Vəzifəsini Yerinə Yetirən Qurtuldu

Vəzifəsini Yerinə Yetirən Qurtuldu

İslamda fərdi qurtuluş ictimai qurtuluşdan əvvəl gəlir. Yəni hər kəs ilk növbədə Allahın əzabından qurtulub rizasına qovuşmağın yolunu tapmalıdır. Proriteti  bu olmalıdır.

 Sonra ailəsi, uşaqları və yaxınları gəlir. Cəmiyyətin qurtuluşu, ölkənin qurtuluşu, dünyanın qurtuluşu. Bunlar əhəmiyyətsiz şeylər deyil, lakin əsas proritet fərdi qurtuluşumuz. Əhəmiyyət verməyimiz vacib olan, bizim üçün zəruri olan budur. Böyük əməllər arxasına düşərkən  kiçik əməllərə əhəmiyyət vermirik. Təəssüflənəcəyimiz nöqtə budur. Qəbrstanlıqlar bəşər tarixində səs gətirəcək, yeri yerindən oynadacaq böyük əməllərin xəyalı ilə yaşayan insanlarla dolu. Kim bilir bəlkə də kiçik əməllərə əhəmiyyət versəydik deyirlər, amma  iş işden geçmişdir. Nə bilirik bəlkə də qurtuluşumuza kiçik gördüyümüz bir əməl səbəb olacaq? Bir Müsəlman qardaşımıza təbəssüm etmək bəlkə bizi qurtaracaq. Evdə bişirdiğimiz şorbanın suyunu bir az çox edib qonşumuza vermək bəlkə bizi qurtaracaq. Bəlkə bir heyvana su vermək qurtaracaq. Bu nümunələri çoxaldmaq mümkündür.

Müsəlman həyatında bir əhəmiyyətliliklər siayhısı tutmalıdır. Birinci sırada fərdi hidayətimizi qorumaq və ölənə kimi davam etdirməkdir. Sonra yaxınlarımızın hidayətini qorumaqla məsuluq. Gücümüzün yetmədiyi şeylərdən məsuliyyətimiz yoxdur. Bunu bir məsəllə izah etməyə çalışaq: Gecə namazına qalxa bilmədiyin üçün məsuliyyət altında hiss et, lakin Birləşmiş Millətlər Təşkilatında ya da Avropa İnsan Haqqları Məhkəməsində alınan bir qərardan ötrü özünü yorma.

Tarixdə yaxud  müasir dövrdə baş verən heç bir hadisə Müsəlmanlar üçün zillət olaraq xarakterizə edilməməlidir. Bu səmimi qəlbdən edilmiş bir dəyərləndirmə deyil. Bu ziddiyyətlərlə dolu bir qəlbin yansımaları ola bilər. Bir yolxucu xəstəlikdən minlərlə insan ölür. Bir zəlzələdə minlərlə insan ölür. Bir müharibədə minlərlə insan ölür. Maddiləşmiş, dünyeviləşmiş və axirətə əhəmiyyət verməyən bir dünya görüşü, bunları pisliklər kimi görür. Müsəlman kimi bir baxış isə ölümü mütləq bir pislik olaraq düşünməz. Bəlkə onlar üçün ölüm bir qurtuluşdu, arınma idi, təmizlənmə idi. Ne bilirik bəlkə də işlədiyimiz pis əməllərin, işlədiyimiz bəzi günahların qarşılığını bu dünyada çəkdirərək Allah bizə ehsan edir. Bunlar bir zillət deyildir. Belə düşünməliyik.

İslamın izzətini görməyi arzulamadan əvvəl, bu izzəti ürəkdə duymaq lazımdır. Müsəlman olmaq elə izzətin özüdir, bunu hiss edəbilmək lazımıdır. İslamın izzətini ürəklərində hiss edə bilməmək müsəlmanların əsil problemdir. Müsəlmansansa  İslamın izzətini ürəyində hiss etməlisən. Üstünə bombalar yağsa da hiss etməlisən. Yaxınlarını və sevdiklərini itirsən də hiss etməlisən. Zincirlərə vurulub işkəncəyə məruz qalsan da hiss etməlisən. Yəni bütün bu hallara düşsən də Müsəlmanlıq gözəl şeydir. Tərifolunmaz bir sevinc, ləzzətindən doyulmayacaq bir səadətdir. Qiyməti bilinməli olan bir nemətdir. Allahın gücünü ürəyində, nəfəsini üzündə hiss etmirsənsə, bu necə Müsəlmanlıq? Bəlkə yaşadıqların sənin üçün daha xeyrli olanıdır, nə bilirsən?

Müsəlmanlardan bir qismı gücü siyasətdə gördü. Siyasi gücü ələ geçirərsəm İslama daha yaxşı xidmət edərəm fikri ilə ortaya atıldı. Siyasətin anlıq manevrları və prinsibsizliyi girdabında boğulmaqdan özünü qurtara bilmədı. Bir qismi də gücü sərmayədə gördü. Sərmayəni ələ geçirərsəm İslama daha yaxşı xidmət edərəm fikri ilə ortaya atıldı. Kapitalizmin ümumi paradigmasının xaricinə çıxamadı. Gələcəyə, xəyala və mövcud olmayana, yalana sərmayə qoydu.  Fəaliyyət göstərdikləri sahədə müvəffəq olmadıqları kimi sərmayədarlarının bəddualarının ağırlığı altında nə edəcəklərini bilməyən  çaşqın ve avara bir vəziyyətə girifdar oldu. Bəzi Müsəlmanlar da gücü KİV-də gördü. KİV gücünü ələ geçirərsəm İslama daha yaxşı xidmət edərəm fikri ilə ortaya atıldı. KİV-in əxlaq və prinsibsiz kirli atmosferası onları da  zəhərlədi. İçine düştükləri bataqlıqdan sıçrayan nəcislər əvvəl paltarlarına sıçradı, sonra da bütün bədənlərinə hatta ruhlarını yayıldı. Müsəlmanlardan bir qismi də gücü elimdə gördü. Dəqiq elmlərə sərmayə qoydu.  Riyaziyyat, fizika, kimya olimpiyadalarına keyfiyyətli adamlar yetiştirdi. Ancaq ruhani tərəfi budanmış dəqiq elmlərdə qlobal sistemin uşaq aldadan oyununun bir parçasından başqa bir şey deyildi. Elm sahədə fəaliyyət göstərmək qlobal paradigmanın kabulunu  vacib edirdi. Elm, qlobal köləlik çarxının bir başqa dişidir. Bu qardaşlar da qlobal sistemin dəyərlər məcmusuna inanacaq kölələşmiş ruhları yetişdirmək üçün lazım gələn təlim-tədris ehtiyacında, artan tələbini qarşılayacaq təklif materialı olmaqdan yaxasınl qurtara bilmədi. Heç xidmet  göstərən olmadı və yoxdur demirik. Paradigma səhvdir deyiriq. Siyasətlə məşgul ol, təşəbbüskar ol, KİV-dən səmərəli istifadə et və elmlə meşgul ol. Bunların hamsını et, lakin gücü bunlarda görmə. Güç Allahın əlindədir, buna inan. İmanın zəfərini əldə edim deyəken həzzini qaçırma. 

          Güç Allahda və Allahın əlindədir. Əməlin kiçiyi böyüyü olmaz deyib xidmətə qurşananlar, çox gözəl xatirələr və ardından onlara dua eden insanlar qoyub bu dünya həyatından tərxis oldu. Müsəlmançılığını tam edənlər qurtuldu. Müsəlmanların zəfərini görmədən həyata gözlərini yumdular. Allah bizi zəfərdən deyil, vəzifəmizi yerinə yetirib yetirməməkdən məsul tutur. Bunu dərk edib  bu dünyada vəzifəsini yerinə yetirən  qurtuldu.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz