Hz. Peyğəmbərin (S.Ə.S) Dünya Və Axirət Həyatina Baxiş Tərzi
Müsəlmanlar, dünya və axirət səadətini Qurani Kərimə tabe olmaq, Hz. Peyğəmbərə (s.a.v) bağlanmaq, onun yüksək əxlaqını və həyatını örnək almaq, onun izindən və yolundan getməklə əldə edəbilər.
Çünkü Allah (c.c) Qurani Kərimdə onun təmiz həyatını örnək almaq haqqında belə buyurur: -
“Allaha və axirət gününə qovuşmağı umanlar və Allahı çox-çox zikr edənlər üçün Rəsulullahda gözəl bir örnək vardır” (əl Əhzab 33/21)
Allah Rəsulu (s.a.v) əfəndimiz, əxlaqında, fellərində, çətinliklərə qatlanıb səbr etməsində, hərbdə və hərb xaricindəki zamanlarda sərgilədiyi davranışlarında olduğu kimi eyni zamanda sözlərində və hərəkətlərində də müsəlmanlar üçün yeganə örnəkdir. Elə isə Hz. Peyğəmbərin dünya həyatına baxışı və dünya nemətlərinə qarşı reaksiyasını ortaya qoymaq böyük bir əhəmiyyət kəsb edir.
Dünya və masivadan üz çevirib Allaha yönəlmək, Qurani Kərimdə “təbəttül” olaraq ifadə edilmişdir. Dünya və axirət arasında bir seçkidə olmaq məcburiyyəti ortaya çıxdığı zaman, heç tərəddüd etmədən axirət həyatının seçilməsi istənilmiş, bunun tərsi davranış sərgiləyənlər isə şiddətli bir şəkildə qınanmışdır. Beləki, Qurani Kərimin təsvirinə görə dünya həyatı, insanı aldadan bir məta (əylənmək, xoş vaxt keçirmək), faydası axirətin yanında çox az, oyun, oyalanmadan ibarət ucuz bir həyatdır.
Bilindiyi kimi zühd, dünyaya və dünyalıq şeylərə qarşı hirs və ehtirası tərk etmək mənasına gəlməkdədir. Bu baxımdan dəyərləndirirsək Hz. Peyğəmbər (s.a.v) insanların ən zahididir. O, zühd həyatını, dünyəvi imkanları üçün deyil, ancaq bunlara çox əhəmiyyət vermədiyi üçün seçmişdir.
Qaynaqlar, Rəsulullahın dünyalıq etibarı ilə varlı olmadığını, kasıb deyiləcək qədər sadə bir həyat sürdüyünü bildirməkdədir. Ancaq onun fəqirliyi məcburi bir kasıblıq deyil, tam tərsinə ixtiyarı bir fəqirlikdir. Çünkü Hz.Peyğəmbərin (s.a.v) özü şəhərlər və ölkələr fəth etmiş, çoxlu miqdarda dünya malı əldə etmiş buna baxmayaraq, ailəsinin keçimini təmin üçün zirehi bir yahudidə rəhin olduğu halda həyata gözlərini yummuşdur. (Amiri, Behcətül-məxafi, II, 291). Eyni zamanda əldə edilən fətihlər sayəsində o, hesabı tutulmayacaq qədər mal və mülkə sahib olmasına baxmayaraq, evində günlərcə isti yemək birşməmişdir. Halbuki Allah (c.c) tərəfindən, savaş qənimətlərinin beşdə birini istifadə etmək səlahiyyəti özünə verilmişdir. Savaş qənimətlərindən başqa, dövlət başçılarından gələn hədiyyələr də düşünüləcək olursa, Allah Rəsulunun mürəffəh bir həyat yaşamasına əngəl heç bir şey yox idi. Ancaq belə bir həyat, onun zühd və infaq anlayışına uyğun düşməməktəydi. Beləki o, bir hədisi şərifində: “Uhud dağı qədər qızılım olsa, borcum üçün ayırdığım xaric, yanımda üç gündən çox saxlamazdım.” (Buxari, Təmənna,2) buyuraraq, həyatı boyunca dünyalığa əhəmiyyət vermədiyini açıq bir şəkildə ortaya qoymuşdur.
Hz. Aişənin (r.anhə) nəql etdiyinə görə, ənsardan özünü ziyarətə gələn bir qadın, Rəsulullahın yatağının qatlanmış bir həsirdən ibarət olduğunu görüncə, qaçaraq evinə gedib içi yun dolu bir yataq gətirdi. Yatağının dəyişdiyini görən Hz.Peyğəmbər (s.a.v), bundan xoşlanmadığını açıqlayaraq Hz.Aişəyə:
-“Ya Aişə! O yatağı geri qoy. Allaha and içirəm ki, əgər istəsəydim Allah qızıl və gümüşdən dağları mənimlə yürüdür, əmrimə verirdi”, buyurmuşdur.
Yatağının, içi xurma lifi ilə doldurulmuş dəridən ibarət olduğu söylənilən Allah Rəsulu, (Buxari, Riqaq, 17; Müslim, Libas,38) bəzən isə həsir üzərində yatardı (Buxari, Libas,31). Yenə həsir üzərində yatdığı bir gün, həsir mübarək vücudunda izlər buraxmışdı. Bunun üzərinə əshabı: “Ey Allahın Rəsulu, əgər izin verirsəniz, sizə rahat edəbiləcəyiniz bir yataq hazırlasaq” deyə bir təklif irəli sürmüşlər. Buna qarşılıq Hz. Peyğəmbər (s.a.v):
“Dünya mənim nəyimə gərək. Mənimlə dünyanın bənzəri, bir yaz günü səfərə çıxıbda, bir ağac altında kölgələnən sonra da miniyinə minib yoluna davam edən bir yolçu kimidir” (İbn Macə, Zühd, 3; Əhməd b. Hənbəl I, 391) cavabını vermişdir. Hətta Allahın Məkkə vadsini qızıl edib əmrinə verməyi özünə təklif etdiyini, ancaq bunu qəbul etməyərək bir gün tox, bir gün ac qalmağı uyğun gördüyünü açıqlamış və: “Allahım, acdığım zaman sənə təzərrü və niyaz edərəm, doyduğumda isə sənə həmd və səna edərəm” (Tirmizi, Zühd, 35) demişdir.
Rəsulu Əkrəm yaşadığı həyat tərzi ilə dünya və nemətləri qarşısında necə davranılması gərəkdiyini biz ümmətinə çox bariz bir şəkildə göstərmişdir.
Yenə Hz. Aişənin (r.anhə) bildirdiyinə görə nə Hz. Peyğəmbər nə də ailə əfradı Mədinəyə hicrət etdikləri andan Allah Rəsulunun vəfatına qədər, doyunca üç gecə üst-üstə buğda çörəyi yeməmişlərdir (Müslim, Zühd, 20-25). Vəfatı sırasında nə bir dirhəm nə bir dinar nə də bir kölə və ya qoyun geridə buraxmamışdır. Ondan geriyə sadəcə ağ dişi bir qatır ilə hərb silahı, bir də vəqf etdiyi ərazisi qalmışdır (Müslim, Vəsiyyət, 5/Əbu Davud: Vəsaya:1)
Bütün bunlar Hz. Peyğəmbərin (s.a.v) dünya və dünya nemətlərini əlinin tərsi ilə geriyə itib axirət həyatını daha üstün görməsi səbəbilədir. Bununla bərabər Hz. Peyğəmbərin (s.a.v) peyğəmbərlik verilməmişdən əvvəldə Hira mağarasına tez-tez gedərək Allahı təfərkkür etdiyi, bu ibadət həyatına risalətdən sonra da yoğun bir şəkildə davam etdiyi, hətta ayaqları şişincəyə qədər namaz qıldığı, buna qarşılıq əshabına isə: “Mən sizin hərhansı biriniz kimi deyiləm. Şübhəsiz mən, Rəbbim məni yedirdiyi və içirdiyi halda gecələyərəm” (Buxari, Savm, 49-50: Müslim, Siyam, 57-58) deyərək onlara bu şəkildə davranmağı qadağan etmişdir. Bəzi xüsuslarda əshabın belə Hz. Peyğəmbər (s.a.v) kimi davranması mümkün olmadığına görə Allah Rəsulunun bu cür dünyalığa meyletməmə davranışı bəlkə biz ümməti üçün də bəzi xüsuslar xaric örnək təşkil etməsi mümkün ola bilməz. Rəsuli Əkrəm də (s.a.v) dünya və dünya nemətlərinə qarşı hərkəsin özü kimi davranmayacağını çox yaxşı bildiyi üçün, müsəlmanların sərvət əldə etməsini uyğun görmüş, İslamın varlılıq və sərvət mövzusunda gətirdiyi ölçülərə riayət etmək şərtilə varlı və zəngin olmağı rəddetməmişdir.
O, dünyanı tamamən tərk edin, əlinizdə olan malların hamısını xərcləyin deyə bir tövsiyə etdiyi də görülməmişdir. Onun bizlərə tövsiyə etdiyi, -
“Özlərinə verdiyimiz ruzilərdən infaq edərlər” (Bəqərə 2/3)
- ayəsində ifadə edildiyi kimi, mallarının bir qismini xeyrə sərf etmələri xüsusunda əshabına və biz ümmətinə tövsiyə etməkdən ibarətdir. Çünkü mal, mülk qısaca hər şey Allaha (c.c) aiddir. Biz qullarına düşən vəzifə malımızı Onun əmrlərinə uyğun bir şəkildə istifadə etməkdir.
Yenə o əxlaq abidəsi (s.a.v) dünya və nemətlərinə tamamilə arxa çevirmək surətilə ifrata qaçanları, özünün bəşəri yönlərini xatırladaraq onları bu yoldan çəkindirmişdir. Əslində Hz. Peyğəmbərin (s.a.v) etdiyi şey, dünyada Allahın qulu kimi yaşamasıdır. Beləcə o həm dünyanın, həm də axirətin Rəbbi olan Allahın (c.c) buyruqlarına riayət edərək insanın hər iki dünyada da xoşbəxtlik və səadətə çatmasının yolunu göstərmişdir.
Nəticə olaraq yenə Hz. Peyğəmbər (s.a.v) dünya həyatını necə yaşayacağımızı, axirət həyatına isə necə hazırlanacağımızı bizlərə bu hədisi ilə açıqlamışdır: “Sizin xeyirliniz, axirəti üçün dünyasını, dünyası üçün isə axirətini tərk edənlər deyildir. Əksinə hər ikisindən də ölçülü və düzgün bir şəkildə istifadə edənlərdir” (Ədəbüd dünya vəd-din s.134)
ŞƏRHLƏR