Şəhidlər Məscidi
Məscid, İslam memarlığının abidəsi və müsəlman şəhərinin ən möhtəşəm zinəti sayılır. Elə buna görədir ki, Hz. Peyğəmbər (s.ə.s.) Məkkədən Mədinəyə hicrət etdiyi vaxt, şanlı şəhər Mədinədə gördüyü ilk ilk işlərdən biri də belə tarixi məscid inşa etdirmək olmuşdur.
Mədinədəki müqəddəs Məscid-i Nəbəvi belə tarixi şəraitdə tikilmişdir. Bundan sonra Hz. Peyğəmbərin səhabələri və onların izindən gedənlər bunu bir ənənə halına gətirmişlər. İslamın geniş ərazilərə yayılması ilə birlikdə məscidlərin-Allah evlərinin də tikintisi vüsət almışdır. Hətta İslam memarlığının əsas və xüsusi sahəsi kimi məscid tikintisi çox-çox inkişaf etmiş və bu sahədə olduğu kimi şəhərin də vazkeçilməz zinəti olmuşdur.
Azərbaycan ərazisində bu gün qalıqları bizə çatmış və ya çatmamış çox sayıda məscidlər tarixən inşa olunmuş və bunların çoxusu Azərbaycan tarixinin daş yaddaşı kimi özündə neçə-neçə sirləri qoruyur.
Biz bu yazıda heç də Azərbaycan torpaqlarında tarixən tikilən məscidlərdən bəhs etmək fikrində deyilik. Onsuz da tarixi məscidlərimiz bir mədəniyyət abidəsi kimi öz dəyərini tapmışdır. Təəssüflə qeyd edək ki, düşmən tapdağı altındakı torpaqlarımızda erməni vəhşiləri tərəfindən viran qoyulmuş məscidlərimiz bundan xaricdir. Bunların müqəddəsliyi birə on artır. Elə şəhidlər xiyabanındakı məscidin də...
1994-cü ildə Türkiyə Diyanət Vəqfi tərəfindən Dağüstü Parkda, Azərbaycan istiqlalı uğrunda şirin canlarından keçərək şəhid olan vətən övladlarının əziz ruhlarına bir ərmağan kimi tikilmişdir. Məscid müasir memarlıq arnamentlərini özündə əks etdirsə də, ənənəvi Türk-İslam memarlıq üslubunda tikilmişdir. 1500 nəfərin ibadət eməsi üçün tikilmiş məscid iki mərtəbəlidir, iki böyük minarə və bir böyük qubbədən ibarət olan məscid xarici görkəm baxımından da Bakının ayrı bir gözəllik daha qatmışdır. Məscidin həyətində dəstəmaz almaq üçün tarixi arnamertdə çeşmə də vardır.
İki minarəsi dua edən əllər kimi Allaha açılmış bu məscidin içərisində minbəri və hər gün müsəlmanların namaz qılarkən yönəldiyi müqəddəs Məkkəni; qibləni göstərən mehrabı vardır. Hər gün yüzlərlə dindarın ibadət və dualar etdiyi bu məscid eyni zamanda və eyni tarixi köklərə və mədəniyyətə mənsub Türk xalqlarının dostluğunu tərənnüm etdirir. Dini bir, dili bir iki dövlət arasında mənəvi körpü vəzifəsini icra edir. Həm də tikildiyi məkan baxımından millətimizin duygularını bölüşməsini ifadə edir.
Əzan oxunur, biz də bu müqəddəs məkanda camaatla namaz qılırıq. Ulu yaradanımıza əl açırıq; Ondan bu məkanda uyuyan həm 1918-ci il soyqırımında, həm də 1990-cı il 20 yanvar günü və Qarabağ döyüşləri uğrunda həlak olmuş şəhidlərimiz üçün rəhmət diləyirik. Dövlətçiliyimizin əbədi olması, düşmən tapdağındakı torpaqlarımızın azad edilməsi üçün niyazlar edirik və belə bir günorta namazını Şuşa məscidində, Ağdam məscidində qılmağı niyyət edirik İnşaallah! Allah niyyətimizi çin eləsin.
Amin!
ŞƏRHLƏR