Dil və Düşüncə

Dil və Düşüncə

Söz ola kəsə savaşı

Söz ola kəsdirə başı

Söz ola ağulu aşı

Yağ ilə bal edə bir söz.

Yunus Əmrə

İnsan sözünün ən məşhur təriflərindən biri “danışan canlı”dır. Yəni bir dilə sahib olmasıdır. İnsanı digər varlıqlardan ayıran ən mühüm xüsusların başında gələn düşünmə, yazma və mədəniyyət təsis edə bilməyin ən təməl ünsürüdür dil.

Ünsiyyət vasitəsi və qəlb mənasına gələn (fars dilində) dil millətləri qaynayıb-qarışdıran və bir arada saxlayan ən qüvvətli bağlardan biridir. Tarixə edilən səfəri və gələcəyə qurulan xəyalı mümkün qılan vasitədir.

Dil düşüncəni daşıyan və tanıdan bir vasitədir. İnsanlar qavramlarla düşünürlər və bu qavramları ən doğru sözlərlə ifadə edirlər. Yaxud da doğru kəlmələrlə ifadə etdikləri nisbətdə anlada və anlaşa bilirlər. Çünki bir məna ifadə edən, yəni ona simvol olan kəlmə böyük bir təcrübənin nəticəsində olmuşdur. Bir kəlmə işləndiyi zaman məna yalnız bugünə aid olmayıb keçmişin də çox böyük mənalarını daşıyır. Bir söz eşitdikdə hər kəs təməl olaraq ortaq mənanı düşünür. Dolayısıyla dildə istiqrar düşüncədə istiqrar mənasına gəlir. Dildən yalnız bir sözün silinməsi o sözü işlədən millətin yaddaşından bir qavramın qaldırılması deməkdir.

Dilin sərhədləri danışan cəhətdən dünyanın sərhəddidir. Dilini daraldanlar əslində dünyalarını daraltmaqdadırlar. Dilinə dəyər verməyənlər dilsizləşərlər. Dilsizlik isə imperializmin arzuladığı bir mühitdir. Çünki imperialistlər mədəni işğala dildə aşınma ilə başlayarlar. Dilindən uzaqlaşanlar özlərini tanımaz hala gəldikləri zaman özləri olmadıqda başqası olduqlarının fərqinə vararlar, ancaq zaman yenidən əldə edilməyəcək bir minikdir. Yenidən qurmaq və işğaldan qurtulmaq yıxmaq qədər asan deyil. Bir millətin dilini əlinə keçirənlər bir yandan ona keçmişini unutdurarkən eyni zamanda gələcəyinə də istiqamət verərlər.

Dilin aşınması və ana məcrasından çıxmasıyla öncəki nəsilləri anlamaq, nəsillər arasında qurulmuş olan körpünün qaldırılması mənasına gəlir. Bu da itirilən elm, mədəniyyət və irfan deməkdir.  

Məşhur türk mütəfəkkiri Cəmil Meriç dil üçün belə deyir: “Qamus (lüğət) bir millətin hafizəsidir, yəni özüdür; həyəcanıyla, həssasiyyətiylə, şüuruyla. Qamusa uzanan əl namusa uzanmışdır. Hər müqəddəsi yandırıb yox edən Fransız inqilabı sadəcə bir müqəddəsə hörmətlə yanaşmışdır: Qamusa.”

Cəmil Meriç dildə arqo və uydurma kəlmələr işlədərək dilin özündən uzaqlaşması haqqında da belə deyir: “Arqo qanundan qaçanların dilidir. Uydurma dil tarixdən qaçanlarındır. Arqo qorxunun, uydurma dilsə şüursuzluğun hördüyü divardır. Biri günahları gizləyən niqab, digəri irfanı boğan kəmənddir. Arqo yaralı bir vicdanın səsi, uydurma dil hafizəsini itirən bir nəslin səsidir. Arqo hər ölkənin, uydurma dil ölkəsizlərindir.”

Dilin bir də könül mənası vardır ki, bütün dahilər sinədəki bu dilin başdakı dildən daha mühüm olduğunu və daha az ehmal ediləcəyini söyləmişlər. Bu dilin qidası iman və irfan sahiblərinin sözləridir.

Əli Şəriəti oğlunu Amerikaya göndərərkən cibxərcliyi ilə yanaşı “Oğlum, orada səni qoruyacaq olan budur” deyərək bəzilərinin gözləmədiyi bir kitab da verir: Məsnəvi. Çünki Məsnəvi ağlı heyrətə salıb insanın dilini lal etsə də əsas olaraq qəlbə xitab edən bir kitabdır: Bilməyin yetmədiyi, ağlın anlamadığı, zəkanın zövq duya bilmədiyi anlarda deyimi kəsrət və qısırlıqdan qurtaran və “dinlə” deyərək duyğuları doyuran və dinləndirən bir duyuşdur Məsnəvi.

Ey könül!

Dilində min bir kəlmə, cümlələr qurarsan. Bəzən qurduğun cümlələrlə könül qırarsan. Sinəndəki və başındakı dilinə şəfa olacaq ən gözəl kəlam olan Quranla nə üçün az danışırsan? Bilmirsənmi Quran çox oxumaq deməkdir. O Quran ki, səni Haqla danışdırandır.

Eşq əgər bütün seçimlərini sevdiyinə görə etməkdirsə, sən nə üçün sevilməyə ən layiq olanla ən az danışırsan, ey Dil!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz