Milli Şüur

Milli Şüur

Müasir dövr, texnologiyanın ən sürətlə inkişaf etdiyi dövrdür. Bu texnologiya özü ilə bilrlikdə qloballaşmanı gətirmişdir. Beləliklə, dünyada həm texnologiyanın inkişafı sürətlənmiş həm də qloballaşma bütün dünyanı öz təsiri altına almışdır.

 Bü iki hadisə bizim cəmiyyətimizdə müxtəlif şəkillərdə qiymətləndirilir. Azərbaycan, texnologiyanın inkişafı sahəsində müəyyən addımlar atsa da bunlar kifayət deyildir. Bununla birlikdə əhəmiyyətli olan bizim texnologiyadan necə istifadə etməyimizdir. Və yaxud da dünyanı bürüyən qloballaşma dalğasını olduğu kimi qəbul edəcəyik, yoxsa biz öz dəyərlərimizlə ona istiqamət verəcəyik. Bu hadisələrin qarşısında əzilib yox olmamaq üçün nələrə ehtiyac var?

Azərbaycanın son illərdə qarşılaşdığı bir çox problemlərin kökündə milli şüurun zəifliyi və milli şüurun olmaması yatır. Cəmiyyətimizdə ümumiyyətlə milli şüurun nə olduğu haqqında demək olar ki, fikir mübadiləsi aparılmır. Buna görə də bu mövzunun aktuallığı cəmiyyətimiz tərəfindən bilinməlidir. Burada əsasən milli şüurun nə demək olduğuna cavab vermək lazımdır.

Milli şüur; qısaca bir millətin özünü dərk etməsi və bilməsidir. Milli şüurun istinad nöqtəsi də təfəkkürdür, düşüncədir. Bu isə millətin əsas mənəvi gücünü təşkil edir. Milli şüur bir millətin, tarixi, dili, mədəniyyəti ilə yaxından əlaqəlidir. Demək ki, milli şüura sahib olmaq üçün tariximizi, dilimizi, mədəniyyətimizi yaxşı bilməli və bizi gələcəyə aparan yolları öyrənməliyik. Beləcə deyə bilərik ki, bir millət özünü dərk edəcəyi ölçüdə gələcəyini quracaqdır.

Yuxarıda da ifadə etdiyimiz kimi özünü dərk etmək üçün tarix şüuruna malik olmalıyıq. Tariximizin səhifələri təkrar-təkrar oxunmalı, başa düşülməli və hansı məqamların bizə təkan verdiyi xüsusilə aydınlaşdırılmalıdır. Milli şüuurda bir gənc yetişdirmək istəyiriksə tariximizi mədəniyyətimizi ciddi şəkildə öyrənməliyik. Əks təqdirdə gələcəkdəki sıxıntılardan qurtulmaq çətin olacaqdır. Məhz milli şüurun olmaması  səbəbindəndir ki, dünya ilə ayaqlaşa bilmirik. Vətən anlayışının zəif olması da bunun nəticəsində ortaya çıxmışdır. Tarix şüuruna yiyələnmək, gələcəyimizi inşa edəcəyimiz ləvazimatı əldə etmək deməkdir. Gələcəyimizi necə quracağımız isə qalır bizim qabiliyyətimizə və gücümüzə. 

Öz dilini qoruyub saxlayaraq inkişaf etdirmək milli şüurun digər qismini təşkil edir. Belə ki, keşmişimizi anlamağımızın açarı dilimizdir. Dil olmadan keşmiş də olmaz. Buna görə də dilimizi mükəmməl şəkildə bilməli və gələcək nəsillərə çatdırmalıyıq. Dil, bir mənada keçmişlə gələcək arasında bir körpü rolunu oynayır.

Milli şüurun başqa bir ünsürü də fərdin milli mənsubiyyətini bilməsi və dərk etməsidir. Çünki keçmiş mirasın dəyərləndiril-məsində, xüsusilə milli mənsubiyyət əhəmiyyətli rol oynayır. Millətimizin hər bir fərdi hansı millətdən gəldiyini, soy kökünün kimlər olduğunu, millətinin tarixdəki izlərini hər tərəfli bir şəkildə öyrənməlidir. Beləcə mən kiməm? sualının cavabını tapmış olacaqdır. Gələcəyimiz olan uşaqlarımızı tərbiyə edərkən onlara dövlət, vətən, millət, din sevgisi aşılanmalıdır. Müasir dünyada sürətlə inkişaf edən ölkələrdən biri olan Yaponiyanı bu deyilənlərə buna misal göstərmək olar. Belə ki, yaponlar uşaqlarını ilk dəfə məktəbə göndərməmişdən əvvəl, onları əvvəlcə yüksək sürət qatarına mindirirlər. Sonra uşaqları sürət qatarında başları dönənə qədər gəzdirirlər.

Daha sonra İkinci Dünya müharibəsində Amerikanın atom bombası atdığı Naqasaki və Xorosimaya aparıb o yerleri uşaqlara göstərirlər. Bundan sonra uşaqlara başa salınır ki, bax, texnologiya bu qədər inkişafdadır, sən bununla ayaqlaşmalısan. Yenə onlara başa salınır ki,  sənin tarixində nələr baş verib. Ya zəif olmalı əzilməli, yada güclü olmalı ayaqlaşmalı və rəqabət aparmalısan.

Nəticə etibarı ilə milli şüura sahib olmaq bir işığa sahib olmaq deməkdir. O işıq vətənin hər yerini aydınlataraq məxfi yerlərdə gizlənmiş bütün zərərli olan hər şeyi ortaya çıxardar və onların gizli işlərinin qarşısını alar. Belə demək olar ki, insanda beyin funksiyası nə isə, millətdə də milli şüur odur. Buna görə də beynin funksiyasını yerinə yetirən milli şüurumuz.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz