HƏYAT DƏFTƏRİNDƏN

HƏYAT DƏFTƏRİNDƏN

BƏRBƏR VƏ MÜŞTƏRİ

Bir nəfər hər zamankı adəti üzrə saç və saqqalını kəsdirmək üçün bərbərə gedir. Saçlarını kəsdirən zaman bərbərlə fərqli mövzular haqqında danışmağa başlayırlar.

Birdən söhbət Allah ilə əlaqəli mövzulara gəldikdə  bərbər: “Bax qardaş, mən sənin dediyin kimi Allahın varlığına inanmıram.

“Müştəri: “Yaxşı. Niyə belə düşünürsən?”

“Bərbər: “Bunu açıqlamaq çox asandır. Bunu görmək üçün çölə çıxmalısan. Mənə deyə bilərsənmi, əgər Allah olsaydı, bu qədər çox xəstə insan, atılmış uşaqlar olardı? Allah olsaydı, heç kim acı çəkməzdi. Allah olsaydı, bunların olmasına icazə verəcəyini düşünmürəm...”

“Müştəri bir anlıq durdu və düşündü, amma lazımsız bir mübahisəyə girmək istəmədiyi üçün cavap vermədi. Bərbər işini qurtardıqdan sonra adam çölə çıxdı. Elə o anda yolda uzun saçlı və saqqallı bir nəfərlə qarşılaşdı. Adam sanki illər uzunu saçını-saqqalını kəsdirməmişdi. Çölə çıxan müştəri bərbərin dükanına geri döndü və: “Bilirsən nə var, məncə bərbər deyə birşey yoxdur.”

Bərbər: “Bu necə olabilər? Mən boyda bərbəri görmürsən?”

Müştəri: “Xeyr, yoxdur. Çünki olsaydı, yolda gəzən uzunsaçlı və saqqallı adamlar olmazdı.”

Bərbər: “Həəə.. Deməli  bərbər deyə birşey var, amma o insanlar mənə gəlmirsə, mən nə edə bilərəm ki?”

Müştəri: “Tamamilə doğrudur! Allah var, amma insanlar ona yönəlmirsə…”

Məhz budur dünyada bu qədər çox acı və kədər olmasının səbəbi!”

 

 

 

 

ƏSAS OLAN FƏDAKARLIQDIR…

Xəstəxanaya ağır xəstə olan bir qız gətirirlər. Yeganə həyat şansı beş yaşındakı qardaşından təcili qan köçürmək idi. Kiçik oğlan eyni xəstəlikdən möcüzəvi bir şəkildə qurtarmış və qanında o xəstəliyin mikroblarını yox edən bakteriyalar əmələ gəlmişdi. Həkim  vəziyyəti beş yaşındakı oğlana anlatdı və bacısına qan verib-verməyəcəyini soruşdu. Kiçik uşaq bir anlıq duruxsundu. Sonra dərin bir nəfəs aldı və “Əgər xilas olacaqsa, verərəm”, -dedi. Qanköçürmə işi aparılarkən, bacısının gözlərinin içinə baxır və gülümsəyirdi. Qızın yanaqlarına yenidən rəng gəlməyə başlamışdı, amma kiçik uşağın üzü də get-gedə solurdu... Gülümsəməsi də yox oldu. Titrəyən bir səslə həkimdən soruşdu: “Dərhal öləcəyəm?”

Uşaq həkimi səhv başa düşmüşdü, bədənindəki bütün qanı bacısına verib öləcəyini zənn edirdi.

SATILAN KÖPƏK BALALARI

“Balaca küçüklər satılır” elanının altında kiçik bir uşağın başı göründü və uşaq dükan sahibindən soruşdu :

“Bu küçükləri neçəyə satırsınız?”

Dükan sahibi: “30 dollarla 50 dollar arasında dəyişir qiymətləri” dedi. Uşaq: “Mənim 2 dollar 37 sentim var” -dedi. “Baxa bilərəm küçüklərə?”

Dükan sahibi gülümsədikdən sonra bir fit çaldı və it damından beş dənə toppuş küçük çıxdı. Balalardan biri arxadan gəlirdi. Uşaq gəzməkdə çətinlik  çəkən zədəli balaya işarə edib soruşdu: “Buna nə olub belə?”

Dükan sahibi onun omba sümüyündə problemi olduğunu və həmişə belə zədəli qalacağını açıqladı. Kiçik uşaq həyəcanlanmışdı. “Mən bu balanı almaq istəyirəm. Dükan sahibi: “Xeyr, o balanı satmırıq. Əgər həqiqətən istəyirsənsə onu sənə pulsuz verərəm”. Uşaq bu sözdən çox əsəbləşdi. Dükan sahibinin gözlərinin içinə baxaraq: “Onu mənə verməyinizi istəmirəm. O da digər balalar qədər dəyərlidir. Mən onun qiymətini tam ödəyəcəyəm. İndi sizə 2 dollar 37 sent verəcək, qalanını isə ayda 50 sent ödəyərək tamamlayacağam.”

Dükan sahibi uşağı razı salmağa çalışır: “Bu zədəli balanı həqiqətən almaq istəyirsən? Axı bu bala heç bir zaman digər balalar kimi qaça bilməyəcək, tullana bilməyəcək və səninlə oynaya bilməyəcək.”

Bu zaman uşaq əyildi, şalvarının balağını yuxarı qaldırdı və böyük bir metal parçasıyla dəstəklədiyi zədəli ayağını dükan sahibinə göstərib, şirin səs tonuyla:

“Mən də çox yaxşı qaça bilmirəm amma bu balanı başa düşə biləcək çox yaxşı bir sahibə ehtiyacı var” dedi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz