Mahyalar

Mahyalar

MAHYA NƏDİR?

Ramazan ayında iki minarəli mescidlərin minarələri arasına gərilmiş ipə asılmaq üçün işıqlarla yazılan yazı  və şəkillərə Mahya deyilir. Yalnız ramazan ayına məxsus olduğuna görə buna aylıq mənasında Mahiyə deyilmişdir.

QISA TARİXÇƏSİ

Ramazan ayında və mübarək gecələrdə minarələr arasında qurulan mahyaların, Birinci Sultan Əhməd dövründə icad edildiyi rəvayət olunur. 1614-cü ildə Fateh məscidinin müəzzinlərindən Xəttat Hafiz Kəfəvi adında bir şəxs, iki minarə arası üçün ortası yazılı çox sanatlı bir işi hədiyyə kimi Sultan Əhmədə təqdim etmişdir. Padşahın çox xoşuna gələn bu hədiyyədən ilham alınaraq, dini hökmlərə də uyğun olmaq şərtiylə ramazan gecələrində minarələr arasına mahyalar qurulması qəbul edilir və bu yenilik ilk dəfə 1617-ci ildə tikintisi başa çatan Sultan Əhməd Mscidində tətbiq olunur. Beləcə ramazan gecələrində minarələr arasına mahya qurmaq ənənə halına gəlir.

1911-ci ildən sonra şəkilli mahya qurulmamışdır. Məscidlər elektrik enerjisi ilə təmin olunmağa başlaması ilə mahyalar da elektrikle qurulmağa başladı. Son dövrlərdə İstanbulda bir minarə Həkimoğlu Əli Paşa və Davud Paşa məscidlərində olduğu kimi minarə şərəfəsiylə qübbə arasına, hətta Edirnədə Muradiyyə Məscidində də şərəfəyə ufqi istiqamətdə yerləşdirilmişdir.

1723-cü ildə Padişah Üçüncü Əhmədin əmriylə bütün böyük məscidlərdə mahya qurulmuş, Eyub Məscidinin minarələrinin rəngi mahya qurulmasına uyğun olmadığından dəyişdirilmiş və mahya qurmağa uyğun bir hala gətirilmişdir. Mahya xərcləri hər məscidnin öz fondundan ödənilirdi. Yalnız Ayasofyanın mahya xərcləri üçün Üçüncü Əhməd vəsait ayırmışdır.

Mahya Türkiyədən başqa yerdə yoxdur. Türkiyədə İstanbul, Edirnə, Bursa, Konya və Serezdə qurulmuştur. 1911-ci ildə istək üzərə Misirə Süleymaniyyə Məscidinə mahyacısı göndərilmiş, qala içərisindəki Məhməd Əli Paşa Məscidinin minarələrin arası çox geniş olduğuna görə bu mahya yaxşı alınmamışdır.

MAHYANIН NÖVLƏRİ

1- Minarə aralarına qurulan mahyalar.

2- İç mahyalar. Bunlar bəzi böyük məscidlər içindəki qübbənin ön tərəfınə qurulur. Ayasofya, Sultan Əhməd, Nuruosmaniyyə məscidləri kimi böyük məscidlərində qurulan bu mahyalar təravih namazından əvvəl bitirilirmişdir. Ramazanın bəzi gecələrində qurulurmuşdur.

3- Kaftan mahyalar. Mahyacılar Qədir və Ərifə gecələrində minarələrə kofta kimi geydirlərək sarığından şərəfələrinin alt qisminə qədər minarələri aydınladırlar.

4- Şərəfə mahyaları. XVI əsrin sonunda Qoca Mustafa Paşa Dərgahı şeyxi Həsən Nəcməddin Əfəndi adında bir şəxs rəbiyüləvvəlin on ikinci gecələri Mövlidi-Şərifi-risalətpənahini təbcilən dərgahın qapısını bəzəyərək və minarəlerdə qəndil (şamdan) yandırma  üsulünü gətirmişdir və bunu görüb çox xoşlanan Sultan Birinci Əhməd məscidlərdə də qəndil yandırılmasını əmr etmişdir. Beləliklə məscidlərdə və minarələrdə qəndil yandırmaq ənənəsi bərqərar olmuşdur. Bu ənənə bu gün elektrik lampaları ilə həyata keçirilir.

5- Çərpələng mahyalar. Namazdan sonra minarələrdən qəndillər havaya bıraxılırdı, məscidin həyətinə yığışmış camaat  bunu seyr edərmişlər.

6- Şəhrayin mahyaları. Yalılarda, meydanlara, binaların üstünə və dənizdə ucaldılan dirəylər arasına çəkilmiş iplərə qurulan mahyalar. Küçə fənərləri arasında qurulan mahyalara yer mahyası deyilir.

MAHYANIN QURULUŞU

Məscidlərdə  mahya hazırlığı, minarələr arasına mahya xalatı çəkməkle ramazandan on beş gün əvvəl başlayır ve ramazanın birindən on beşinə qədər yazı, bundan sonra şəkil qurulurdu.

Mahyaları qurmak üçün əvvəla böyük bir kağız üstüne iki minarə arasındaki məsafəyə görə üfüqi bir çizgi çəkilib bunun alt tərəfinə yazı yazılır. Sonra bu yazının hərfləri üzərinə münasib məsafələrlə nöqtələr qoyulur. Bu nöqtələr şamdanların asılacağı yerlərdir. Bundan sonra bu nöqtələrdən yuxarkı üfüqi çizgiyə bir şaquli xətt çəkilir. Bu çizgilərin boyları ölçülür və hər biri üçün o boyda bir ip hazırlanır. Sonra bu iplərin ucuna bir qəndil qutusu bağlanır. Beləcə mahya hazırlanmış olur. Bunu iki minarə arasına asmaq üçün əvvəla qarşılıqlı iki minarə şərəfəsi arasına qalın bir ip gərilir. Hazırlanmış mahya buraya asılır.

Mahya ipləri tərtib etmək və mahya qurmak bilik və təcürbə tələb edən  bir iş olduğuna görə hər böyük məscidnin bir mahyacısı olurdu. Bunlar əksər hallarda bir-biriylə yarış edərcəsinə ən çətin formalarda işlər hazırlayaraq məharətini göstərmək istəryirdilər.

MAHYA YAZILARI

La ilahə illallah, Allah, Muhamməd, Bismillahirrəhmanirrəhim, Ya Qəni, Ya Kafi, Ya Safi, Təba-rəkallah, Ya Məbud, Ya Kərim, İnna Fətəhnâləkə fəthəmmubina, Bu da keçər Ya Hu, Səfa gətirdin ey ramazan, əl firaq, əlvida…

I Dünya müharibəsi zamanında: Hilalı-Əhməri Unutma, Hubbül vətən minəl iman, Mühacirlərə yardım edin, Mühacirləri unutma,

İstiqlal mübarizəsindən sonra: Yaşasın İstiqlal v.s...

Çiçəк, ağac, qız qulləsi, qayıq, gəmi, saray və fontan, körpü, iki minarəli məscid, ay ulduz, top v.s. şəkillərindən ibarət mahyalar olurdu.

Bayram gecələrində mahya yerinə bir sıra qəndil asılır və bu nurani xətt ilə ramazanın qurtardığı ifadə olunurdu.

İNCƏSƏNƏT BAXIMINDAN DƏYƏRİ

Mahyacılığı islah edən və ona incəsənət dəyəri verən 1877-ci ildə vəfat etmiş olan Süleymaniyyə baş mahyacısı Əbdüllətif Əfəndidir. Lətif Əfəndi adında bir mahyacının tələbəsi olan bu şəxsin eyni zamanda pəhlivanlıq, gümüşçülük, müəzzinlik, aşçılıq kimi bacarıqları da varimış.

Əbdüllətif Əfəndi səyyar mahya ustası kimi məşhurdur. Əbdüllətif Əfəndi, mənim ustadım Şeyx Kəfəlividir dermişdir, işində onun modellərindən də arnamentlər varimış. Lakin bunlar məşhur Hocapaşa yanğınında yanmışdır. Əbdüllətif Əfəndi bir çox şəhrayin və çərpələng mahyaların da müəllifi olmuşdur.

Ramazan gecələrində, minarələr arasında nurdan hörülmüş kimi duran, süzülmüş, ələnmiş işıq zərrələri halina gəlmiş, sonra da ulduzlar kimi parıldayaraq bir-birine yaxınlaşmış, sonra da toplanmış, şəkilləşmiş müqəddəs bir yazı halina gelmiş mahyaları seyr edib vəcdə gelməmək mümkün deyildir!

Bu gün İstanbul, Ankara, Edirnə, Bursa kimi böyük şəhərlərdə iki minarə arasına ramazanlarda mahya qurulur, lakin bunlar köhnə mahyalar qədər insana xoş təsir bağışlaya bilmir. Çünki inkişaf edən texnologiya mahyaların da estetikasını təhrif etmişdir.

MAHYANIN ƏHƏMİYYƏTİ

Üç əsrlik bir keçmişə malik olan mahya sənətinin böyük əhəmiyyəti vardır. Mahyalar gözə və hisslərə xitab edən dini, əxlaqi, tərbiyəvi bir incəsənət növü , seyr, həzz vasitəsi olmaqla bərabər, dünyada yalnız Türkiyədə olması münasibətiylə turizm baxımından da əhəmiyyət kəsb edir. Çünki tarixi yerlər, ibadətxanalar kimi mahyalarda turistlərin diqqətini cəlb edir. Bu gün belə tarixi ənənələrimizi yaşatmalıyıq.

Mahya haqqında geniş məlumat üçün baxın:

1- Mahya Araştırmaları, Süheyl Ünver

2- Osmanlıca Deyimler ve Terimler Sözlüğü, Cilt II, M Zeki Pakalın

3- Sanat Ansiklopedisi, Celal Esat Arseven

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz