Gəncliyi Olmayan Bir Millətin Gələcəyi də Olmaz

Gəncliyi Olmayan Bir Millətin Gələcəyi də Olmaz

Hər bir millətin ən qiymətli xəzinəsi onun gəncləridir. Millətlərin gələcəyi də gənclərə bağlıdır. Günümüzdə bəzi ölkələr gənc nəslin mütamadi şəkildə azalmasından narahatçılıq hissi keçirirlər.

 Çünki gənc nəsil kifayət qədər olmayınca xaricdən mütəxəssis gətirmək məcburiyyətində qalırlar. Beləliklə gəncliyi  olmayan bir millətin gələcəyi də olmaz. Amma gənc kütləyə malik olmağın mənfi və müsbət tərəfləri də vardır. Yaxşı yetişdirilən, gələcəyə lazım olduğu kimi hazırlanan, bacarıqlı və məsuliyyətli halda yetişən gənclik təbii ki, xəzinədir və ölkəsinə, millətinə xəzinələrin qapısını açar. Bunun əksi olduğu vaxt gənc xəzinə olmaz və öz ölkəsinin xəzinəsini də bitirər.

Müasir dövrdə dünyadaki əsas problemlərdən biri də gənclərin düşdüyü mənfi hallardır. Hər hansı bər məsələnin problem olması, mənfi halların müsbət hallardan çox olması deməkdir. Gənclik bu vəziyyətlə qarşı-qarşıyadır. Gənclərin problemlərinin səbəbləri və həlli yolları üçün müxtəlif fikirlər səsləndirilir. Biz də öz fikirlərimizi xülasə halında verəcəyik.

1. Müasir dövrdən irəli gələn məsələlər.

Hər dövrün özünəməxsus xüsusiyyətləri vardır. Dövrümüzün ən böyük xüsusiyyəti "elm əsri" olmasıdır. Çünki bu gün elm, internet, fax və s. vasitələrlə çox sürətli bir şəkildə inkişaf edir. Doğru və faydalı biliklə birlikdə mənasız və faydasız biliklər də yayılır. Gənclərin sürətlə uyğunlaşdığı bu bilik qaynaqları vaxtaşırı onları səhv istiqamətdə və istənilməyən yönlərə aparır. Məsələn televiziya kanallarında verilən bir çox programlar lüks həyatı, kəsə yoldan varlı olmağı və sərhəddi olmayan azadlığı təbliğ edirlər, bu, xüsusilə kifayət qədər təhsil almamış gənclər üzərində mənəvi və psixoloji cəhətdən ciddi problemlər meydana gətirir.

İnkişaf etmiş texnologiya və onun meydana gətirdiyi beyənləri məcbur edən imkanlar təəssüf ki məsuliyyətli şəxslər tərəfindən istiqamətləndirilmədiyindən gözlənilən nəticəni vermir. Çox təəssüflə qeyd etməliyəm ki, bu inkişafın gənclərimizə qoyduğu irs, internet salonlarında beyni işlətmədən boş vaxt keçirmək, intim arzulara aludə olmaq, narkomaniyaya vərdiş etmək və əxlaqsız əlaqələri normal qəbul etmə hallarıdır.

2. Dövlətlərin özünəməxsus xüsusiyyətlərindən irəli gələn məsələlər.

Hər dövlətin xüsusi keyfiyyəti vardır. Bununla birlikdə bir də bütün dövlətlərin gənclərlə əlaqəli yaşadığı ortaq problemler də vardır. Dövlətlərin sağlam, faydalı və gələcəyi əmanət edəcəkləri gəncləri yetişdirmek, istiqamətləndirmək üçün özəl siyasətlərinin olması lazımdır. Gənclərinə əhəmiyyət verməyən və onu yaxşı hazırlamayan bir dövlət gələcəyinə ümüdlə baxa bilməz.

Dövlətlərin gənclər haqqında atacaqları ən yaxşı addımlar onlara qabiliyətlərinə görə təhsil vermək və təhsil aldıqları sahələrə görə işlə təmin etməkdir. Əks halda beyin köçü deyilən sosial və mədəni problemlə qarşılaşılır. Yəni imkanı olan ölkələr qabiliyyətli beyinləri əldə edərək təlim və tərbiyə verər və öz mənfəətləri istiqamətində istifadə edərlər. Bundan da əlavə, işsiz qalan gənclərin qanunsuz iş görmələri də asanlıqla artar.

3. Ailədən irəli gələn məsələlər.

İnsanın şəxsiyyəti cəmiyyətin əsasını təşkil edən ailədə formalaşır. Bu gün adətə bağlı, avtoritar ve güclü ailə tipləri yerini daha liberal bir ailəyə buraxmışdır. İnkişaf edən həyat şərtləri insanları buna məcbur edir. Hələ qədim ailə sistemini davam etdirmək istəyən və bundan əl çəkməyənlərlə onların uşaqları arasında nəsil münaqişəsi yaşanır. Ailə birliyinin rəisi olan ata və ana hər şeyin öz istəkləri və dünya görüşləri istiqamətində olmasını istəyir, uşaqlar və gənclər də öz dünyalarını qurmaq istəyirlər. Bunun nəticəsində geyim, əyləncə, istirahət kimi bir çox sahədə gənclərlə ailələr arasında müxtəlif fikirlər ortaya çıxır.

Problemin həlli yolları

Gəncləri bu problemlərdən qurtarmaq üçün möhkəm iman, gözəl əxhlaq, milli və mənəvi dəyərlərə malik təkliflər təqdim edilə bilər. Bizim təqdim etdiyimiz təkliflər isə qısa olaraq belədir:

1. Fitrəti qoruma və ya fitrətə qayıdış

Allah-təala insanı fətrət üzrə yaradmışdır. Fitrət tərtəmiz bir bəyaz kağıza bənzəyir. Buna görə insan məxluqatın ən qiymətlisidir. Bununla əlaqədar ayələrdən birində Allah-təala belə buyurur:

(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf  tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman - təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar).

Bu ayə, fitrətin təmiz qalması və pozulmamasının Allaha və doğru dinə təslimiyyətə bağlı olduğunu ortaya qoyur. Dinin əsas hədəflərindən biri də fitrətdir. Ümumiyyətlə İslam alimləri dinin hökmləri ilə insan ağlını, canını, malını, dinini və nəslini qorumağı qarşılarına məqsəd qoyduqlarını bildirirlər. Buradaki "fitrət" kəliməsi, insanın doğru ilə yanlışı birbirindən ayırmaq qabiliyyətidir. Beləcə insan bu qabiliyyətlə Allahın varlığını və birliyini qavrayır.

Hz. Peyğəmbər də "Hər uşaq İslam fitrəti üzrə doğular" deyərək bu həqiqətə işarə edir. Buna görə gəncliyin Allahın yaratdığı təmiz fitrətini qorumaq üçün lazım olan hər şey yerinə yetirilməlidir. Hər hansı bir şəkildə pozulan fitrətlər olarsa onların da əslinə qaytarılması üçün çalışmaq lazımdır. Bu gün yanlış yollara düşmüş gənclər fitrətlərinə tərs davranırlar. Bunların yaxşı yola dəvət edilməsi üçün dövlət, fərd, ailə, dost və təhsil planında nə lazımdırsa o da edilməlidir.

2. Gənclərin qayğısına qalmaq və onlarla səmimi münasibət qurmaq.

Hz. Peyğəmbər şəxsən gənclərə diqqətlə yanaşmış və onlara qayğı göstərmişdir. Onun təbliğatını qəbul edən və davam etdirən insnaların əhəmiyyətli bir hissəsini gənclər meydana gətirir. Bu önəmli şəxslər gənc yaşlarında İslamı qəbul edərək əllərindən gələn fədakarlığı göstərmişlər. Məsələn Hz. Əli 10 yaşında, Zeyd bin Harisə 15 yaşında, Abdullah bin Məsud 16 yaşında, Ərkam ve Səd bin Əbi Vəqqas 17 yaşında İslamı qəbul etmişdilər. Bu səhabələr İslamın başqa ölkələrdə yayılmasında xüsusi rol oynamışdılar.

Bu gənclərdən biri olan Musab bin Ümeyr I. Əqəbə beyətindən sonra  Mədinəyə müəllim təyin edilmiş və çox sayıda insanın müsəlman olmasına və İslamı öyrənməsinə çalışmışdılar. Bununla birlikdə Peyğəmbərin hicrəti üçün lazımi şəraitin yaradılmasına kömək etmişdilər.

Gənəclərə çox önəm verən və İslamın gələcəyini onlarda görən Hz. Peyğəmbər bəzi gəncləri xarici dil öyrənməyə təşviq etmişdir. Bunlardan biri olan Ceyd bin Sabit Ibranicə və Süryanicə öyrənmiş və Hz. Peyğəmbərin xarici hökmdarlarla yazışmalarını o aparmışdır.

Yenə Hz. Peyğəmbər 26-27 yaşında bir gənc olan Muaz bin Cəbəli Yəmənə vali kimi göndərmişdir. Vəhy katibliyi və ordu komandanlığı kimi önəmli vəzifələrə ümumiyyətlə gənclər təyin edilmiştir.

Peyğəmbərimiz hələ iyirmi yaşında bir gənc olduğu vaxt  cəmiyyətdə insan haqlarını müdafiə və ədaləti təmin etmə vəzifəsini ifa edən Hilful-fudul cəmiyyətinə üzv olmuş və burada aktif fəaliyyət göstərmişdir.

Hər şeydən əhəmiyyətli olanı Hz. Peyğəmbər 25 yaşında bir yeniyetmə olduğu vaxt insanların inamını qazanaraq "əl-Əmin" vəsfini adını almış və peyğəmbər olmadan öncə də bütün gənclərə nümunə olmuşdur. Peyğəmbər olduqdan sonra da hər bir sahədə nümunə bir insan və aləmlərə rəhmət olmuşdur. Auran "Allaha və axirət gününə inanlar üçün Allah rəsulunda gözəl xislətlər vardır…" buyuraraq onun bu xüsusiyyətinə işarə edir.

Hz. Peyğəmbər gəncliyin ən həyati və ən məhrəm problemlərilə də maraqlanmışdır. Məsələn evlilik mövzusunun əhəmiyyətinə işarə etmiş və gücü çatan gənclərin evlənməsini, gücü çatmayanların oruc tutmasını tövsiyə etmişdir. Bununla birlikdə gənclərin dindarlığını kifayət qədər görməyib müvazinətli bir dindarlıq anlayışı qazanması üçün də lüzumlu xəbərdarlığı etmişdir. Məsələn dindarlıq adına davamlı oruc tutmağı, gecələri həmişə nafilə namaz qılmağı və qadınlarla evlənməməyi vərdiş halına gətirən üç gənc səhabəyə iradını bildirmişdir. Onlara nəfislərinin, bədənlərinin və ailələrinin üzərlərində haqqı olduğunu xatırladmış və bunun doğru bir dindarlıq olmadığını demişdir.

3. Gəncləri mənfi adətlərdən, ətraf mühitdən və münasib olmayan dostlardan qorumaq.

Gənclərin ən böyük problemlərindən biri də pis vərdişlərdir. Pis vərdişlərin ən önəmli qaynağı pis ətraf və münasib olmayan dostlardır. Quran bəzi ayələrində qiyamət günündə pis dostun peşmançılıq səbəbi olacağını ifadə etmiş, bunun için də yaxşılarla birlikdə olmamızı əmr etmişdir. Bununla əlaqədar ayələrdən biri belədir:

"O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol turardım; Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim; And olsun ki, Auran mənə gəldikdən sonra məni ondan (Aurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər). (Fürqan, 25/27-29).

Ayədə göstərilir ki, dost seçimi insanın ən ciddi seçimlərindən biridir. Beləliklə dostlar və dostluqlar sadəcə dünyaya aid, keçici mənfəətlər üçün olmamalıdır. İnsan dostunu axirətdə də göz aydınlığı verə biləcək şəkildə seçməlidir.

Hz. Peyğəmbər də bu xüsusa diqqət çəkmiş və belə buyurmuşdur: "İnsan dostunun dini üzrədir. Sizdən hər biriniz dostluq ettiyi şəxsə baxsın", "Allah qatında dostların xeyirlisi dostlara qarşı xeyirli olandır".

Bu hal özünü atalar sözlərində: "Atı atın yanına bağlarsan, həmrəng olmasa da, həmxasiyyət olar" açıq şəkildə göstərir.

Hz. Peyğəmbər başqa bir hədisi şərifdə yaxşı və pis dost arasında belə bir müqayisə aparır:

"Yaxşı və pis dostun halı, gözəl qoxu satanla körükçünün halına bənzər: Müşki-ənbər  satan, ya sənə gözəl qoxusundan bir miqdar verər ya da sən ondan alarsan ya da (hiç olmasa onunla birlikdə olduğun müddət ərzində) gözəl qoxu qoxlamış olarsan. Körükçü isə, ya paltarını yandırar, ya da (ən azından) körüyün pis iyindən  narahat olarsan." (Müslüm, Birr, 146)

Hz. Peyğəmbər qocalıq gəlməmişdən gəncliyin qiymətinin bilinməsini istəmişdir. Çünki gənclik çağı yaxşı qiymətləndirməzsə irəlidə qarşısıalınmaz durumlarla üzləşə bilər. Peşəyə, oxumağa və hər cür yaxşı şeyə insan gəncliyində vərdiş edir. Pis vərdişlərin arxasından getmək gəncliyin çətinliyini daha da artırar.

 

ki0�)a�x�� �asibətlərin qurulmamasıdır, heç bir əməkdaşlığı olmamasıdır. Vətənini sevən gənclər təşkilatları heç bir halda ermənilərlə birgə hər hansı bir layihədə iştirak edə bilməzlər.

 

 

Əgər yadınızdadırsa keçən il işğalçı rejim Qarabağda Dünya Formu keçirdi. Azərbaycanlı gəncləri də oraya dəvət etdilər.O vaxt Gənclər İdman və Turizim Nazirliyində bəyanatı oldu ki, biz qəti etirazmızı bildiririk; iştirak etməktdən söz belə getməməlidir.Gənclər təşkilatlarınada bildirdik ki, bu layihədə kim iştirak edəcəksə, dövlətlə hər hansı münasibəti unutsun.Bizim mövqeyimiz sərtdir; ermənlərin təşkil etdiyi heç bir tədbirə qatılmamalı və ölkədə keçirilən heç bir tədbirə onları dəvət etməməli.

Biz nə vaxt ali baş komandan əmək verəcək və əldə silah döyüşə hazır olmalıyıq.Və haqqımızı əldə etməliyik.Bu ruh gənclərmizin bütün təbəqəsində vardır.

Bununla belə gənclərimiz Qarabağ məsələsini beten denyaya çatdırmalıdırlar. Ermənlər bunu yüz illərlə həyata keçiriblər və bunun şəbəkəsini qurublar. Bu gün biz qısa  bir müddətdə  bu şəbəkəni dağıtmalıyıq. Ümumilli liderimiz əgər xatırlayırsınızsa özü gedirdi, xəritəni asırdı, və hər kəsə özü başa salırdı ki, Qarabağ harda yarləşir, kimin torpağldır.Çünki o vaxt nəinki qarabağı, hətta Azərbaycan haqqında yetərli məlumat yox idi. Hətta elə ki, Post sovet ölkələrində belə Qarabağ problemi haqqında ermənilər yalnlş təsəvvür yaratmışdılar. Qazaxstanlı senatorla mən Moskvada beynəlxalq bir tədbirdə iştirak edəndə o, çox "maraqlı" bir sual soruşmuşdu: "Ermənilərlə aranızda Qarabağ kəndindən ötrü yaranmış konfilikti niyə həll edə bilmirsiniz?"- Informasiyaya baxın, siyasət adamı, parlamentin üzvü Qarabağı hər hansı kiçik bir kənd kimi bilirdi. Biz texnologiyanın bütün imkanlarından istifadə edərək təbliğatımızı gücləndirməliyik. Unutmamalıyıq ki, XXI əsr zəka mübarizəsi əsridir.

İrfan: Yeri gəlmişkən diasporada gənclərimizin təmsil olunması necədir?

İntiqam Babayev: Bilirsiniz ki, xaricdə çoxlu azərbaycanlı yaşayır. Bunların içərisində hətta elə gənclər var ki, xaricdə doğulub-böyüblər və bu mənada diasporanın içindədirlər. Dövlət proqramına görə gələn il Azərbaycanda Ümumdünya Azərbaycan Gənclərinin kongresi keçiriləcək. Burda məqsəd Dünya Azərbaycan gənclərinin birliyinə nail olmaqdır. Onların bura gəlmələrinə, Azərbaycan reallıqlarını görüb, təşkilatlanıb və bütün bunları təbliğ etmələrinə nail olmaqdır.

İrfan: Bilirik ki, Azərbaycan İdmanı inkişaf edir və gənclərimiz ölkəmizin şərəfini laiqincə təmsil edirlər. milli ruhda gənclərin tərbiyə olunması bu sahədə inkişafa daha necə təsir edəcəkdir?

İntiqam Babayev: Bizim üçün sağlam həyat, fiziki hazırlıq dövlətçiliyin tərkib hissəsidir. Sağlam olmayan xalq heç nəyə qadir deyildir. Bu gün biz ölkədə narkotik satanları, əxlaqsızlığı təbliğ edənləri ermənilərlə eyni sırada görürük. Çünki belələri bizi içimizdən məhv edir.

İdmanın inkişaf etməsi, Olimpiya hərəkatının vüsət tapması məhz o sağlam xalqı formalaşdırmağa söykənir. Həm də ölkəmizin tanınmasına, dünya dövətləri tərəfindən bilinməsinə xidmət edir. Bu gün bizim xeyli dünya və olimpiya çempiyonlarımız var. Yarışlarda bunların şərəfinə bayrağımız dalğalanır və himnimiz səslənir.

Bunlar eyni zamanda gənclərimiz üçün örnəkdir. Bir çox tədbirlərə onları da aparırıq və gənclərimizə başa salırlar ki, əğər sən həqiqətən də Azərbaycana xidmət etmək istəyirsənsə, vətənpərvərliyi əmələ tökmək istəyirsənsə mənim kimi çalışmalısan, Azərbaycan bayrağını qaldırmalısan və əzab-əziyyətlərə, çətinliklərə, sinə gərməlisən.

Yeri gəlmişkən xeyli məktəblimiz ölkəmizi beynəlxalq bilik olimpiyadalarında təmsil edib, medallar qazanmışlar. Bunda Türk litseylərinin böyük payı var. Bunlar müxtəlif fənnlər üzərə 150-dən artıq qızıl, gümüş və bürünc medallar götürüblər. Fikrimcə ən gözəl təbliğat budur.

İrfan: Müəyyən sosial problemləri və qayğıları olan, Qarabağ kimi ümümmilli bəlası olan  Azərbaycan gənclərinə ürək sözlərini və tövsiyyələriniz nələrdir?

İntiqam Babayev: Problemlər hər zaman var; dünən olub, bu gün var və sabah da olacaqdır. Azərbaycan gənci bütün bu problemlərə baxmadan hər sahədə vətəninin inkişafına xidmət etməlidir. Tələb olumur ki, əldə silahla etsin. Kimsə bizi əldə silah səngərdə qoruyur bu gün. Kimsə öz elmi ilə, biliyi ilə dünyada Azərbaycan xalqının nəyə qadir olduğunu isbat edir. Təhsildə, işlədiyi müəssisədə, və s. qayə Azərbaycana xidmət olmalıdır. Addım atmazdan əvvəl fikirləşmək lazımdır: bu addım vətənimə nə xeyir gətirəcəkdir. Gənclərimiz sosial problemlərdən ötrü əsla və heç vaxt ruhdan düşməməlidirlər.

Bizim ən böyük problemimiz Qarabağ problemidir və hesab edirəm ki, digər bütün problemlər ona nisbətdə sıfır səviyyəsində durmalıdır. Əminəm ki, hər bir vətənpərvər mənimlə razılaşar. Biz bir olub torpaqlarımızı azad etdikdən sonra dövlətimizin iqtisadi qüdrəti də artacaq. Onda bütün problemlər də öz həllini tapacaq. Əsas odur ki, Azərbaycan gənci fəxr etməlidir ki, o, azərbaycanlıdır, Azərbaycan vətəndaşıdır. Əgər bu ruh onda yoxdursa, o gəncdən heç kimə bir fayda yoxdur. O bilməlidir ki, Azərbaycan xəritə üzərində kiçik görünsə də, zəngin mədəni və tarixi irsə malik böyük bir xalqın vətənidir.

İrfan: Hörmətli İntiqam müəllim vaxt ayırıb suallarımızı cavablandırdığnız üçün çox təşəkkür edirik.

İntiqam Babayev: Mən də sizə təşəkkür edirəm və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz