Cəmiyyətin Güzgüsü Gənclər
Bu günkü gənclərin hər biri sabahın məsul atası, anası, müdiri, müəllimi, vəkili, naziri və s. -dir.
Uşaqlıq və gənclik illərində müsbət, ya da mənfi nə gotürülərsə, sonraki illərdə o mütləq öz təsirini göstərəcəkdir. Hətta müəyyən bir yaşa çatdıqda dünya birliyə gəlsə belə həmin adamları öz mənfi fikirlərindən uzaqlaşdırıb düz yola aparmaq mümkün olmaya bilər. Atalarımız çox gözəl deyiblər: "Insan yeddisində nə isə yetmişində də odur."
Bəs bu günün gəncliyi hara gedir?
Zamanəmizdə bu sualın ən gözəl və dəqiq cavabını küçələrin verdiyi fikrindəyəm. Çünki cəmiyyətin güzgüsü gənclər, gənclərin güzgüsü küçələrdir. Küçədəki gəncimiz nə ilə məşğul olursa sabahımız eyni səviyyədə ağ, ya da qara olacaqdır. Yəni bu gün nə əkəriksə, sabah onu biçəcəyik.
Gözəl yolda olan gənclərimiz var. Ancaq əksəriyyət bir boşluq içində qalıb. Əlindən tutacaq xeyirxah əllərin intizarındadır. Boş qalan əlləri kimsə gəlib tutur, amma birinci valideynlər, sonra cəmiyyət tutmalıdır. Bu barədə dövlətə kömək lazımdır. Dövlət gəncləri məktəblərində oxudur, milli-mənəvi dəyərlərin aşılanmasına qayğı göstərir. Ancaq ata-analara da böyük iş düşür. Uşaq kiminlə, harada, nə üçün olur? Insanlığına müsbət keyfiyyətlər artırır, yoxsa özünü uçurumun kənarına sürükləyir? Əgər diqqət yetirilməzsə, uşaqlar hər an şeytani bir tələyə düşə bilərlər. Ona görə də müəllimlər kimi valideynlər də ayıq-sayıq olmalıdırlar.
"Sizin ulduzunuz kim?"
Yəqin ki bu sualı oxuyanda yadınıza ilk düşən insan, zəmanəmizdə ən populyar müğənni olmuşdur. Düzdür, ulduz, yuxarılarda olan, parıldayan və yol göstərəndir. Ona nisbətlə indi sənətçilərə də "ulduz" -deyirlər. Ancaq ulduz insanı ancaq salamatlığa aparmalıdır. Bugünkü gündə elə "ulduzlar" var ki, nəinki camaata yol göstərmək, heç özü düz yolu tapa bilməyə qadir deyil. Həqiqi sənətçilərə heç bir sözümüz yoxdur, əksinə böyük hörmətimiz var. Onsuz da onlar milli və mənəvi dəyərlərimizi yaşatmağa və bu barədə gənclərə gözəl bələdçi olmağa çalışırlar.
Vəziyyət belə olanda camaat, xüsusən də gənclərimiz könül verdikləri, təqlid etdikləri adamlara yaxşı fikir verməli, zəlalətə yox, səlamətə aparan şəxsiyyətlərin dalınca getməlidirlər.
Bu yaxınlarda gözəl bir xəbər oxudum, siz oxucularla onu bölüşmək istəyirəm. "Altınoluk" jurnalının əlavəsi olaraq 3 ayda bir nəşr olunan "Söz Ola" gənclik-ədəbiyyat dərgisinin 12-ci sayının üz qabığında çox maraqlı bir yazı vardı: "Gənclər ulduzlarını seçdi." Dərgini vərəqləyəndə aydın olur ki, bir yarışmanın nəticələri elan olunur. "Sizin ulduzunuz kimdir?" mövzulu bir yarışmanın "Ulduzumuz Musab" adlı məqalədə isə oxuculara elan olunur. Yarışda iştirak edənlərin yarıdan çoxu Mühəmməd Peyğəmbərin əshabələrindən Musabı (radiyallahu ənh) seçmişdilər!
Musab kimdir?
Məkkənin varlı ailələrindən birinin uşağı olan Musab, çox yaraşıqlı bir gənc idi. Rəsulullah (səllallahu əleyhi və səlləm) Onun haqqında: "Məkkədə Musab Ibn Ümeyrdən daha gözəl saçlı, daha gözəl geyimli, daha çox nemətlər içində yaşayan birini görmədim." - buyurdu.
Ətraf-mühitindən ehtiyat edən Musab gizlincə Həzrət Mühəmmədin hüzuruna gedib islamı qəbul etdi. Sonra anası və qohumları tərəfindən həbs edildi və hicrət xəbərini eşidəndə həbsdən qaçaraq Həbəşistana gedən hicrət karvanına qoşuldu. Bir müddət sonra geri qayıtdı.
Birinci Əqəbə beyətində Rəsulullah (səllallahu əleyhi və səlləm) Onu Mədinəyə müəllim göndərdi. Orada insanlara Quran öyrədəcək, islamı təbliğ edəcəkdi.
Bir il sonra Musab 75 nəfərlə Məkkəyə gəldi. İkinci Əqəbə Beyətindən sonra təkrar Mədinəyə qayıtdı. O Isalmın başqa yerə göndərilən ilk təbliğçisi idi. Islamı ən gözəl şəkildə yaşayaraq konüllərə çatdıran nümunə bir insandı.
Vəfalı, qorxmaz, igid, örnək dəvətçi, gözəl simalı, gözəl əxlaqlı, gözəl qari Quran oxuyan)... hər şeyiylə gözəl insan olan Həzrət Musab, Uhud döyüşündə dünyadan köçmənin ən gözəlinə - şəhidliyə nail oldu.
Nə üçün Musab?
Musab (radiyallahu ənh) əsrlər boyu ən çox iki xüsusiyyəti ilə yad edilmiş, həm öz dövründəki səhabələrə, həm də sonraki zamanlarda yaşayan insanlara ibrət olmuş, işıq saçmışdır.
1. Müsəlman olmazdan əvvəlki və sonrakı görünüşü. Bu iki gorünüş arasındakı fərqin bu dərəcə diqqət çəkməsi, əlbəttə ki, bu əziz səhabinin gözəl əxlaqı, fədakarlıqları, örnək davranışları, təvazökarlığı və bütün bunlarla əlaqəli olaraq da mömin könüllərdə taxt qurmaq idi. Bu iki görünüş arasında sürdüyü həyatın hər anının qibtə ediləcək gözəlliklərlə dolu olmsıydı.
2. Bir dəvətçi olaraq əldə etdiyi uğur. Peyğəmbər məsləyi sayılan müəllimlik sənətini ən gözəl şəkildə icra edən Musab, qiyamətə qədər davam edəcək Islamın gənc dəvətçilərinə ən gözəl nümunə olaraq daim xatırlanacaqdır.1
Tərbiyə fərqi
İslamda Allah və Rəsuluna itaətdən sonra ata-anaya itaət gəlir. Onların rizasını qazanmaq Cənnətə daxil olmağın şərtlərindən biri hesab olunur. Ona gorə də İslam dünyasındaki hər bir müsəlman övladı valideynlərinə olənə kimi baxmağı həm özünə bir borc, həm də xoşbəxtliyin səbəbi sayır.
Qeyri-müsəlman cəmiyyətlərdə bu tamam fərqlidir. 18 yaşına çatmış bir övlad tam azaddır, valideyni ona qarışa bilməz. Bu da Avropa gənclərinin hələ erkən yaşlardan başlayaraq hər cür çirkabın içinə düşmələrinə səbəb olur.
İngiltərənin İstanbul Baş Konsulluğuna edilən sabotajda ölən İngilis baş konsulunun həyat yoldaşının bu sozləri də çox ibrət vericidir: "Güman edirəm ki, Türkiyə də Avropa Birliyinə bir sıra şeylər qatar. Türkiyənin yalnız dəyişmək istəyən neqativ bir ölkə olmasını istəmirəm. Burada çox gözəl şeylər də olur. Ümid edirəm bu gozəlliklər qalır və Türkiyə də Avropaya bəzi şeylər öyrədir. Məsələn, bəzi sosial dəyərləri və ələlxüsus ailə məfhumunuzu... Biz bunları Qərbdə itirməyə başladıq. Bəlkə bunu bizə siz oyrədə bilərsiniz. "2
Bu həqiqətə şahid olan Türkiyənin milli marşının müəllifi, görkəmli mütəfəkkir, samballı şair və gözəl dindar mərhum Məhməd Akif Bəyin sözləri də çox düşündürücüdür. Avropa ziyarətindən qayıdanda ondan təəssüratlarını soruşanlara qısa, konkret və məzmunlu cavabı bundan ibarət olur: "Onların elə bir işi var ki, bizim dinimiz kimi sağlam. Və elə bir dinləri var ki, bizim işimiz kimi çürük."
İtimin adam olmasını istəmirəm ki...
Çarə
Hər şeyin bir çarəsi var. Ağıla gələn ilk çarə, əlbəttə, təlim-tərbiyədir. Əgər bir tərəfdən ailə, o bir tərəfdən məktəb, digər tərəfdən də cəmiyyət üçlüyü gənclərimizi pis yollardan qurtarmaq naminə yaxşını-pisi, faydalını-faydasızı, zərərlini-zərərsizi onların beyninə həkk etsə, onda heç bir qorxuya yer yoxdur. Əksinə, Həzrət Ömərin dediyi kimi, "Pisliyi bilməyən onun tələsinə düşər." Əgər onlara sahib çıxmaz, hərəkətlərinə nəzarət etməz və özbaşlarına buraxarıqsa, sonra başımıza gələcək müsibətlərlə indidən barışmalıyıq. Çünki o zaman iş-işdən keçmiş olacaq. Allah böyükləri böyüklükdə pərişan etməsin!
1. M. Şərafəddin Kalay, "Örnək Nəsil" səh. 112, "Altınoluk" yayınları, İstanbul-2001
2. "Altınoluk" jurnalı (Türkiyə), Noyabr-2005)
t��'s@� �n:yes'> təslim olma, Ona boyun eymə, Ona yalvarıb ehtiyaclarını istəmə və eyni zamanda Ona hesab vermə zamanıdır.
Düşünün ki, gündə beş dəfə əbədi sevgilinizin hüzuruna çıxacaqsınız. Hər şeyin sahibi, bütün kainatı sonsuz qüdrətiylə idarə edən Ucalar Ucasının dərgahında boyun bükəcəksiniz. Günah işləyə bilərsinizmi?
İnandığınız, güvəndiyiniz, yardım istədiyiniz Rabbinizə olan bağlılığınızı gündə beş vaxt təzələyəcəksiniz. Əmirlərinə itaətsizlik edə bilərsinizmi? Cəhənnəm və qəbir, əzabının kiçik bir təcəllası olan Qəhharı-Zülcəlala gündə beş dəfə hesab vermək üçün and içmişsiniz. Üsyan edə bilərsinizmi?
Bəli, namazın bu əzəmətli təsir gücündən ötrüdür ki, Rəbbimiz Quranda bizə bu həqiqəti xatırladır: "(Həbibim) Sən Vəhy edilən kitabı oxu və namaz qıl. Şübhəsiz ki, namaz hayasızlıqdan və pis əməllərdən qoruyar." (Ankəbut: 45)
Bəli, kim namazı doğru qılarsa nəfsini, pis əməllərdən, hayasızlıqdan, üsyandan, günahdan qoruyar. Təəsüf ki, namaz qıldığı halda pis əməllərdən, günahdan və haramdan çəkiməyən Müsəlmanlar var. Demək ki, namazı tam mənası ilə qılmır, ondakı mənəvi dərinliyi qavramır, onu adi bir vərdiş kimi düşünürlər. Məsələnin həlli, namazın həqiqətini anlamaq üçün oxumaq, araşdırmaq və bu yolda əmək sərf etməkdir. (Sübh namazına necə qalxılır, Cəmil Topkınar)
Hasili-kəlam belə çətin bir zamanda bizi səmimi dostluqlar, ümumuyyətlə nafilə ibadətlər, xüsusən də namazımız ve orucumuz qurtaracakdır. İxlasla edəcəyimiz əməllərin qurtuluşumuza vəsilə olmağı təmənnası ilə......
ŞƏRHLƏR