; ermənlərin təşkil etdiyi heç bir tədbirə qatılmamalı və ölkədə keçirilən heç bir tədbirə onları dəvət etməməli.
Biz nə vaxt ali baş komandan əmək verəcək və əldə silah döyüşə hazır olmalıyıq.Və haqqımızı əldə etməliyik.Bu ruh gənclərmizin bütün təbəqəsində vardır.
Bununla belə gənclərimiz Qarabağ məsələsini beten denyaya çatdırmalıdırlar. Ermənlər bunu yüz illərlə həyata keçiriblər və bunun şəbəkəsini qurublar. Bu gün biz qısa bir müddətdə bu şəbəkəni dağıtmalıyıq. Ümumilli liderimiz əgər xatırlayırsınızsa özü gedirdi, xəritəni asırdı, və hər kəsə özü başa salırdı ki, Qarabağ harda yarləşir, kimin torpağldır.Çünki o vaxt nəinki qarabağı, hətta Azərbaycan haqqında yetərli məlumat yox idi. Hətta elə ki, Post sovet ölkələrində belə Qarabağ problemi haqqında ermənilər yalnlş təsəvvür yaratmışdılar. Qazaxstanlı senatorla mən Moskvada beynəlxalq bir tədbirdə iştirak edəndə o, çox "maraqlı" bir sual soruşmuşdu: "Ermənilərlə aranızda Qarabağ kəndindən ötrü yaranmış konfilikti niyə həll edə bilmirsiniz?"- Informasiyaya baxın, siyasət adamı, parlamentin üzvü Qarabağı hər hansı kiçik bir kənd kimi bilirdi. Biz texnologiyanın bütün imkanlarından istifadə edərək təbliğatımızı gücləndirməliyik. Unutmamalıyıq ki, XXI əsr zəka mübarizəsi əsridir.
İrfan: Yeri gəlmişkən diasporada gənclərimizin təmsil olunması necədir?
İntiqam Babayev: Bilirsiniz ki, xaricdə çoxlu azərbaycanlı yaşayır. Bunların içərisində hətta elə gənclər var ki, xaricdə doğulub-böyüblər və bu mənada diasporanın içindədirlər. Dövlət proqramına görə gələn il Azərbaycanda Ümumdünya Azərbaycan Gənclərinin kongresi keçiriləcək. Burda məqsəd Dünya Azərbaycan gənclərinin birliyinə nail olmaqdır. Onların bura gəlmələrinə, Azərbaycan reallıqlarını görüb, təşkilatlanıb və bütün bunları təbliğ etmələrinə nail olmaqdır.
İrfan: Bilirik ki, Azərbaycan İdmanı inkişaf edir və gənclərimiz ölkəmizin şərəfini laiqincə təmsil edirlər. milli ruhda gənclərin tərbiyə olunması bu sahədə inkişafa daha necə təsir edəcəkdir?
İntiqam Babayev: Bizim üçün sağlam həyat, fiziki hazırlıq dövlətçiliyin tərkib hissəsidir. Sağlam olmayan xalq heç nəyə qadir deyildir. Bu gün biz ölkədə narkotik satanları, əxlaqsızlığı təbliğ edənləri ermənilərlə eyni sırada görürük. Çünki belələri bizi içimizdən məhv edir.
İdmanın inkişaf etməsi, Olimpiya hərəkatının vüsət tapması məhz o sağlam xalqı formalaşdırmağa söykənir. Həm də ölkəmizin tanınmasına, dünya dövətləri tərəfindən bilinməsinə xidmət edir. Bu gün bizim xeyli dünya və olimpiya çempiyonlarımız var. Yarışlarda bunların şərəfinə bayrağımız dalğalanır və himnimiz səslənir.
Bunlar eyni zamanda gənclərimiz üçün örnəkdir. Bir çox tədbirlərə onları da aparırıq və gənclərimizə başa salırlar ki, əğər sən həqiqətən də Azərbaycana xidmət etmək istəyirsənsə, vətənpərvərliyi əmələ tökmək istəyirsənsə mənim kimi çalışmalısan, Azərbaycan bayrağını qaldırmalısan və əzab-əziyyətlərə, çətinliklərə, sinə gərməlisən.
Yeri gəlmişkən xeyli məktəblimiz ölkəmizi beynəlxalq bilik olimpiyadalarında təmsil edib, medallar qazanmışlar. Bunda Türk litseylərinin böyük payı var. Bunlar müxtəlif fənnlər üzərə 150-dən artıq qızıl, gümüş və bürünc medallar götürüblər. Fikrimcə ən gözəl təbliğat budur.
İrfan: Müəyyən sosial problemləri və qayğıları olan, Qarabağ kimi ümümmilli bəlası olan Azərbaycan gənclərinə ürək sözlərini və tövsiyyələriniz nələrdir?
İntiqam Babayev: Problemlər hər zaman var; dünən olub, bu gün var və sabah da olacaqdır. Azərbaycan gənci bütün bu problemlərə baxmadan hər sahədə vətəninin inkişafına xidmət etməlidir. Tələb olumur ki, əldə silahla etsin. Kimsə bizi əldə silah səngərdə qoruyur bu gün. Kimsə öz elmi ilə, biliyi ilə dünyada Azərbaycan xalqının nəyə qadir olduğunu isbat edir. Təhsildə, işlədiyi müəssisədə, və s. qayə Azərbaycana xidmət olmalıdır. Addım atmazdan əvvəl fikirləşmək lazımdır: bu addım vətənimə nə xeyir gətirəcəkdir. Gənclərimiz sosial problemlərdən ötrü əsla və heç vaxt ruhdan düşməməlidirlər.
Bizim ən böyük problemimiz Qarabağ problemidir və hesab edirəm ki, digər bütün problemlər ona nisbətdə sıfır səviyyəsində durmalıdır. Əminəm ki, hər bir vətənpərvər mənimlə razılaşar. Biz bir olub torpaqlarımızı azad etdikdən sonra dövlətimizin iqtisadi qüdrəti də artacaq. Onda bütün problemlər də öz həllini tapacaq. Əsas odur ki, Azərbaycan gənci fəxr etməlidir ki, o, azərbaycanlıdır, Azərbaycan vətəndaşıdır. Əgər bu ruh onda yoxdursa, o gəncdən heç kimə bir fayda yoxdur. O bilməlidir ki, Azərbaycan xəritə üzərində kiçik görünsə də, zəngin mədəni və tarixi irsə malik böyük bir xalqın vətənidir.
İrfan: Hörmətli İntiqam müəllim vaxt ayırıb suallarımızı cavablandırdığnız üçün çox təşəkkür edirik.
İntiqam Babayev: Mən də sizə təşəkkür edirəm və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
ŞƏRHLƏR