Su Damcısı

Su Damcısı

Bilirəm ki, su və su damcısı haqqında indiyə qədər çox şeylər danışılmışdır. Bundan sonra da danışılacaqdır. Çünki bu eşqdir. Su damcısı rəhmətin, gözəlliyin, bərəkətin simvoludur.

 O hər hali ilə gözəl və cəlb edicidir. Su damcısı hər yerdə dayana bilər, ancaq ona ən yaxşı yaraşan yer gül gönçəsinin üstüdür. Bu vaxt onun adı şəbnəm olur.

Su damcısı tək tərəfli deyil çox tərəflidir. O hər tərəftən görür və görülür. Sən ona baxınca onda olarsan, o da səndə olar. Gözlər də gözəlliyini su damcısından almıştır.

Su damcısı sərt yerə damcıladığı vaxt öncə dağılır. Amma sonra ard-arda damcılarsa dağıdır.

Her su damcısı bir vəzifə üçün yaradılmışdır. Heç bir su damcısı düşdüyü yerden narahat olmaz. Bəzisi daşla dost olur, bəzisi torpaqla, bəzisi də yaşla, quruyla...

Suya düşən su damcısının deyəcək bir sözü vardır: "Mən özümə qayıtdım. Damcılayarkən boyum uzun olur, belə olanda özümü daha xoşbəxt hiss edirəm. Suya düşündə çıxardığım səs quşların məndən əmanət aldığı səsdir. Mən nə qədar ağıramsa o qədər də fərqli və gözəl səslərim var."

Xəlqələr, xəlqələr, xəlqələr... Elə oradayam mən. Əsas gücüm orada. Xəlqələrim böyüyərək dalğalarım olur. Sahilləri döyəcləyən dalğalarım..."

Necə ola bilər ki su damcısı bu duyğularla əmələ gələn selden özünü məsul tutsun?

Birinci cümləyə ikinci şərh: Cəmiyyətdəki pozuntudan o cəmiyyəti meydana gətirən fərdlər məsuliyyət daşıyırlar. Amma nədənsə heç bir fərd özünü bundan məsul tutmaz. Insan, əgər yıxılan bir şey varsa onu əslində biraz da mən yıxdım deyə bilməli.

"Hər hansı bir su damcısı  seldən məsul deyildir. Amma dəryalar da su damcılarından əmələ gəlir."

İkinci cümlə üçün dediyim kəlimə: Göz yaşı.

Göz yaşı özünü tamamlamış, olmuş və dolmuş bir damcıdır. O, yağışla dostdur. Çünki ikisi də özünü tamamlamışdır.

Göz yaşı qədər özünü tamamlamış bir damcı tanımıram. Bəzi  vaxtlar göz yaşı bir zəyiflik əlaməti olsa da əslində müdriklik və dolğunluğun ifadəsidir.

Tamamlanmış insanların axıtdığı göz yaşı düşdüğü yeri yandırar. Yağış isə bu göz yaşının düşdüyü yerdən yayılan hərarətə dözə bilməz, tamamlanar və damcılar. Onun adı məhz rəhmət olar.

İkinci cümləyə ikinci şərh: Səbəblər tamamlanmadan nəticə hasil olmaz. Yarımçıq doğulan  uşaqların yaşama şansı azdır. Kal meyvə qarın ağrıdar. Yarımçıq molla dindən, yarımçıq həkim candan edər.

"Hər hansı bir su damcısı tamamlanmadan damcılamaz."

HƏYATIN MƏNASI

Qədim zamanlarda bir şəxs həyatın mənası haqqında dərin-dərin fikirləşməyə başlamış. Tapdığı cavablar onu qane etmədiyi üçün bunu başqalarına da soruşmuş. Aldığı cavablar da ona kifayət etməmiş. Amma demiş ki, bunun mütləq bir cavabı vardır. Beləliklə qərar vermiş ki, bu sualı hamıya verəcək. Kənd-kənd, qəsəbə-qəsəbə, ölkə-ölkə gəzmiş və təbii ki vaxt da ötüb keçmişdir. Bütün ümidlərini itirdiyi vaxt bir kəndin insanları ona, qarşı tərəfdəki dağlarda, yaşlı bir müdrik şəxsin yaşadığını demişlər. Əgər istəyirsənsə get onun yanına, o sənə axtardığın cavabı verər. Çox çətinlik də olsa o müdrik şəxsin yaşadığı evə çatır.

O şəxs qapıdan içəri girmiş və həyatın mənasının nə olduğunu soruşmuş.  Müdrik qoca ona, "sənə bunun cavabını deyəcəyəm, amma əvvəlcə bir imtahandan geçmən lazımdır." demiş...

O şəxs bunu qəbul etmiş. Müdrik qoca bir çay qaşığını adamın əlinə vermiş və içinə də zeytun yağı doldurmuş. İndi çıx və bağı bir dəfə dolan sonra gəl... Ancaq diqqət et qaşıqdakı zeytun yağı azalmasın, əgər bir damcı azalsa uduzacaqsan...

O şəxs gözü çay qaşığında baxçanı gəzib gəlmiş. Müdrik qoca ona baxıb, bəli qaşıqda yağ  azalmamış, yaxşı bəs bağ necə idi? demiş.

O şəxs çaşmış və belə demiş... Amma, mən qaşıqdan başqa heç bir yerə baxmadım ki...

Müdrik qoca, yaxşı, bu dəfə təkrar bağı gəz ama qaşıq yenə əlində olacaq, bağa bax gəl demiş.

O şəxs təkrar bağa çıxıb gəzəndə,  gördüyü gözəlliklər onu valeh etmiş. Çünki bağ möhtəşəm bir bağ imiş...

Geri qayıdana müdrik qoca, o şəxsə bağ necə idi deyə soruşdu.

O şəxs gördüyü gözəlliklərin onu ofsunladığını demiş.

Müdrik qoca gülümsəyərək: Amma qaşıqda heç yağ qalmadığını  demiş və əlavə etmiş:

"Həyat sənin baxışınla məna qazanır. Sən ya bir nöqtəni görərsən, həyatın mənası fərqində olmadan axıb gedər. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan, amma axıb gedən zamanın məna qazanar. Həyatının manası sənin baxışlarında gizlənib..."

Xalq hekayəsi

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz