Qeybmi, Müşəxxəsmi ?

Qeybmi, Müşəxxəsmi ?

Qeybə inanmaq dinimizin vacib gördüyü məsələlərdəndir. Bəqərə surəsinin 3-cü ayəsində Allah tala müsəlmanları qeybə iman etməklə vəsifləndirir. 

Əslində qeybə imanın, imanın təməlini  təşkil etdiyini  desək səhv etmərik. Çünkü  imanın altı əsasından dürdü; Allaha, Mələklərə, xeyir və şərrin Allahdan olduğuna və bir də öldükdən sonra dirililməyə iman etməyin hamısı görüldüyü kimi qeyb aləminə aiddir. İmanın digər iki əsasi; Peyğəmbərlərə və kitablara iman etmək isə qismən muşahhas qismən də qeybdir. Ondan ötrü muşahhasdır ki, Peyğəmbərlərin və kitabların tarixdə şahidləri olmuşdur. Hal hazirda isə bizə qeybdir ona görə ki, nə Peyğəmbərləri görmüşük nə də kitabların hamısını.

      Qeyb dar mənada, beş duyğu orqanının; görmək, eşitmək, iyləmək, toxunmaq və bir də dadmağın xaricində olan şeylərdir. Geniş mənada isə, məşhur dil fəlsəfəcisi Neysaburinin ifadə etdiyi kimi, qəlbdə hissedilən ancaq görülməyən şeylərdir. Bizim əsas mövzumuz məhs elə bu ikinci, yəni geniş mənada olan qeybdir. Çünkü beş duyğu orqanımızın xaricində olan hadisə bizə qeyb başqa birinə qeyb olmaya bilər. Ikinci qeyb isə heç kim tərəfindən görülməyən amma hər kəs tərəfindən hissedilən ancaq adını qoymadıqları bir aləmdir.

      Qeybə iman etməyin bizim bilmədiyimiz bir çox səbə və hikməti ola bilər. Mən möhtəməl səbəblərdən birinin üzərinə diqqətlərinizi cəlb eləmək istəyirəm. O da  qeybin əsas, muşahhas olanların müvəqqəti olmasıdırNecəki gecənin gündüz (Nəsəfinin Yasin surəsi təfsiri), yoxluğun varlı qarşısında əsas olduğu kimi. Başqa bir ifadə ilə desək, varlığı idrak etmək yoxluqla, gündüzü idrak etmək gecəylə olduğu kimi, muşahhas olanları tam anlamıyla idrak etmək də qeyblə mümkündür. Hər şey ziddiylə yaxşı başa düşülür. Çox təbii bir haldır ki hərəkət etməyimiz üçün əyağımızı basdığımız torpaq sabit olmalıdır. Hərəkət edən və var olan hər bir şeyin sonu olduğu kimi, muşahhas olanlar da hərəkət edən və yox olmağa məhkum olan şeylərdir. Demək ki muşahhas olanlar sabit deyildir və ona görə də yox olacaqdır. Buna görə yox olacaq muşahhas olanları yaxşı anlamamız üçün yox olmayan və sabit olan qeyblə mümkündür. Allah ona görə də bizə hər şeydə olduğu kimi burda da müvəqqəti olanlara deyil əbədi olanlara, əsas olanlara, sarılmağımızı istəmişdir. O zaman insan həm bu dünyada həm də o biri dünyada dəğər qazandığı kimi əbədi olaraq ölümsüzləşər. Bir misalla fikrmi açmaq istəyirəm. Düşünün ki, həyatını təhlükəyə atmaq bahasına  qonşusunun uşağını qurtarmaq üçün yanmaqda olan evə girib qucağında ölmüş bir uşaqla dönən vəya orda özü də həlak olan biri haqqında onun bu nəticəsiz hərəkətinə  qiymətsiz deyərikmi? Yoxsa ona cəsur qəhrəmanmı deyərik? Faydası olmayan bu fədakarlığa nəticəsiz bu hərəkətə qiymət verən şey başqa dünyaya yəni qeyb aləminə aiddir. Və biz bu qəhrəmanı alqışlayırıq. Tarixdə əziyyət şəkən, milli və mənəvi dəyərləri uğrunda canlarını verən ölməz şəxsiyyətlər var ki, biz bunların qalib gəldiyini, onların qəhrəman olduqlarınıdeyirik. Halbuki onlar görülən dünyada acı çəkdilər, ailəlrini, varını yoxunu, hər şeylərini itirdilər. Biz bunlara necə qalib deyə bilərik? Demək ki, onlar hissetdiyimiz amma görmədiyimiz başqa bir dünyanın qalibləridir. Büün bunlar iki məsləni ortaya çıxardır. Birinci məsələ insan zaman və məkanla məhdud bir varlıqdır ki, o zaman heyranı olduğumuz o misilsiz qəhrəmanların hamısı bacarıqsız nəfərdirlər. O  zaman bütün bir dünya çökməyə başlayar. Ya da insanın zaman və məkanın xaricində bir mənası vardır. Ki, insana dəyər qazandıran məhz bu, qeyb aləmidir.

         Dəyərimizi itirməməyimiz, əbədi olmağımız üçün qeybə iman etməklə birgə ona sarılmağımızın nə qədər xeyirli olduğunu anlayıb buna iman etməyimizi istəyən Rəbbimizə nə qədər şükür etsək azdır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz