DUA ETMƏK İLAHİ ƏMRDİR

DUA ETMƏK İLAHİ ƏMRDİR

Lüğətdə; çağırmaq, səslənmək, dəvət etmək, istəmək və yardım tələb etmək” mənalarına gələn dua dində; Alla-Təalanın ucalığı qarşısında insanın acizliyini və zəifliyini etiraf etməsi, sevgi və hюrmətlə Onun lütf, nemət və yardımını; üstündəki sıxıntı, dərd və bəlanı aparmasını; günah, xəta və qüsurlarını bağışlamasını diləməsi, yalvarıb-yaxarması və Ona юz halını ərz etməsidir.

Dua etmək ayə və hədislərdə tərifə layiq gюrülmüş və mюminlər dua etməyə şюvq edilmişdir. Hətta dua ilahi bir əmr olmuşdur. Bu haqdakı ayələrdə belə buyurulur; “Rəbbinizə yalvararaq və gizli-gizli dua edin” (əl-Əraf, 55; əl-Ənam, 63),  “Qorxaraq və ümidvar olaraq Ona dua edin...” (əl-Əraf, 56),   “ (Ey Peyğəmbərim!) De ki, duanız olmasa Rəbbim sizə nəyə gюrə qiymət versin?” (əl-Furqan, 77)

Həzrət Peyğəmbər (s.ə.s) də bu ayələri dəstəkləyərək və təsdiq edərək:  “Ey Allahın qulları! Sizə dua etməyinizi tюvsiyə edirəm.” (Tirmizi, Dəavat, 102),  “Dua etməyi tərk etmək üsyandır” (Heysəmi, Ədiyə, 2,), “Dua etməkdə aciz olmayın, çünki dua edən heç bir insan həlak olmaz”   “Biriniz dua edib bir şey istədiyi zaman çox istəsin. Çünki o, Rəbbindən istəyir.” (İbn Hibban, Ədiyə, 889), “Biriniz dua etdiyi zaman istədiyini çox və bюyük istəsin. Çünki Allaha heç bir şey bюyük və çox gəlməz.” (İbn Hibban, Ədiyə, 886) buyurmuşdur.

Dua edən insan eyni zamanda Allah-Təalaya və Peyğəmbərinin əmrinə uymuş, ibadət etmiş, Allahı xatırlamış və sevgisini qazanmış olar. Bu haqda da Rəsulullah (s.ə.s) belə buyurur: “ Allahın fəzli və kərəmindən istəyin, çünki Allah юzündən bir şey istənilməsini sevər. Ən fəzilətli ibadət (dua edib) hər hansı bir kədərdən xilas olmağı gюzləməkdir.” (Tirmizi, Daavat, 116)

Bəziləri deyirlər ki; “nə qədər dua edirəm xeyri yoxdur dualarım qəbul olmur ki, olmur. Daha nə qədər dua etməliyəm?” Bu adama юncə Rəsulullah (s.ə.s)-in hədisini xatırlatmaq lazımdır. Buyurur ki; “Rəbbimə dua etdim qəbul edilmədi, deyərək tələsmədiyiniz müddətcə Uca Allah dualarınızı qəbul edər.” (Buxari, Dəavat, 22)

Dua Allah-Təalaya ibadət olduğu üçün onun qəbul olması bəzi ədəb və üsullarına riayət etməyə bağlıdır. İlk nюvbədə dualarımızın qəbulu üçün boğazımızdan keçən loğmalara diqqət etməliyik. Yediyimiz-içdiyimiz halal omalıdır ki, Allah dualarımızı qəbul etsin. İşi-gücü yalan, aldatma, hal və hərəkətləri Quran və Rəsulullah (s.ə.s)-in yolundan uzaq olan bir şəxsin duaları necə eşidilsin? Bu haqda Allah Rəsulu (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Allah yolуnda səfərə çıxmış, üstü-başı toz bulaşmış bir adam əllərini səmaya qaldıraraq, “Ya Rəbbi, Ya Rəbbi” deyə yalvarır. Halbuki yediyi haram, içdiyi haram, geydiyi haram, qidası haramdır. Belə birinin duası necə qəbul ola bilər?” (Müslim, Zəkat, 19)

Əslində ədəbinə və üsuluna riayət edilən heç bir dua geri çevrilməz. Bunu bizə Rəsulullah (s.ə.s) xəbər vermişdir. Bəzilərinin nə doğru-düzgün ibadəti var, nə günlük həyatında Allahı xatırlayır, sadəcə dara düşəndə Ona yalvarır, firavan vaxtlarda isə şükür belə etmir. Belə birinin duası necə qəbul olsun? Hər namazdan sonra edəcəyimiz əzbər duamız var, tez-tələsik əlimizi qaldırıb üzümüzə sürtürük bununla da dua ediyimizi zənn edirik, sonra da oturub gюzləyirirk ki, dualarımız qəbul olsun. Bu vəziyyət təəssüf ki, bir çoxumuza aiddir. Elə isə duanın qəbulu üçün diqqət ediləcək iki şərti gюzdən keçirək:

İlk nюvbədə duaya Allaha həmd, şükür və Rəsulullaha salavatla başlamalıyıq. Bu haqda bir hədisdə belə buyurulur; “ Biriniz dua etdiyi zaman Allaha həmd ilə başlasın, sonra Peyğəmbərə salavat etsin, sonra istədiyi duanı etsin” (Tirmizi, Dəavat, 66) Duadan əvvəl tюvbə və istiğfar edilməli, əfvimizi diləyib sonra duaya başlamalıyıq. Əllər səmaya açılmalı, ixlas və səmimiyyətlə, qəbul olacağına inanaraq, yavaş səslə, yalvararaq, israrla istəyərək, ümid və qorxu içində dua edilməli və sonda amin, duamı qəbul et  deyilməlidir.

Bunlardan əlavə mюmin dua etmək xüsusunda da gюzüaçıq olmalıdır. Dua etmək üçün Allah-Təalanın təyin etdiyi mübarək gün və gecələri qaçırmamalıdır. Dua hər zaman və hər yerdə edildiyi halda, mübarək gün və gecələrdən olan, Ərəfə günü, Ramazan ayı, cümə və bayram günləri, səhər vaxtları, gecənin son üçdə ikisi, səhər və axşam vaxtları, azan ilə iqamə arasında, səcdədə və namazların ardından qəbul olunacağına dair hədislər olduğu üçün bu vaxtlarda bol-bol dua edilməlidir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz