ACLIQ NƏ YEDİRMƏZ, DƏRD NƏ SÖYLƏTMƏZ?

ACLIQ NƏ YEDİRMƏZ, DƏRD NƏ SÖYLƏTMƏZ?

Şəkil-1:

Türkiyədə çıxan Vətən qəzetinin 13 mart 2010 tarixli xəbərinə görə Qonarezo Beynəlxalq Parkındakı bir filin öldüyü xəbəri yayılan kimi leşin ətrafı insan izdihamı ilə doldu. Zimbabvenin acından qırılan insanları qısa müddət ərzində bir fili yedilər. Hadisəni çəkən fotoqraf Devid Çençellor insanların iki gecə bayram etdiklərini yazırdı.

Qırmızı Xaç Cəmiyyətinin raportuna görə Zimbabvedə hər dörd adamdan birinin təcili qida yardımına ehtiyacı var.

 

Şəkil-2:

Qurdların, çaqqalların, milçəklərin sürü halında hücum edərək ovlarını parçalamaları ilə süfrə ətrafında oturan insanlar arasındakı fərq bismillah, nəzakət, mədəniyyət, təmizlik, bir sözlə desək ədəb fərqidir. Süfrəyə İslam əxlaqının qaydalarına görə oturar və ona görə davransaq gülüstandakı kəpənəklərə bənzəyərik. Əks təqdirdə milçəklərdən heç bir fərqimiz olmaz.

 Şəkil-3:

B.M.T-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatına görə bir ildə acından ölənlərin sayı müharibə, xərçəng, yol qəzası, ekoloji kirlənmə səbəbindən ölənlərdən qat-qat artıqdır. Hər il 10 milyon adamın aclıqdan öldüyü bildirilir. Təqribən 1 milyard adam yarıac, yarıtox haldadır. Allah heç kimi aclıqla imtahan etməsin. Aclıq nə yedirməz? Susuzluq nə içirməq ki? Müharibə və qıtlıq illərində insanların adam əti yediyinə tarix min dəfələrlə şahid olmuşdur.

Şəkil-4:

İslam dininə görə acmadan yemək yemək məkruh sayılmışdır. İmam Qəzaliyə görə isə aclığın ölçüsü “o an yemək seçə bilməyəcək və yeməkdə qüsur tapmayacaq hala gələrək nə varsa onunla kifayətlənməkdir.” Qəribədir ki, dünyanın bir qismi az yeməyə və arıqlamağa, digər qismi isə acından ölməməyə çalışmaqdadır.

 

Şəkil-5-6:

Altı tonluq fil 47 dəqiqənin içində sümükləri qalanadək soyuldu. Filin xortumunu və qulaqlarını da yedilər. Şorba bişirmək üçün heyvanın sümüklərinin də aparılmasının ardından, 24 saat sonra geriyə sadəcə torpaqdakı qan izləri qaldı.

Höteyə görə “aclıq hətta balıqları da qarmağa salar”. Anadolu irfanına görə də “dəvəni yarğana uçuran bir qarış otdur”. Könül kimi aclıq da fərman dinləməz. “Tox olan cümlə cahanı tox bilər. Ac olansa dünyada çörək yoxdur sanar” deyirlər. Oruc ibadəti cümlə aləmin tox olmadığını insana kitabdan yox, boş mədə və qurumuş dodaqlarla öyrədir. Gürcü atalar sözünə görə “dünyadakı ən ağır yük boş mədədir”.

Qonşusu ac ikən özü tox yatanın mədəsi dolu olsa da qəlbi sevgiyə, ehtirama, əxlaqa acdır. Qarnı aclardan çox qəlbi ac olanlara və qəlbindəki alcığın fərqində olmayanların halına acımaq lazımdır. Qeybət etmək elə bir  aclıqdır ki, qeybət edənə rahatlıqla və diksinti vermədən ölmüş insan əti yedirir.

  Burada çox mənalı bir lətifəni sizinlə bölüşmək istəyirəm: Adamyeyənlər qəbiləsindən ali savadlı bir uşaq: “Bu ağlar özləri bir müharibə etdilər (İkinci dünya Müharibəsi), əlli milyon adamı öldürdülər.” –deyincə ağlara görə adamyeyən olmağın xor görüldüyünü bilən atası: “Bunlar qədər vəhşi ola bilməz. Üstəlik heç birini yeməyərək israf etmişlər.” –deyə sual edir.

İstər heyvan, istər insan olsun, qarnı aclardan çox qəlbi imana, İslama, əxlaqa sevgiylə aclardan qorxmaq lazımdır. Qarnı ac olan adamyeyənlər yeyəcəklərindən artıq adam öldürməmişlər. Qəlbi ac olanlar isə dünya müharibələrində 100 milyona yaxın adam öldürmüşlər. Allah-Təalanın maddi və mənəvi nemətlərinin artaraq aclığın hər növündən uzaq olmaq duasıyla…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz