XEYİRXAH İNSAN

XEYİRXAH İNSAN

Günün batmasına az qalmış qapımızda qara rəngli təzə bir pobeda maşını dayandı. Sürücü başını pəncərədən çıxardıb: “Məsim kişinin evi burdaır?” –deyə soruşdu. “Bəli buradır.” Maşının qapısı açıldı, hündürboy, səliqəli geyimli bir nəfər aşağı düşdü. Sürücüyə “Sən get, sabah elə bu vaxtlar gələrsən” –dedi. Sürücü dərhal maşını sürüb getdi. Atam səsə çюlə çıxmışdı ki, qonaq onu gюrüb üstünə yeridi. Atamla gюrüşüb qucaqlaşdılar. Qonaq atamdan soruşdu: “Məsim kişi, məni tanıdın?” Atam: “Ay qardaş, səni tanımamaq, unutmaq olar? Sən məni qırx arşınlıq quyudan çıxarmısan, юzü də o dюvrdə.” –dedi. Evə keçdilər.

Qardaşım tez bir qoyun kəsib soydu. Süfrə açıldı. Bizim üçün qaranlıq qalan bir məsələ vardı: Gюrəsən bu adam atama nə edib ki, xətrini bu qədər çox istəyir?

Elə bu vaxt qonaq atamdan soruşdu: “O vaxtkı hadisədən sonra neçə uşağın olub?” Atam cavab verdi: “Uşaqlarımın dюrdü o vaxtdan sonra dünyaya gəlib.” Bu “o vaxtdan” sюzü hamımızda bюyük maraq doğurdu. Gюzümüzü qonağın üzünə dikdik. Elə sюhbəti də atam yox, qonaq açdı:

Cavan vaxtlarım idi. Mərkəzi Komitədə işləyirdim. Rayonlarda kolxoz quruculuğunu gücləndirmək üçün mənim rəhbərliyimlə bir qrup Cəbrayıla gəlmişdik. Bюyük Mərcanlıda işimiz alınmırdı. Əsas məsələ camaatı bir yerə yığıb sюhbət apara bilməməyimiz idi. Rayon mərkəzindən yerli hюkumət Mənsim kişini nişan verib onun evində qalmağı məsləhət gюrdü. Kəndə gələn kimi belə də etdim. Çay-çюrəkdən sonra izah etdim ki, kolxoz mütləq qurulmalıdır. Partiyanın tapşırığı var. Qanunu pozan adamları cəzalandıracaqlar. Kollektivləşmənin üstünlüklərindən xeyli danışdım. Bir ağsaqqal kimi ondan kюmək istədim. Hiss etdim ki, Mənsim kişi dediklərimlə razı gюrünsə də daxilən narazı idi. Axırda mənə belə dedi: “Bağır kişi, bir halda ki, юz ayağınla bura gəlmisən, mən də camaatın xahişini sənə çatdırmaq istəyirəm. Mümkündürsə Mərcanlıda kolxoz qurulmasın. Qoyun camaat юz dədə-baba adətləri üzrə yaşasın.” Onu inandırmağa çalışdım ki, bu mümkün olan şey deyil. Amma faydası yox idi. Bu sюhbətdən osnra Mənsim kişinin evində qalmağın həm mənim üçün, həm də onun üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağını düşünərək kəndin məktəb müəllimi Xanış Rüstəmovgilə getdim. Sonrakı günlərdə orada qalası oldum.

Mənsim kişidən ayrılanda dedim ki, aramızda olan sюhbəti heç kimə deməsin. Ertəsi gün Sovet sədrinə və katibinə tapşırdım ki, camaatı bir yerə toplsaınlar, sюhbət edək. Evin pəncərəsindən baxanda gюrdüm ki, adamlar dəstə-dəstə gəlirlər. Bir azdan bayıra çıxanda gюrdüm ki, yeddi-səkkiz nəfərdən başqa heç kim yoxdur. Səbəbini soruşanda kənddə hamının satqın kimi tanıdığı bir nəfər qulağıma dedi ki, “dünən kimin evində qalmısansa həmin adam qoymur.” Məsələnin qəlizləşdiyini gюrüb mərkəzə xəbər verdim. Gəlib Mənsim kişini və Allahverdi adlı bir nəfəri apardılar.

Kolxozun yaradılması üçün üç ay Cəbrayılda qalası oldum. Rayonda qurulan 38 kolxozdan biri də Bюyük Mərcanlıdakı idi. İşlərimi yekunlaşdırıb getmək istəyəndə dedilər ki, bəs o vaxt Mərcanlıdan tutub gətirdiyimiz iki nəfəri neyləyək? Mən Mənsim kişinin nüfuzunu, evində kəsdiyim çюrəyi və mərdliyini nəzərə alıb sonralar dəyib-dolaşmasınlar deyə kolxoz qulluqçuluğunda hюkumətin tərəfində olduğuna dair ona sənəd hazırlatdım və onları buraxmalarını tapşırdım. Mənsim kişi Mərcanlı kimi bюyük bir elin ağsaqqalıdır.

Sora qonağımız üzünü bizə tutaraq “O vaxt ananız namaz üstəymiş. Əgər mənim yerimdə başqa adam olsaydı, indi bu kişinin sümükləri çoxdan torpağa qarışmışdı.” Elə ona gюrə soruşdum ki, Mənsim kişi, otuz altıncı ildən sonra neçə uşağın oldu?

Qonağın sюhbətində həqiqət vardı. Repressiya dalğalarının gücləndiyi bir məqamda kollektivləşmənin əleyhinə gedən bir adamın xatadan sovuşması ağlabatan olmasa da, atam o qanlı illərdən itkisiz, salamat çıxa bildi. El-obanın sevdiyi adam Allahın mərhəməti ilə sağ qaldı.

Qonağımız bir az dayandı, dərindən nəfəs alıb təzədən sюhbətə başladı. “Hə, Mənsim kişi, niyə soruşmursan ki, bura necə gəlib çıxdım? Sən soruşmursan mən deyim. Qızım Stansiya Horadizdə ərdədi. Onlara baş çəkməyə gəlmişdim. Yadıma saldım ki, iyirmi beş il bundan əvvəl Mənsim kişinin qonağı olmuşam. Duz-çюrək kəsmişik. Dedim gюrüm necəsən? Allaha şükür sağ-salamatsan.

Yaxşılıq necə də gюzəl şeymiş, ilahi. Səni gюrdüm mən də sevindim. Allaha şükürlər etdim ki, sənin salamat qalmağında azacıq da olsa əməyim olub. Buna gюrə юzümü qəlbən rahat hiss edirəm. O vaxt da çюrəyini kəsmişdim, indi də. Halal elə.

Hamımız Bağır əmiyə can sağlığı arzuladıq. Atamıza etdiyi yaxşılıq üçün təşəkkürümüzü bildirdik. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz