Hər Bir Valideyn Bilməlidir
Ana və atalar yadınızdan çıxarmayın evladlarınız hər an böyüyür və dəyişir. O sizin evladınız olsa da sizdən fərqli bir xarakterə sahib ola bilər, ona görə onu tanımağa və başa düşməyə çalışın.
Bəzi mövzularda uşaqlarınızı sərbəst bıraxın. Onların hansı peşəni və hansı elmə maraq göstərmələrinə mane olmayın. Onlara uşaq gözü ilə baxıb hər zaman müdafiyə etməyin. Bu onları uşaq qalmağa vadar edər və hər hərəkətlərində uşaq kimi kiməsə bağlı qalarlar.
Həyatın çətin olduğunu və hər istədiklərinə nail ola bilməyəcəklərini onlara başa salın. Tez-tez onlara söz verməyin, sonra sözünüzə əməl edə bilmədiyiniz zaman etibarınızı itirərsiniz. Qərarlarınızda ciddi olun. Səhv işlərində ona qadağan qoyun və bunun bir ailə qanunu olduğunu ona başa salaraq sübut edin.
Tez-tez nəsihət verməyin bu onları bezdirə bilər. Aranızda səmimi münasibət qurub dost olmağa çalışın. Hörmət və səvgi üzərində qurulmuş münasibələr hər şəydən üstündür.
Onunla yüksək səslə danışmağa çalışmayın. Çünkü onlar bu cür nəsihət və danlamaları eşidməzlər. Həlim və ibrətli sözlərlə nəsihət verin. ''Mən sənin yaşında olanda....'' kimi cümlələlrdən istifadə etməyin.
Onları özünüzlə miqayisə etməyin. Onları olduğu kimi qəbul edib, etdikləri səhvləri normal qarşılayın. Hər bir səhvlərini başlarına vurmağa çalışmayın.
Qorxudaraq döyməyə çalışmayın. Səhvlərinə qarşılıq sən nə pis uşaqsan deməyin. Cəzadan əvvəl ona qulaq asın və səhvini düzəltməyə köməklik göstərin. Dözə bilmədiyi cəzanı ona verməyin.
Problemlərini öyrənmək üçün xüsusi vaxt ayırın. Suallarına doğru cavab verib, sual soruşma həvəsini öldürməyin.
Ona bacara biləcəyi işləri verin. Bu işində ona arxa olub, güvəndiyinizi etiraf edərək həvəsləndirməyə çalışın.
Bütün qanunları bir anda öyrətməyə çalışmayın. Ona möhlət verməyə çalışın. Haklı olmadığını gördüyünüz zaman geri addım atın ki, onu yalan danışmağa vadar etməyəsiniz.
Evladınıza qarşı haksız olduğunuzu gördüyüz zaman bunu ona sonradan etiraf etməkdən qorxmayın, çünkü onlar etiraf edənləri sevərlər.
Yemək zamanı onu danlamağa çalışmayın. Çünkü o çox acmışdır və yeməyini zəhərə çevirməyin. Süfrəni iştah açıcı bir şəkildə qurun və onun çox sevdiyi ərzaqların olmasına diqqət edin. Şirniyatı yeməyə qarşılıq bir rüşvət olaraq verməyin. Bu zaman o, yeməyin əhəməiyyətsiz olduğunu fikirləşər.
Uşaqlar öz aralarında mübahisə edərkən onlardan sadəcə birini müdafiyə etməyib və hakim olmağa çalışmayın. Bu sizin etibarınızı azaldar. Sizin məqsədiniz sadəcə onu aza endirmək olsun. İcazə verin aralarındakı problemi özləri həll etməyə çalışsınlar.
Çox əsəbləşdikləri zaman çölə çıxmalarına və tək başına qalmalarına imkan verməyin. Çöldə problem edəcəyinə və tək başına səhv qərarlar verə biləcəyinə mane olun.
Kitab oxuma həvəsini hələ uşaq yaşlarından oyandırmağa çalışın. Onun kitab oxumağa olan marağı hələ əlifbanı bilmədiyi zamandan başlayar. Baxdığı rəngli kitablar və ona oxunan nağıllar bunu formalaştırmaqdadır. Onlar 6 yaşında nə qazanmışlarsa 70 yaşında da onu xərcləməkdədirlər.
ŞƏRHLƏR