Gənclik Və Yaşlılıq Duelizmi
Uzun, isti və nəmli iyul ayının son günləri, mədrəsədə yenə bir hərəkətlilik var. Müdir Aqil müəlim, tələbələrə taxta, boru, köhnə sobalar və s. kimi avadanlıqları bir mədrəsinin bu tərəfinə, bir müddət sonra o biri tərəfinə daşıtdırır.
Təbii özünün də əli cibində deyil, o da dəmir-dümürdən birini əlinə alıb, gülərək güldürərək daşıyırdı. Aqil müəllim bəstəboydu, amma bir bu qədər də yerin altında olduğu söylənilirdi. Boyu ilə mütənasib olmayan böyük bir cövhərə sahibdi. Bu cövhər hafizi-Quran olma şərəfi idi. Gənc Qəzzalidə işləyib tərləmiş və üzü-gözü tozlu halda yoldaşları ilə çeşmə başına gedəkən, ağacın altında oturmuş Aqil müəllimlə diGər müəllimlər arasındakı söhbətə qulaq müsafiri olur:
-Aqil müəllim yenə tələbələri işlətdiniz, bu dəmir-dümürü bir tərəfdən başqa tərəfə daşıtdırdınız.
-Əfəndilər bunlar gənc adamdılar. Gəncləri işlətmək, tərlətmək enerjilərini almaq lazımdır. Bunları boş bıraxmaq olmaz, yoxsa...
Bir həftəlik tətildən dönən tələbələrin gündəmində I kurs tələbəsi Hafiz İlyas var. İlayas hafizliyini mükəmməl hala gətirmək və unutmamaq üçün müəlliminə hər Gün bir cüz oxuyur. Tələbələr şənbə günü dərsdən sonra evə gedərkən hafiz İlyas da o gün cüz oxumadan, onlara qoşularaq evə yollanmışdı. Onun cüzünü oxumadan getdiyindən xəbər tutan müəllimi Salman əfəndi atına minib xeyli uzaqlaşan tələbələrə yetişmiş və İlyası tərkinə alıb mədrəsəyə gətirmiş. O günün cüzünü oxutdurduqdan sonra "hə, indi gedə bilərsən" deyir. Salman əfəndi mədrəsədə pedoqogiya dərsi verir. Dərsdə bu hadisəni nəql edərək bu sözləri deyir:
"Gənclər əsas məsələ başlamaq deyil, sona yetirməkdir. Tədrisat işində başlamaq yox, nəzarət etmək bacarıqdır. Başladılmış hər bir xeyirli işdən ötrü zəhmət çəkməsən onun bəhrəsini görə bilməzsən..."
İyulun qızmarımda mədrəsənin yaxınlığındakı bulaqdan sərinləyib gələn tələbələr dərin yuxudadılar. Qəzali yuxusunda özünü bir qatralın caynaqlarında görür. Qartal hey yüksəlir. Qazzali də qurtulmaq üçün qıvrınır, amma boş yerə. Qatralın caynaqlarında yüksəldikcə özünü, yaramaz bir uşağın çöplə oynatdığı soxulcan qurdu kimi aciz və müdafiəsiz hiss edir. Çünki qartal caynaqlarını möhkəm-möhkəm sıxır və hey yüksəlirdi. Aşağıya baxan Qəzzali qorxudan nəfəs belə ala bilmirdi. Elə bu anda bədənində partlayış baş verir və parçalanır. Qəzzali yüzlərcə parçalara ayrılmış və çilik-çilik olmuş bir şəkildə aşağı düşür.
Amma hər bir parçada Qəzzali öz varlığını kamil bir şəkildə hiss edə bilirdi. Aşağı düşən parçaları ona məsafə olaraq uzaq olasa da bir nəfəs qədər yaxın bilirdi. Minlərcə parça olaraq aşağı düşərkən başını qaldırıb yuxarı baxanda gözlərinə inanmır. Az əvvəl onu sıxıb parçalayan qartal və caynaqlarının yerində güllər var. Düşəcəyi yere baxanda da heyrətləndi. Çünki tikansız gül bağçasına düşürdü. Göz yaşlarının səssizcə yanaqdan süzülməsi kimi Qəzzali də özünün də min parçaya ayrılmış Gül olduğunu bilmədən minlərlə Gülün yarpaqlarına xəfif bir busə tək qonurdu. Son yağış damcısını daşıyan mələk də eyni parçalanma ilə yağış zərrələrini Qəzzaliyə endirirdi. Yer və göy gül idi....
Qəzzali yuxusunda özü-özünə bu sualları soruşurdu: nə oldu? Güldən gülə düşdüm, amma o əsnadakı qartal nə idi?... Bir mədrəsə tələbəsinin yuduğu paltarlarını asmağa Gedərkən yüksək səslə oxuduğu "İnnə lillahi və inna iləyhi raciun" ayələri oyanır. Əl-üznü yuyub məscidə Gedir. Məsciddə ilahi xorunun məşqi vardı. Oxuduqları ilahinin sözləri bu dəfə Qəzzaliyə daha fərqli gəlir. Sözlər belədir: gül alır, gül satarlar... Güldən tərəzi qurarlar...
Aradan aylar ötüşür... Mədrəsənin məscidi doludur. Uzaqdan Gələn mübarək bir qonaq var. Dağlar qədər müəzzəm və heybət dolu. Qəzzali də söhbəti dinləyir. Mübarək müsafir gənc Qəzzalinin gözlərinin içinə baxaraq bu sözləri deyir: "Bir millətin gələcəyini görmək kəramət deyil. Onu görmək istəyən o millətin gəncliyinə baxsın ." Səbəbini bilmir, amma gənc Qəzzali də bu baxış aylar əvvəl gördüyü yuxunu xatırladır...
Bir gün müəllimlərədn bir yazı taxtasına : " Həyat iki qaranlıq arasındakı boşluqdur. Gənçlikdə bu boşluğun ən dərin və yoğun noqtəsidir. "cümləlrəini yazaraq tələbələrdən potensiyalları haqqında bir məqalə yazmağlarını istəryir.
Mədrəsədə cümə günü tətil idi. Cümə axşamı evləri yaxın olanlar dərsdən sonra evə gedə bilirdilər. Cümə günləri tələbələr yaxınlığdakı şəhərə bazarlığ etməyə və gəzməyə gedə bilirdilər. Qəzzali də bir payız günündə yaxınlığdakı şəhərə getmiş bir parkda istirahət edərkən önündən beli bükülmüş, üzü-gözü qırışmış bir qoca geçdi. Qocanın beli o qədər əyilmişdi ki, bunu görən Qəzzalının yadına bir müəllimindən eşitdiyi bu sözləri xatırladı: " Cənabı Allah insan yaşlandıqca onun boynunu və üzünü torpağa doğru əyər ki, insan ölmünü xatırlasın, torpağa Girəcəyini unutmasın, torpağı görsün... "
Yaşlı adam tək başına gözdən uzaqlaşana qədər yeridi. Bu dəfə onun keçdiyi yerdən bir qrup uşaq səs-səsə verib qaçaraq, oynayaraq, əllərində oyuncaqları həyəcanla geçirdi. Qəzzali parkda yaşlı adam kimi tək başına gəzən uşaq axtarsa da tapa bilmədi. Qəzzali həmyaşıdlarının isə uşaqlar kimi qruplar halında deyil, bir-bir, iki-bir gəzişdiyini gördü. Qəzzalinin prkda gördükləri bir divan olmuşdu, oxuduqca bitmirdi. Dilindən bu sözlər süzüldü: uşaqlar qrup halında, gənclər bir-bir, iki-bir, qocalar isə tək başına gəzişir. Necə ki, Tin surəsində öncə kəsirəti ifadə edən əncirin sonra da tək çəyirdəyi olan zeytunun idafə edilməsindəki kəsirətdən vəhdətə keçiş fiziki olaraqda reallaşır...
Gənc Qəzzalını diqqətini o gün ancaq yaşlılar cəlb etdi. Xüsusəndə yaşlıların tək başlarına və qorunmasız olmalarından, tək başına gəzişməklərindən çox təsirləndi. Sonra özü-özünə " Yaxşı ki, ölüm var; yaxşı ki, torpağa girmək var; yaxşı ki, Allaha dönüş var. Yoxsa bu qərib qocalara kim sahib durar? Üzlərinə övladları və ən yaxınları belə baxmaq istəmir. Bayramlarda xatırlanmayan, huşsuz o qədər qoca var ki. Bunlara Allahdan başqa mərhəmət edən olmaz. Insanlar bunlara xor gözlə baxsalar da bəlaların leysan kimi yağmasına bunlar mane olurlar..."
Gənc Qəzzalinin ağlından keçən bu düşüncələri Molla Rumi Mövlana həzrətləri 150 sonra sonra belə ifadə edəcəkdi: "Heç kimin sahib durmadığı köhnə deyə xor baxdığı qumaşa (yaşlı insan) kərəmindən ötrü Rəhman olan Allah sahib durdu."
Gənc Qəzzali şənbə günü dərsə başladığı zaman hədis dərsində "böyüklərə hörmət, kiçiklərə sevgi " mövzusunu işləyən müəlliminin bu sözlərini dəftərinə qeyd etdi:" Gəncləri qiymətləndirməli, yaşlılara hörmət göstərməli..."
Mədrəsədə təmizliyə daha çox əhəmiyyət verilir. Qonaqlar üçün bazarlıq edilir. Paytaxtdakı bir mədrəsənin baş müəlllimi olan İbrahim müəllim gəlir. Tələbələrdə o qədər də həvəs yoxdur, çünki qonaq müəllimlərin belə gəlişləri adi hal alıb və demək olar ki, gələnlərin hamsı da eyni şeyləri deyirdi. İbrahim müəllimin kürsüdəki ilk sözü bu olur: "Mən sizə bir şeylər deməyə və öyrətməyə deyil, sizdən nə isə eşitməyə və öyrənməyə gəlmişəm...." Bu sözlər bütün tələbələri heyrətləndirir. Öyrəşmədikləri və gözləmədikləri bir söz. Ibrahim müəllim bəhs edir evlənməyindən, aşiq olmağından, sevdiyi qızı ona almasalar ata-anasına "özünü qaladan aşağı ataram" deyə təhdid etməsindən, Hz. Peyğəmbərin həyatından, övliyaların həyatından, elmi mövzulardan rəngarəng mozayka var.
Heç kəs darıxmır və hamı çox diqqətli şəkildə bəzən gülərək, bəzən ağlayaraq, bəzən heyrət edərək, bəzən maraqlı baxışlarla duyğu və zehni gimnastika edirdi. Ibrahim müəllim gənçlərə bu sözləri deyir: "Övladlarım siz ayaq dırnaqlarınızın ucundan, saçlarınızın uclarına qədər şəhvət dolusunuz. Gənc ikən oruc tutmalısınız. Niyə sizə zikr, təhəccüd, fikir və mərifət şəhvətiniz qədər zövq vermir. Gecələr oyananda nəfsiniz namaza qalxmaq istəməsə "köpək nəfsim səni yatmağa qoymayacağam" deyərək qalxın. Gecə namazı ilə insan oloun, insanlığınızı daha da kamilləşdirin. Bir müəllimimiz bizə davamlı deyərdi: "Övladım məzara insan olaraq girin". Yalan olmasın, bəlkədə 30 il ötüb, amma mən hələ də bu sözün mənasını tam qavramış deyiləm...."
İbrahim əfəndi 3 gün mədrəsədə könülləri fəth etdikdən sonra yola düşəcək, atlar və dəvələr hazır idi. Tələal bədru aleynə ilahisi yeri göyü lərziyə gətirəcək şəkildə oxunur. Tələbələr hörmət və sevgi ifadəsi olaraq tək cərgədə düzülmüşdülər. Halbuki onlara tək cərgədə düzülün deyən də olmamışdı. İbrahim əfəndi tək cərgədə düzülmüş tələbələrə baxır, hamsı Quran tələbəsi, gözlərində sevgi işığı var. Hamı ilə bir-bir salamlaşır, əllərini sıxır və əyilib əllərini öpür. Əllərini vermək istəməyənlərdən zarafata salıb əlini alır və öpür.
Hamıda bir təbəssüm var. Hamı sevinclidir və bunu bir zarafat olaraq qəbul edir, müəllimin insanları güldürməyə çalışdığını zənn edirlər. Ancaq müəllim ağlayır. O qədər ustalıqla ağlayışını gizlədirdi ki, heç kim görmürdü. Ağlayarkən başını əyir, başını qaldıranda gülür və məzəli sözlər söyləyirdi... Doğurdan, görəsən müəllim niyə o qədər tələbənin əlini öpdü? Tələbələrdə nə gördü? Ağlayacaq nə vardı? Niyə ancaq tələbələrin əlini öpdü, müəllimlərin əlini öpmədi?..
Görə bilən gözlər üçün bir ağac yarpağı divan olub, əl, dil və dodaq tərpənmədən insana bir şey anladarsa, bir püff nəfəs ilə dağılan hörümçək toru aləmlərin əfədisini gizlətmişsə, bizim topal qarışqa "heç olmasa o yalda ölərəm" deyərək Kəbəyə yollanmışsa və Nəmrudun atəşini söndürmək üçün ağzına su alaraq yürüyürmüşsə, mədrəsənin yanındakı dərənin qurbağaları Peyğəmbər varisi gənc Qəzzali üçün istiğfar (günahlardan tövbə) etmişsə, mədrəsənin güldən divarları geri durarmı? Onlar da dil-dodaq tərpənmədən Qəzzaliyə bu sözləri söylədilər: Şəhvət şeytanın, ağıl isə mələklərin əskəridir. Bunlar qarşılaşdığı vaxt aralarında müharibə başlayar. Şəhvət daha ağıl kamala yetmədən uşaqlıq və gənclik çağında kamala yetər. Ağıl isə 40 yaşında kamala yetər. Nə qədər insan varsa, hamısının şəhvəti ağılından əvvəl kamala yetib.1
İnsan ağlı ilə bəzi şəhvətlərini tərgitmək iqtidarında olsa da, bəzilərini təgidə bilmir. Ancaq bu daimi deyil. Məsələn; gənclik çağında şəhvətinə hökm edə bilməz, lakin yaşlaşanda bu cəbhədə qələbə çalar. Bunun müqabilində onda nümayişkəranəlik və vəzifə sevdası qüvvətlənər. Bu səfər də bunlara nəzarət etmək çətinləşər..."2
Son yağış damlasını daşıyan mələk mədrəsənin pəncərəsindən, mütaliə ilə məşğul olan Qəzzaliyə baxaraq bu sözləri pıçıldayırdı:
Bu yol uzundur... mənzili yoxdur... dərin sular var... Allah...
1. İhya, I cild, Elm Kitabı
2. İhya, IV cild, Tövbə Kitabı
ŞƏRHLƏR